Azərbaycan milli amputant futbol komandası – Azərbaycanı beynəlxalq arenada təmsil edən amputant futbol komandası.
Assosiasiya | AAFF |
---|---|
Konfederasiya | EAFF |
Baş məşqçi | Elnur Sadıqov |
Amputant futbol üzrə Avropa çempionatı | |
İştirak | 1 (İlk dəfə: 2024) |
Milli komanda Rövşən Quliyevin prezidenti olduğu[1] və Avropa Amputant Futbol Federasiyasının üzvü olan Azərbaycan Amputant Futbol Federasiyası tərəfindən idarə olunur.[2] Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Minatəmizləmə Agentliyi komandaya dəstək göstərirlər.[3]
Komandanın hazırkı heyəti əsasən Ermənistanın Azərbaycanda yerləşdirdiyi minaların partlaması nəticəsində xəsarət alan futbolçulardan ibarətdir.[4] Komandaya "Qarabağ" amputant futbol klubunun kapitanı[5] Elnur Sadiqov rəhbərlik edir.[6]
Milli komanda ilk olaraq 2023-cü ildə Avropa Amputant Futbol Federasiyası tərəfindən Şotlandiyada keçirilən Millətlər Liqasında iştirak etmişdir. Turnirin D divizionunda Niderland, Şotlandiya, Albaniya və Kosovo milliləri ilə qarşılaşan komanda 2-ci yeri tutaraq gümüş medalları qazanmış və 2024-cü ildə Fransada keçirilmiş amputant futbol üzrə Avropa çempionatına vəsiqə əldə etmişdir.[7] Milli komanda turnirin C qrupununda Türkiyə, İrlandiya və İsrail milliləri ilə mübarizə aparmışdır.[8] Komanda ilk matçında İrlandiyaya (0-1), daha sonra isə Türkiyəyə (1-12) uduzmuş, sonuncu oyunda İsrail (1-1) ilə heç-heçə edərək mübarizəni dayandırmışdır.[9]