Bukavu (1966-cı ilədək Kostermanvil, Costermanville) — Konqo Demokratik Respublikasının şərqində şəhər. Cənubi Kivu əyalətinin inzibati mərkəzi.[1]
Bukavu | |
---|---|
2°30′ c. e. 28°52′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Əsası qoyulub | 1901 |
Sahəsi |
|
Mərkəzin hündürlüyü | 1.498 m |
Digər | |
mairiedebukavu.net | |
Vikianbarda əlaqəli mediafayllar |
Əhalisi 806,9 min (2012) nəfərdir.[1]
Kivu gölünün cənub sahilində liman şəhəridir. Avtomobil yolları qovşağında yerləşir. Beynəlxalq aeroportdur. [1]
1901-ci ildə Belçikanın müstəmləkə hakimiyyəti orqanları tərəfindən salınmışdır. [1]
Mərkəzi Afrika Elmi Tədqiqatlar İnstitutu, Dağ-mədən işləri institutu, Kənd təsərrüfatının inkişafı institutu (1972), pedaqoji kollec var. Bukavu kənd təsərrüfatı rayonunun ticarət mərkəzidir (çay, qəhvə, tərəvəz, sitrus). Yeyinti (o cümlədən pivə istehsalı), toxuculuq, metal emalı, kimya, əczaçılıq, mebel sənayesi, gəmi təmiri müəssisələri var. Tikinti materialları istehsal olunur. Turizm inkişaf etmişdir. Bukavu yaxınlığında “Ruzizi” SES-i, şəhərin şimal qərbində Kaxuzi-Biyeqa Milli Parkı var.[1]