ISESCO

ICESCO  (ing.)IslamiC World Educational, Scientific and Cultural Organization — İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı) — İslam Əməkdaşlığı Təşkilatı nəzdində İslam ölkələri üzrə təhsil, elm və mədəniyyət məsələləri ilə məşğul olan, üzv ölklələri arasında əlaqələrinin daha da möhkəm olmasına xidmət edən xüsusi təşkilatdır. Təşkilatın Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malikdir.

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı
ICESCO
ing. ICESCO - Islamic World Educational, Scientific and Cultural Organization
ərəb. منظمة العالم الإسلامي للتربية والعلوم والثقافة
Loqonun şəkli
Yaranma tarixi may 1979
Mərkəzi
Baş direktoru Salim bin Məhəmməd Əl-Malik
icesco.org/en/
icesco.org/fr/
icesco.org/ar/
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan dövləti ICESCO ilə yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir.

ICESCO-nun qərargahı. Mərakeş, Rabat

Ə.Səid: "Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı elan olunması Azərbaycanın dinamik inkişafının təzahürüdür.

25–28 yanvar 1981-ci il tarixdə Səudiyyə Ərəbistanı Krallığının Məkkeyi-Mükərrəmə şəhərində keçirilən Üçüncü İslam Zirvəsi Konfransında İslam Əməkdaşlığı Təşkilatı çərçivəsində dünyadakı İslam qurumlarının birgə fəaliyyəti məqsədilə "İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı" adlı yeni beynəlxalq İslam təşkilatının təsis edilməsi qərara alındı.

29–30 yanvar 2020-ci il tarixlərində İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində baş tutan qırxıncı iclasında təşkilatın İcra Şurası 30 yanvar 2020-ci il tarixində təşkilatın adını dəyişərək "İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı" kimi təsdiqlədi.

ICESCO-nun Baş direktoru Dr. Salim bin Məhəmməd Əl-Malik təşkilatın adının dəyişdirilməsinin qeyri-təbliği vəzifələrinin təbiəti ilə bağlı yayılmış qarışıqlığı aradan qaldırması və beynəlxalq səviyyədə iştirakı üçün daha geniş üfüqlər açmağı hədəflədiyini, yeni adın təşkilatın təhsil, elm, mədəniyyət və ünsiyyətdəki fəaliyyət sahələrində təbliğ etdiyi mədəni missiyanın təbiətini və reallaşdırmağa çalışdığı məqsəd və hədəflərini dəqiq şəkildə ifadə etməsini söylədi.

  1. Üzv dövlətlər arasında təhsil, elm, mədəniyyət və rabitə sahələrində əməkdaşlığın gücləndirilməsi, təşviqi və dərinləşdirilməsi, İslam dünyasının mədəni istinadgahları çərçivəsində, İslami bəşəri dəyərlər və örnəklər işığında bu sahələrin təşviqi və inkişafı;
  2. Üzv ölkələr və onun xaricindəki xalqlar arasında anlaşmanın gücləndirilməsi, müxtəlif vasitələrlə, xüsusilə təhsil, elm və mədəniyyət vasitəsilə dünyada sülhün və təhlükəsizliyin bərqərar edilməsinə töhfə vermək;
  3. İslamın və İslam mədəniyyətinin düzgün simasını təqdim etmək, sivilizasiyalar, mədəniyyətlər və dinlər arasında dialoqu təşviq etmək, ədalət və sülh mədəniyyəti dəyərlərini, azadlıq və insan hüquqları prinsiplərini İslam mədəniyyəti perspektivinə uyğun yayılmasına səy göstərmək;
  4. Mədəni şəxsiyyəti və intellektual müstəqilliyi qorumaqla üzv dövlətlərdə mədəni qarşılıqlı əlaqələri təşviq etmək və müxtəlifliyinin təzahürlərini dəstəkləmək;
  5. İslam Əməkdaşlıq Təşkilatının təhsil, elm, mədəniyyət və rabitə sahəsindəki ixtisaslaşmış qurumları ilə ICESCO-ya üzv dövlətlər arasında inteqrasiya və koordinasiyanı gücləndirmək, üzv dövlətlərin daxilində və xaricində ortaq maraqlara bənzər dövlət və qeyri-hökumət qurumları ilə əməkdaşlıq və tərəfdaşlığı gücləndirmək;
  6. İslam mədəniyyətinə diqqət göstərmək, intellektual və elmi tədqiqatlarda, tədris proqramlarında onun xüsusiyyətlərini və özəlliklərini açıb göstərmək;
  7. Üzv dövlətlərdə təhsil sistemləri arasında inteqrasiya və qarşılıqlı əlaqələr üzərində işlər görmək;
  8. ICESCO-ya üzv olmayan ölkələrdəki müsəlmanlar üçün təhsil, elm və mədəniyyət müəssisələrinin fəaliyyətinə dəstək olmaq.

ICESCO-nun ilkin nizamnaməsi 1982-ci ildə Mərakeşin Fəs şəhərində keçirilən təsis konfransı tərəfindən təsdiqlənmişdir. 1986-cı ildə Rabat şəhərində keçirilən fövqəladə baş konfrans tərəfindən, 1991-ci ildə Rabat şəhərində keçirilən dördüncü baş konfrans tərəfindən, 1994-cü ildə Dəməşq şəhərində keçirilən beşinci baş konfrans tərəfindən, 1997-ci ildə Ər-Riyad şəhərində keçirilən altıncı baş konfrans tərəfindən, habelə, 2006-cı ildə Rabat şəhərində ICESCO-nun daimi qərargahında keçirilən doqquzuncu baş konfrans tərəfindən, 2009-cu ildə Tunis şəhərində keçirilən onuncu baş konfrans tərəfindən, 2012-ci ildə Ər-Riyad şəhərində keçirilən on birinci baş konfrans tərəfindən, 2015-ci ildə Bakı şəhərində keçirilən on ikinci baş konfrans tərəfindən, 2018-ci ildə Rabat şəhərində keçirilən on üçüncü baş konfrans tərəfindən və 2020-ci ildə Əbu Dabi şəhərində qırxıncı sessiyasını keçirilən İcraiyyə Şurasının tərəfindən dəyişikliklər edilmişdir.

