Xanım Balacayeva (28 mart 2001, Qax) — Azərbaycan şahmatçısı. Qadınlar arasında qrosmeyster (2019).
Xanım Balacayeva | |
---|---|
Ölkə | |
Doğum tarixi | 28 mart 2001 (23 yaş) |
Doğum yeri | |
Titulu | qadınlar arasında beynəlxalq qrosmeyster (2019) |
Son reytinqi |
|
Maksimal reytinqi | 2.404 (iyul 2024) |
FİDE nömrəsi | 13406396 |
Vikianbarda əlaqəli mediafayllar |
Xanım Balacayeva 28 mart 2001-ci ildə Qax şəhərində anadan olub. Şahmatla 5 yaşından məşğul olmağa başlamışdır.[3] Qax rayon Uşaq-Gənclər Şahmat Məktəbinin yetirməsidir.[4]
2008-ci ildə səkkiz yaşlı qızlar arasında Azərbaycan çempionatında 2-ci, elə həmin il Gürcüstanın Batumi şəhərində keçirilmiş Avropa çempionatında isə 5-ci yeri tutub.[3]
2009-cu ildə səkkiz yaşlı qızlar arasında Azərbaycan çempionatında 1-ci yeri tutmuşdur.[3]
2010-cu ildə 10 yaşadək qızlar arasında Azərbaycan çempionatında və Türkiyənin Kayseri şəhərində keçirilmiş məktəblilər arasında şahmat üzrə 6-cı dünya çempionatında birinci olmuşdur.[3][5]
2013-cü ildə Serbiyanın Novi Sad şəhərində keçirilmiş şahmat üzrə məktəblilər arasında 6-cı Avropa çempionatında qızıl medal qazanıb.[6][7]
2014 və 2015-ci illərdə 14 yaşadək qızlar arasında Azərbaycan çempionatında, 2016 və 2017-ci illərdə isə 18 yaşadək qızlar arasında Azərbaycan çempionatında birinci olub.[8][9][10][11]
2018-ci ildə qadınlar arasında Azərbaycan çempionatında 9 mümkün xaldan 6 xal yarım toplayaraq, Azərbaycan çempionu adını qazanıb.[12]
2016-cı ildə Bakıda keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın üçüncü komandasının heyətində mübarizə aparmışdır.[13]
2017-ci ildə Azərbaycanın qadınlardan ibarət milli komandasının heyətində Yunanıstanın Krit adasında keçirilmiş Avropa komanda çempionatında və Rusiyanın Xantı-Mansi şəhərində keçirilmiş dünya komanda çempionatında iştirak edib.[14][15] Eyni ildə həmçinin, Azərbaycanın "Odlar Yurdu" komandasının heyətində Türkiyənin Antalya şəhərində keçirilmiş klub komandaları arasında Avropa Kubokunda gümüş medal qazanıb.[16]