Azərbaycansayağı künc zərbəsi

Azərbaycansayağı künc zərbəsi1994-cü ildə Azərbaycan futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılan və futbolda istifadə olunan taktiki gediş.[1]

Azərbaycansayağı künc zərbəsi Azərbaycan futbol məşqçisi Vaqif Sadıqov tərəfindən yaradılıb.[1] Taktiki gedişin əsas məqsədi futbolda künc zərbəsi zamanı topa yaxınlaşan futbolçu onu cərimə meydançasına doğru ötürür.[1] Bu zaman topa doğru şığıyan 2 və ya 3 futbolçu topa toxunmayıb onu arxaya buraxır.[1] Öncədən planlaşdırıldığı kimi sonuncu şəxs qapıya doğru zərbə vurur.[1]

Vaqif Sadıqov ilk dəfə Azərbaycansayağı künc zərbəsini 1994-cü ildə Neftçi klubunun baş məşqçisi olduğu vaxtda Bərdənin Pambıqçı klubu ilə görüşdə tətbiq etmişdi.[1] Həmin oyunda Neftçinin futbolçuları Bəxtiyar MusayevMirbağır İsayev künc zərbəsinin yerinə yetirilməsində iştirak etsələr də, topa toxunmamış, son nöqtəni rəqibin cərimə meydanına gələn müdafiəçi Yaşar Vahabzadə vurmuşdur.[1]

Vaqif Sadıqov baş məşqçisi təyin olunandan sonra da bu üsuldan istifadə etdi.[1] Bu oyun elementinin uğurlu tətbiqi sayəsində 1997-ci ildə Tofiq Bəhramov adına Respublika Stadionunda Azərbaycan millisi Türkmənistanla yoldaşlıq matçından qalib ayrılmağı bacarmışdı.[1] Belə ki, yerinə yetirilən künc zərbəsindən sonra müdafiəçi Rasim Abışov matçdakı yeganə qola imza atmışdı. Milli 1999-cu ildə Estoniya ilə Kiprdə keçirilən yoldaşlıq görüşü zamanı da analoji ev tapşırığından istifadə etmiş və qol vurmuşdur.[1]

"Azərbaycansayağı künc zərbəsi"ndən ən çox qol vuran futbolçu

[redaktə | mənbəni redaktə et]

Bu taktika ilə ən çox qol vuran futbolçu Rəşad Sadıqovdur. UEFA kubokunun ilk təsnifat mərhələsinin cavab matçında Avstriyanın "Rid" klubunu qəbul edən "Neftçi" bu ev tapşırığı sayəsində qol vurub. 2007-ci ildə keçirilən görüşün ilk hissədə Rəşad Sadiqovun künc zərbəsi zamanı iki futbolçu topa toxunmayıb və Rəşad Sadıqov qüvvətli zərbə ilə qola imza ataraq avstiyalıları məyus edib.

2008-ci ildə UEFA İntertoto Kubokunda "Neftçi" Slovakiya təmsilçisi “Nitra" ilə qarşılaşıb. Bakıda keçirilən ilk oyunda "Neftçi" ev tapşırığını ustalıqla yerinə yetirib. Bu dəfə də son zərbəni Rəşad Sadıqov vurub.

Haqqında söhbət açdığımız taktika ilə vurulan ən yadda qalan qolun müəllifi də Rəşad Sadıqovdur. Çünki bu qol sayəsində millimiz DÇ-2012-in seçmə mərhələsində güclü Türkiyə yığmasına qalib gəlməyi bacarmışdı. 2010-cu ilin 12 oktyabrında Bakıda keçirilən görüşün 26-cı dəqiqəsində Mahir Şükürovun küncdən ötürməsindən sonra Vüqar Nadirov və Rahid Əmirquliyev topun kapitana buraxmışdı. Rəşad Sadıqov isə dəqiq zərbə ilə həm qapıçı Volkan Dəmirəli, həm də ümumilikdə bütün Türkiyəni şoka salmışdı. Bu, oyunda vurulan yeganə qol idi.

R.Sadıqov Avropa Liqasında da “azərbaycansayağı künc zərbəsi”ni qolla tamamlayanlardandır. Ağdam klubunun kapitanı 25 avqust 2016-cı ildə Bakıda İsveçin “Göteborq” klubunun qapısına yol tapıb.

  1. 1 2 3 4 5 6 7 8 9 10 ""Azərbaycansayağı künc zərbəsi" necə yarandı?". qol.az. qol.az. 2019-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 oktyabr 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]