Baş direktorları

[redaktə | mənbəni redaktə et]
  1. Dr. Salim bin Məhəmməd Əl-Malik - May, 2019 - hal-hazıradək;
  2. Dr. Əbdüləziz bin Osman Ət-Tüveycri - Noyabr, 1991 - May, 2019;
  3. Dr. Əbdülhadi Butalib - May, 1982 - Noyabr, 1991.

ICESCO-ya üzv olan dövlətlər

[redaktə | mənbəni redaktə et]

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının Nizamnaməsində bildirilir ki, İslam Əməkdaşlıq Təşkilatına üzv olan hər bir dövlət ICESCO-ya üzv olmaq üçün nizamnaməni rəsmi olaraq imzaladıqdan, üzv olma qərarı üçün qanuni prosedurları tamamladıqdan və bu barədə onun Baş İdarəsinə yazılı xəbərdarlıq etdikdən sonra ICESCO-ya üzv olur. İslam Əməkdaşlığı Təşkilatında üzv və müşahidəçi olmayan digər dövlətlərin ICESCO-ya üzv olma hüququ yoxdur. Bu günədək İslam Əməkdaşlıq Təşkilatına üzv olan 57 dövlətdən 54-ü ICESCO-nun üzvüdür. Aşağıdakı cədvəldə həmin dövlətlər əlifba sırası və üzv olma tarixləri ilə göstərilir:

Ölkə Rəsmi adı Üzv olma tarixi
1 Azərbaycan Azərbaycan Azərbaycan Respublikası 1991
2 Birləşmiş Ərəb Əmirlikləri BƏƏ Birləşmiş Ərəb Əmirlikləri 1983
3 Banqladeş Banqladeş Banqladeş Xalq Respublikası 1982
4 Bəhreyn Bəhreyn Bəhreyn Krallığı 1982
5 Cibuti Cibuti Cibuti Respublikası 1982
6 Çad Çad Çad Respublikası 1982
7 Benin Benin Benin Respublikası 1988
8 Bruney Bruney Bruney Sülh Dövləti 1985
9 Burkina-Faso Burkina-Faso Burkina-Faso 1982
10 Əlcəzair Əlcəzair Əlcəzair Xalq Demokratik Respublikası 2000
11 Əfqanıstan Əfqanıstan Əfqanıstan İslam Respublikası 2003
12 İordaniya İordaniya İordaniya Haşimilər Krallığı 1982
13 Fələstin Fələstin Dövləti Fələstin Dövləti 1982
14 İraq İraq İraq Respublikası 1982
15 İran İran İran İslam Respublikası 1992
16 İndoneziya İndoneziya İndoneziya Respublikası 1986
17 Kamerun Kamerun Kamerun Respublikası 2001
18 Komor adaları Komor adaları Komor Adaları İttifaqı 1982
19 Kot-d'İvuar Kot-d'İvuar Fil Dişi Sahili Respublikası 2001
20 Küveyt Küveyt Küveyt Dövləti 1982
21 Qabon Qabon Qabon Respublikası 1982
22 Qambiya Qambiya Qambiya Respublikası 1982
23 Qayana Qayana Qayana Kooperativ Respublikası 2014
24 Qazaxıstan Qazaxıstan Qazaxıstan Respublikası 1996
25 Qətər Qətər Qətər Dövləti 1982
26 Qırğızıstan Qırğızıstan Qırğızıstan Respublikası 1996
27 Qvineya Qvineya Qvineya Respbulikası 1982
28 Qvineya-Bisau Qvineya-Bisau Qvineya-Bisau Respublikası 1984
29 Özbəkistan Özbəkistan Özbəkistan Respublikası 2017
30 Livan Livan Livan Respublikası 2002
31 Liviya Liviya Liviya Dövləti 1984
32 Malayziya Malayziya Malayziya 1982
33 Maldiv adaları Maldiv adaları Maldiv Respublikası 1982
34 Mali Mali Mali Respublikası 1982
35 Mavritaniya Mavritaniya Mavritaniya İslam Respublikası 1982
36 Mərakeş Mərakeş Mərakeş Krallığı 1982
37 Misir Misir Misir Ərəb Respublikası 1984
38 Niger Niger Niger Respublikası 1982
39 Nigeriya Nigeriya Nigeriya Federativ Respublikası 2001
40 Oman Oman Oman Səltənəti 1982
41 Pakistan Pakistan Pakistan İslam Respublikası 1982
42 Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı Səudiyyə Ərəbistanı Krallığı 1982
43 Seneqal Seneqal Seneqal Respublikası 1982
44 Sudan Sudan Sudan Respublikası 1982
45 Somali Somali Somali Federativ Respublikası 1982
46 Surinam Surinam Surinam Respublikası 1996
47 Suriya Suriya Suriya Ərəb Respublikası 1982
48 Syerra-Leone Syerra-Leone Syerra-Leone Respublikası 1984
49 Tacikistan Tacikistan Tacikistan Respublikası 1993
50 Toqo Toqo Toqo Respublikası 2002
51 Türkiyə Türkiyə Türkiyə Respublikası 2017
52 Tunis Tunis Tunis Respublikası 1982
53 Uqanda Uqanda Uqanda Respublikası 2012
54 Yəmən Yəmən Yəmən Respublikası 1983

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]