Azərbaycan Region Liqası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ölkə Azərbaycan Azərbaycan
Açılış ili 2017
İlk sezon 2017/18
Komandaların sayı 32
Liqalar sistemində səviyyə 4
Yuxarı liqa Azərbaycan İkinci Liqası
Son çempion Qusar
(2022/23)
Ən uğurlu komanda Uğur (2 dəfə)
Veb səhifəsi www.affa.az
2023/24

Azərbaycan Region LiqasıAzərbaycanın həvəskar futbol klublarının çıxış etdiyi ən yüksək təbəqədir[1][2].

Tarixi

Müsabiqə formatı

Region Liqasında oyunlar hər qrupda 8–12 komanda olmaqla 3 qrupda təşkil olunur.[1] Oyunlar 2 dövrədən ibarət dairəvi sistemlə keçirilir.[1] Mövsümün təqvimi püşkatma yolu ilə tərtib olunur.[1] Hər 3 zonanın qalibi final mərhələsinə vəsiqə qazanır.[1] Final mərhəsi 3 komandanın iştirakı ilə 2 dövrəli sistemdən ibarət olacaq.[1] Region Liqasının oyunları həftənin şənbə və bazar günləri keçirilir.[1] İstisna hal kimi digər günlər AFFA-nın işçi qrupu tərəfindən təyin oluna bilər.[1] Oyunların keçirilmə müddəti yarışın təqvimi ilə müəyyən olunur.[1] Oyunlar AFFA tərəfindən təsdiq edilmiş meydançalarda keçirilir.[1] Region Liqasında Ən çox Kubok qazanan klub Uğur Fc-dır

Mükafatçı klublar

Mövsüm Çempion İkinci Üçüncü Bombardir
2017/18 Uğur Energetik Füzuli Azərbaycan Balazahir Əsədullayev (Şağan, 13 qol)
2018/19 Uğur Şahdağ Qusar
2021/22 Cəbrayıl Xan Lənkəran Qusar
2022/23 Qusar Çinar Zəngilan Arpaçay Şərur Azərbaycan Eşqin Tağiyev (Qusar, 24 gol)
2023/24 Şimal FK Hypers FC Ümid FK (Saatlı)

Maliyyə

Region Liqasında ilk 3 yeri tutan komandalar pul mükafatı təqdim olunur: 1-ci yer 10.000 AZN, 2-ci yer 5000 AZN, 3-cü yer 2000 AZN.[1][2] Mövsümün sonunda liqanın ən məhsuldar oyunçusu və ən yaxşı futbolçusu seçilir və onlar da hədiyyələrlə mükafatlandırılır.[1]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 ""Region Liqası"nın Əsasnaməsi". AFFA. 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2017.
  2. 1 2 "АФФА объявила призовой фонд новой Лиги регионов". www.azerisport.com. 2021-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 oktyabr 2017.

Xarici keçidlər

Klub Çempion Qalib olduğu illər
Uğur
2
2017–18, 2018–19
Cəbrayıl
1
2021–22
Qusar
1
2022/23
Şimal FK
1
2023/24