Corc Tabori

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Corc Tabori
mac. Tábori György
2003-cü il, Berlin
2003-cü il, Berlin
Doğum tarixi
Doğum yeri Budapeşt, Avstriya-Macarıstan
Vəfat tarixi (93 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Doroteenştadt qəbiristanlığı[d]
Vətəndaşlığı  Macarıstan
Milliyyəti Macar
Həyat yoldaşı
  • Viveka Lindfors[d] (19541972)
Atası Kornel Tabori[d]
Təhsili
  • Aktyorlar studiyası[d]
Fəaliyyəti Yazıçı
Tərcüməçi
Dramaturq
Fəaliyyət illəri 1950-ci ildən
Əsərlərinin dili Macar dili
İngilis dili
İlk əsəri “ Beneath The Stone”
Tanınmış əsərləri “ Beneath The Stone”
“ The Cannibals ”
“Pinkville”
Mükafatları Mülheimer Dramatikerpreis
Mülheimer Dramatiker
Kassel Literary Prize'
tabori.de/index.htm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Corc Tabori (mac. Tábori György; 24 may 1914[2][3][…], Budapeşt[1]23 iyul 2007[4][3][…], Berlin[1]) — macar teatr rejissoru, yazıçısıssenaristi.[5]

Həyatı

Corc Tabori 1914-cü ildə Budapeştyəhudi əsilli ailədə anadan olmuşdur. Atası Auşvitz həbs düşərgəsində öldürülən, anası və qardaşı Nasist idarəçiliyindən qaçan Corc Tabori 1935-ci ildə Hitler Almaniyasını tərk edərək Londona köçmüşdür.

İkinci Dünya müharibəsi zamanı İngiltərə ordusunda müharibə müxbirliyi etmiş və BBC-də işləmişdir.

1947-ci ildə ABŞ-yə köçmüşdür.[6]

Yaradıcılığı

Onun ilk romanı Beneath The Stone adlanır. 1945-ci ildə bitirdiyi roman ABŞ-də çap edilmişdir. Taborinin ingiliscə yazdığı iki romanı - The CannibalsPinkville Vinn Həndman tərəfindən Nyu-York şəhərindəki Amerikan Teatr Sarayında 1968-ci ildən 1970-ci ilə qədər səhnələşdirilmişdir.[7]

1970-ci ildə onun The Prince əsəri əsasında Con Boorman tərəfindən Leo the Last adlı film çəkilmişdir. Bu filmdə o dövrün məşhur aktyoraktrisalarından Marçello MastroyanniBilli Uaytlou da çəkilmişdir. Bu film elə həmin il Kann kinofestivalında Ən yaxşı rejissor işi mükafatına layiq görülmüşdür.

1969-cu ildə Avropaya geri dönən Corc Tabori Vyanadakı Burgtheaterdə və Berlində bir Brecht teatrı olan Berliner Ensembledə rejissorluqla məşğul olmuşdur.

Mükafatları

  • 1983 Mülheimer Dramatikerpreis
  • 1990 Mülheimer Dramatikerpreis
  • 2001 Kassel Literary Prize

Əsərləri

  • Weisman ilə Qızılüz
  • Bir casusa ağı
  • Yamyamlar
  • Brext qovluğu
  • Anamın cəsarəti
  • Qoldberq çeşidləmələri
  • Mübarizəm (oyun)
  • Berlin konserti

Ölümü

2006-cı ilə qədər fəaliyyətdə olan Corc Tabori bu ildə 93 yaşında vəfat etmişdir.[7]

Həmçinin bax

İstinadlar

  1. 1 2 3 Deutsche Nationalbibliothek Record #118620444 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  3. 1 2 George Tabori // Internet Broadway Database (ing.). 2000.
  4. http://www.washingtonpost.com/wp-dyn/content/article/2007/07/24/AR2007072401066.html?nav=rss_artsandliving/entertainmentnews.
  5. Feinberg, Anat. Embodied Memory: The Theatre of George Tabori. Iowa City: University of Iowa Press. 1999.
  6. abc.net.au. "Playwright George Tabori dies" (İngilis dili). 25 iyul 2007. 2008-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.
  7. 1 2 "Die Goldberg-Variationen" (Alman dili). 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-18.

Xarici keçidlər