Bukavu

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bukavu
2°30′ c. e. 28°52′ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1901
Sahəsi
  • 60 km²
Mərkəzin hündürlüyü 1.498 m
Digər
mairiedebukavu.net
Xəritəni göstər/gizlə
Bukavu xəritədə
Bukavu
Bukavu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bukavu (1966-cı ilədək Kostermanvil, Costermanville) — Konqo Demokratik Respublikasının şərqində şəhər. Cənubi Kivu əyalətinin inzibati mərkəzi.[1]

Əhalisi

Əhalisi 806,9 min (2012) nəfərdir.[1]

Coğrafiyası

Kivu gölünün cənub sahilində liman şəhəridir. Avtomobil yolları qovşağında yerləşir. Beynəlxalq aeroportdur. [1]

Tarixi

1901-ci ildə Belçikanın müstəmləkə hakimiyyəti orqanları tərəfindən salınmışdır. [1]

Mədəniyyəti

Mərkəzi Afrika Elmi Tədqiqatlar İnstitutu, Dağ-mədən işləri institutu, Kənd təsərrüfatının inkişafı institutu (1972), pedaqoji kollec var. Bukavu kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir (çay, qəhvə, tərəvəz, sitrus). Yeyinti (o cümlədən pivə istehsalı), toxuculuq, metal emalı, kimya, əczaçılıq, mebel sənayesi, gəmi təmiri müəssisələri var. Tikinti materialları istehsal olunur. Turizm inkişaf etmişdir. Bukavu yaxınlığında “Ruzizi” SES-i, şəhərin şimal qərbində Kaxuzi-Biyeqa Milli Parkı var.[1]

Qalereya

İstinadlar

  1. 1 2 3 4 5 Bukavu// Büssel – Çimli-podzol torpaqlar / baş red. M.K. Kərimov. — Azərbaycan Milli Ensiklopediyası. — Bakı: “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzi, 2014. — 25 cilddə. — V  cild. — Səhifələrin sayı:  592. — Səh.: 57-58. — 25 000 nüsx. — ISBN 978-9952-441-10-9.

Xarici keçidlər

Həmçinin bax