Endrü Yan

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Bu məqalə Endrü Yan haqqındadır. Endryu Yanq üçün Endryu Yanq səhifəsinə baxın.
Endrü Yan
Doğum tarixi 13 yanvar 1975(1975-01-13) (49 yaş)
Doğum yeri
Uşağı 2[1]
Təhsili
Fəaliyyəti təşəbbüskar
Partiyası
İmza
yang2020.com
yangforny.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Endrü Yan (ing. Andrew Yang; 13 yanvar 1975, Skenektadi[d], Nyu-York ştatı)[3]ABŞ siyasətçisi, müvəkkili, sahibkarıxeyriyyəçisi, "Venture for America" (VFA) təşkilatının qurucusu, 2020-ci il ABŞ prezidentliyinə namizəd. Yan 2000–2009-cu illərdə startap və ilkin inkişaf mərhələsində olan şirkətlərdə qurucu və ya icraçı olaraq işləmişdir. O, "VFA" təşkilatının təsis etdikdən sonra 2012-ci ildə Obama adminstrasiyası tərəfindən "Dəyişiklik çempionu", 2015-ci ildə isə "Qlobal sahibkarlıq üzrə prezident səfiri" seçilmişdir.

2017-ci ilin noyabr ayında Yan Demokrat Partiyası üçün 2020-ci il ABŞ prezidentliyinə namizədliyini irəli sürmüşdür.[4] Onun əsas siyasəti özünün adlandırdığı kimi "Azadlıq dividendi" – 18 yaşından böyük hər ABŞ vətəndaşı üçün nəzərdə tutulmuş şərtsiz baza gəliri (ŞBG) növüdür. Yan inanır ki, ŞBG avtomatizasiyanın işçi qüvvəsi ilə əlaqədar problemlərə gətirib-çıxaran sürətli inkişafına qaçılmaz cavabdır.[5] Onun platformasının digər iki mərkəzi elementi universal səhiyyə və "bəşəriyyətə əsaslanan kapitalizm"dir.[6] Onun kampaniya saytında 1000-dən çox siyasi təklif qeyd edilmişdir.[7][8]

Həyatı

Yan 1975-ci ilin yanvarın 13-də Skenektadi şəhərində anadan olub.[9] Onun valideynləri ABŞ-yə Çin Respublikasından 1960-cı illərində köçüb,[10] Berkli Kaliforniya Universitetinin ali məktəbində rastlaşıblar.[11]

Əsərləri

  • Yan, Endrü. Smart People Should Build Things: How to Restore Our Culture of Achievement, Build a Path for Entrepreneurs, and Create New Jobs in America. 2014. ISBN 0062292048.
  • Yan, Endrü. The War on Normal People: The Truth About America's Disappearing Jobs and Why Universal Basic Income Is Our Future. 2018. ISBN 0316414247.

İstinadlar

  1. https://heavy.com/news/2019/03/evelyn-yang-andrew-wife/.
  2. 1 2 https://www.andrewyang.com/blog/breaking-up-with-the-democratic-party.
  3. Clifford, Catherine. "This 43-year-old running for president in 2020 wants to give everyone $1,000 a month in free cash". CNBC (ingilis). April 11, 2018. July 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 5, 2019.
  4. Schwarz, Hunter. "Here's how 2020 Democrats announced their campaigns". CNN (ingilis). June 26, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 5, 2019.
  5. Clifford, Catherine. "This 43-year-old running for president in 2020 wants to give everyone $1,000 a month in free cash". CNBC (ingilis). April 11, 2018. July 2, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 5, 2019.
  6. Benjamin, Zachary. "2020 Democratic candidate Yang talks UBI, climate change" (ingilis). The Dartmouth. May 10, 2019. June 28, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 5, 2019.
  7. Mukherjee, Sy. "Meet Andrew Yang, the Democratic Candidate Who Wants to Give You $1,000 Each Month". Fortune (ingilis). June 27, 2019. June 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 5, 2019.
  8. "Our Policies". Andrew Yang for President (ingilis). February 17, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 5, 2019.
  9. "Andrew Yang Fast Facts". CNN. August 28, 2019. August 29, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2019.
  10. Cline, Seth. "Andrew Yang: Where He Stands". U.S. News & World Report. October 11, 2019. October 14, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 17, 2019.
  11. JoeRogan. "JRE #1245 – Andrew Yang". February 12, 2019. March 10, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: March 17, 2019 – Vimeo vasitəsilə.

Xarici keçidlər