Emilio Portes Xil

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Emilio Portes Xil
isp. Emilio Cándido Portes Gil
1 dekabr 1928 – 4 fevral 1930
ƏvvəlkiPlutarko Elias Kalyes
SonrakıPaskual Ortis Rubio
Şəxsi məlumatlar
Doğum tarixi 3 oktyabr 1890(1890-10-03)[1]
Doğum yeri
Vəfat tarixi 10 dekabr 1978(1978-12-10)[1] (88 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi, vəkil, hakim, diplomat
Dini ateizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emilio Kandido Portes Xil (isp. Emilio Cándido Portes Gil, İspanca tələffüz: [eˈmiljo ˈpoɾtes xil]; 3 oktyabr 1890[1], Syudad-Viktoriya[d], Tamaulipas[d]10 dekabr 1978[1], Mexiko) — Meksika dövlət xadimi, İnstitusional İnqilab Partiyasının sədri və 1928–1930-ci illərdə Meksika Prezidenti.

Həyatı

Portes Xil 1914-cü ilin sonundan Venustiano Karransanın rəhbərliyi altında inqilabi hərəkatda iştirak etmişdir. 1920-ci il prezident seçkilərində Karransaya qarşı Alvaro Obreqonu dəstəkləmişdir. Obreqon prezident seçildikdən sonra Portes Xil Tamaulipas ştatının müvəqqəti qubernatoru olmuşdur. O, həmçinin Plutarko Elias Kalyesin prezidentliyi dövründə, 1925–1928-ci illərdə Tamaulipas qubernatoru vəzifəsində çalışmışdır. Meksikanın müvəqqəti prezidenti kimi o, dövrün dominant siyasi qüvvəsi olan eks-prezident Kalyesin təsiri səbəbindən prezident səlahiyyətlərini sərbəst şəkildə həyata keçirə bilməmişdir.[2]

Portes Xil 1930–1931-ci illərdə Meksikanın yeganə siyasi partiyası olan İnstitusional İnqilab Partiyasının sədri olmuşdur. Daha sonra o, Meksikanın Fransadakı səfiri və 1931–1932-ci illərdə Millətlər Liqasının nümayəndəsi, baş prokuror və xarici işlər naziri olmuşdur. 1936-cı ildə siyasətdən təqaüdə çıxmışdır.[2]

İstinadlar

  1. 1 2 3 4 Emilio Portes Gil // SNAC (ing.). 2010.
  2. 1 2 Britannica, The Editors of Encyclopaedia. "[https://web.archive.org/web/20230213142932/https://www.britannica.com/biography/Emilio-Portes-Gil Arxivləşdirilib 2023-02-13 at the Wayback Machine Emilio Portes Gil\". Encyclopedia Britannica, 6 Dec. 2022.

Əlavə ədəbiyyat

  • Alvardo Mendoza, Arturo. El Portesgilismo en Tamaulipas: Estudio ssobre lad Constitución de la Autoridad Pública en el México Postrevolucionario. Mexico City: Colegio de México, 1992.
  • Ankerson, Dudley. "Emilio Portes Gil" in Encyclopedia of Mexico. Chicago: Fitzroy Dearborn 1997, pp. 1173-74.
  • Covian Martínez, Vidal Efrén. Emilio Portes Gil: Gobernador Delahuertista de Tamaulipas. Ciudad Victoria: Siglo XX 1967.
  • Dulles, John W.F. Yesterday in Mexico: A Chronicle of the Revolution, 1919-1936. Austin: University of Texas Press 1961.
  • González, Hugo Pedro. Portesgilismo y Alemanismo en Tamaulipas. Ciudad Victoria: Universidad Autónoma de Tamaulipas, 1983.
  • Krauze, Enrique, Mexico: Biography of Power. New York: HarperCollins 1997. ISBN 0-06-016325-9

Xarici keçidlər

  • Vikianbar Vikianbarda Emilio Portes Xil ilə əlaqəli mediafayllar var.
  • Cari Casteel. "Portes Gil, Emilio" (ingilis). historicaltextarchive.com. 2013-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-12.