Ayan Allahverdiyeva

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ayan Allahverdiyeva
Allahverdiyeva 2023-cü ildə
Allahverdiyeva 2023-cü ildə
Ölkə
Doğum tarixi 21 fevral 2005(2005-02-21) (19 yaş)
Doğum yeri
Titulu qadınlar arasında beynəlxalq usta (2024)
Son reytinqi
  • 2.156 (aprel 2024)[1]
Maksimal reytinqi 2.198 (oktyabr 2023)
FİDE nömrəsi 13412590
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ayan Allahverdiyeva (21 fevral 2005, Bakı) — azərbaycanlı şahmatçı, qadınlar arasında beynəlxalq usta (2024).

Həyatı

Ayan şahmat oynamağa altı yaşında başlayıb. İlk müəllimi Vasif Abdullayevdir.[2]

2014 və 2015-ci illərdə 10 yaşlı qızlar arasında,[3][4] 2016 və 2017-ci illərdə isə 12 yaşlı qızlar arasında Azərbaycan çempionu olub.[5][6] 2018-ci ildə eyni uğuru 14 yaşlı qızların qrupunda təkrarlayıb.[7] 2018-ci ildə, həmçinin 20 yaşlı qızların qrupunda çıxış edib və bürünc medal qazanıb.[8]

Müxtəlif yaş kateqoriyalarında Azərbaycanı yeniyetmələr arasında şahmat üzrə dünya və Avropa çempionatlarında təmsil etmişdir. 2015-ci ildə 10 yaşlı qızlar arasında keçirilən Avropa çempionatında ikinci olub.[9] İki il sonra 12 yaşlı qızların qrupunda üçüncü yeri tutub.[10] 2018-ci ildə Riqa şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında 9 oyundan 8 xal yığmaqla 14 yaşlı qızlar arasında Avropa çempionu adını qazanıb.[11][12] 2019-cu ildə Bratislavada keçirilmiş Avropa çempionatında 9 oyundan 7,5 xal yığaraq ikinci dəfə 14 yaşlı qızlar arasında Avropa çempionu adını qazanıb.[13]

2023-cü ilin noyabrında İtaliyanın Montesilvano şəhərində qız və oğlanlar arasında keçirilmiş dünya birinciliyində 11 oyundan 9,5 xal toplamaqla 18 yaşlı qızlar arasında dünya çempionu olub.[14]

2024-cü ilin fevral ayında qadınlar arasında Azərbaycan çempionatında 7 mümkün xaldan 5.5 xal toplayaraq, Azərbaycan çempionu adını qazanıb.[15]

Ayan Allahverdiyeva 2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət üçüncü[Qeyd 1] komandasının heyətində mübarizə aparmışdır.[17]

Qeydlər

  1. Azərbaycan ev sahibi kimi Olimpiadada həm kişilərin, həm də qadınların yarışında üç komanda ilə təmsil olunurdu.[16]

İstinadlar

  1. FİDE FIDE Standard Ratings as of 30 april 2024. 2024.
  2. "Аян АЛЛАХВЕРДИЕВА: Живу по законам Ислама, это развивает меня как личность". Azerisport.com. İstifadə tarixi: 2023-11-28.
  3. "10 Yaşadək qızlar arasında Azərbaycan birinciliyi 2014 // Chess-results.com". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-16.
  4. "10 yaşadək qızlar arasında Azərbaycan birinciliyi 2015 // Chess-results.com". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-16.
  5. "12 yaşadək qızlar arasında Azərbaycan birinciliyi 2016 AZE Chmp, 2016, G-U12 // Chess-results.com". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-16.
  6. "12 yaşadək qızlar arasında Azərbaycan birinciliyi. 2017 // Chess-results.com". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-16.
  7. "14 yaşadək qızlar arasında Azərbaycan birinciliyi 2018 // Chess-results.com". 2018-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-16.
  8. "Azerbaijan Chess Championship under 20, girls // Chess-results.com". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-16.
  9. "25th European Youth Chess Championship 2015 U10 — Girls // Chess-results.com". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-16.
  10. "European Youth Chess Championship 2017 Girls U12 // Chess-results.com". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-16.
  11. "7 yaşlı şahmatçımız Avropa çempionu oldu // Qaynarinfo.az". 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-16.
  12. "European Youth Chess Championship G-14–2018 // Chess-results.com". 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-16.
  13. "European Youth Chess Championships 2019 Girls U14 // Chess-results.com". 2022-07-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-07-07.
  14. "Azərbaycan şahmatçısı dünya çempionu oldu". Qol.az. 2023-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-24.
  15. "Ayan Allahverdiyeva Azərbaycan çempionu olub". Azertag.az. 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-20.
  16. "Bakı-2016: Şahmat Olimpiadasına söz ardı". Sportline.az. 16 Aprel 2017 tarixində arxivləşdirilib.
  17. "İlham Əliyev 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimdə iştirak edib". President.az. 2018-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-16. (#apostrophe_markup)

Xarici keçidlər