Kərimbəyli (Salyan)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Kərimbəyli
39°47′31″ şm. e. 48°57′07″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Salyan rayonu
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi 2618 (2011) nəfər
Xəritəni göstər/gizlə
Kərimbəyli xəritədə
Kərimbəyli
Kərimbəyli

KərimbəyliAzərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

2006-cı ilə qədər Salyan rayonunun Qarabağlı inzibati ərazi vahidində tabe kənd. Əmr http://www.e-qanun.az/framework/11605. Şirvan düzündədir. Kəndin ilk sakinləri Kərimbəyov, Şıxlıbəyov və Hüseynbəyovların tarlalarında muzdla işləyən ailələr olmuşlar. Kəndin adını Kərimbəyovun adı ilə bağlayırlar. Lakin sakinlərin Qarabağdan gəlmiş kərimbəyli tayfası ilə əlaqədar olması da istisna deyildir. Rəvayətə görə təxminən XIX əsrin ortalarında bu kəndin yerləşdiyi yerdə Şirvan əyalətinin Bico bəylərindən olan Kərim bəyin evi, mal-qara qışlağı var imiş. Sovet dövründə kənd Kür çayı kənarında yerləşdiyinə görə, pambıq əkin sahələrini suvarmaq üçün burada su nasosları quraşdırılmışdır. 1950-60-cı illərdə buraya Sabirabad rayonunun Həşimxanlı kəndindən buraya iş üçün bir qrup ailə köçüb gəlmişdir. Kənddə həmçinin Rusiyadan köçürülmüş rus millətindən olan ailələr də yaşamışlar. XX əsrin sonunda onlar buradan köçüb getmişlər.[mənbə göstərin]

Bələdiyyə

Kərimbəyli bələdiyyəsi (Salyan)

Əhalisi

Kənd əhalisinin sayı 2618 (məlumat 2011-ci ilə aiddir) nəfərdir.[mənbə göstərin]

Birinci Qarabağ müharibəsi şəhidləri


  • Tağıyev Elçin Tofiq oğlu - (Doğum 24.02.1975- Ölüm 07.01.1994)
  • Süleymanov Neymət Əli oğlu -(Doğum 15.04.1975- Ölüm 18.01.1994)
  • İbayev Elşən Abdulla oğlu -(Doğum 19.01.1972- Ölüm 27.01.1994)
  • Mustafayev Eynulla Əziz oğlu -(Doğum 18.12.1958- Ölüm 07.01.1994)

Təhsil

Kərimbəyli məktəbinin Facebook səhifəsi.

Kərimbəyli məktəbi 2020-ci il

Din

Kənddə "Həzrəti Əbəlfəz" məscidi dini icması fəaliyyət göstərir.[1]

Görkəmli şəxsləri

Azərbaycan Milli Elmlər Akademiyasının alimi, professor Zaman Əsgərli. https://modern.az/az/news/174980

İstinadlar