Paskual Ortis Rubio

Paskual Ortis Rubio (isp. Pascual Ortiz Rubio; d. 10 mart 1877, Morelia, Meksika – 4 noyabr 1963, Mexiko, Meksika) — Meksikalı siyasətçi və Meksika prezidenti (1930–1932). Kalyes hökuməti elə bariz şəkildə nəzarəti altında saxlayırdı ki, Ortis Rubio 1932-ci ildə etiraz aksiyasında prezidentliyindən istefa vermişdi.[2]

Paskual Ortis Rubio
isp. Pascual Ortiz Rubio
5 fevral 1930 – 4 sentyabr 1932
ƏvvəlkiEmilio Portes Xil
SonrakıAbelardo Rodriges
Şəxsi məlumatlar
Doğum tarixi 10 mart 1877(1877-03-10)
Doğum yeri
Vəfat tarixi 4 noyabr 1963(1963-11-04) (86 yaşında)
Vəfat yeri
Vəfat səbəbi bronxopnevmoniya[d][1]
Partiya İnstitusional İnqilab Partiyası
Fəaliyyəti siyasətçi, nazir, diplomat, hərbi qulluqçu
Həyat yoldaşı Xosefa de Ortis (1892–1983)
Rütbəsi polkovnik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ortis Rubio Miçoakan ştatının Morelia şəhərində hüquqşünas və mülkədar ailəsində anadan olmuşdur. O, elə həmin şəhərdə San Nicolás de Hidalgo Miçoakan Universitetində mühəndislik ixtisası üzrə təhsil almışdır. O, tələbəlik illərindən siyasi fəaliyyətə başlamış və 1896-cı ildə Porfirio Diasın yenidən seçilməsinə qarşı çıxmışdır. 1910-cu ildə Meksika inqilabının baş verməsi və 1911-ci ildə Fransisko İqnasio Maderonun seçilməsi ilə, Ortis Rubio federal qanunverici hakimiyyətə Miçoakanın nümayəndəsi kimi seçilmişdir. General Viktoriano Uerta, Madero və onun vitse-prezidentini istefaya göndərib, sonradan — 1913-cü ilin fevralında hər ikisini öldürdükdən sonra Ortis Rubionu həbs etmişdir. Uerta 1914-cü ildə bir neçə inqilabçı fraksiya tərəfindən devrilmiş və Federativ Ordu bu məğlubiyyətlə darmadağın edilmişdi. Ortis Rubio, Venustiano Karransanın rəhbərlik etdiyi Konstitusiya Ordusuna qatıldı. Başlanğıcda polkovnik rütbəsi olan Rubio daha sonra general rütbəsinə qədər yüksəldi. Onun ordudakı fəaliyyəti dövründə Konstitusiyaçı fraksiya rəqib inqilabçı fraksiyaları məğlub etdi.[3]

1917–1920-ci illərdə Miçoakan ştatının qubernatoru kimi çalışmış Ortis Rubio 1920–1921-ci illərdə kommunikasiya katibi kimi işləmişdir. 1924-cü ildə Kalyes prezident seçildikdən sonra Ortis Rubio əvvəlcə Almaniya, daha sonra Braziliya üzrə Meksikanın səfiri vəzifəsinə təyin edilmişdir.[3]

1963-cü ildə Rubio memuar dərc etdirmişdir.[4]

  1. computerized civil registry.
  2. Roderic Ai Camp, "Pascual Ortiz Rubio" in Encyclopedia of Latin American History and Culture, vol. 4, p. 247. New York: Charles Scribner's Sons 1996.
  3. 1 2 Camp, "Pascual Ortiz Rubio" p. 247.
  4. Pascual Ortiz Rubio, Memorias, 1895–1928. Mexico 1963.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]