Müqəddəs dil

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İngilis dilində Bibliya (Kral James Versiyası)

Müqəddəs dil — başqa dildə danışan insanların dini məqsədlər üçün istifadə etdikləri dil. Dilin işləkliyi, ancaq dini kitab və mətnlərin oxunması, öyrənilməsi və dinin ardıcılları üçün bəzi ritual və duaların o dildə istifadəsinin mövcudluğu ilə məhdudlaşır. Bu gün bu dillərin bir çoxu ölü dil halına gəlib.

  • Avesta dili — Müqəddəs dil kimi zərdüştilər işlədirdilər. Avesta bu qədim dildə yazılmışdır. Bu dil iki min il bundan əvvəl tərk edilmişdir.
  • Klassik Ərəb dili (VII əsr) — Müsəlmanlar üçün. Quranın mətni və hədislər orijinalda bu dildədir. Bəzən müsəlmanlar duaları da bu dildə əzbərləyib istifadə edirlər.
  • İbrani dili — yəhudilər üçün olan və xristianların da müqəddəs hesab etdiyi Əhdi-ətiq və başqa yəhudi dini qaynaqların dili.
  • Arami diliİsa Məsihin ana dili olmuş, on iki həvari arasında bu dildən istifadə etmişdir və Əhdi-Ətiqin də çox cüzi hissəsi bu dildədir.
  • Koine YunancasıƏhdi-Cədid bu dildə yazılmışdır. Əhdi-Ətiqin də bu dildə e.ə III əsrə aid Septuaginta adlanan tərcüməsi var. Dil hazırda dini məqsədlər üçün Yunan Katolik və Yunan Ortodoks kilsələrində istifadə olunur.
  • Süryani dili — bu dil xristianlığın yeni yarandığı dövrlərdə əhəmiyyətə malik olmuşdur. Bu gün də xristian dini xidmətlərində Şərq Assuriya Kilsəsi, Assuriya Pentekost kilsəsi, Suriya Pravoslav kilsəsi, Maruni kilsəsi və başqaları tərəfindən istifadə olunur.
  • Qibti dili — ölü dil olsa da, bu gün Qibti Pravoslav Kilsəsi və Qibti Katolik Kilsələrində aktiv istifadədədir.
  • Geez diliEfiopiyada müqəddəs dil. Efiopiyalı xristianlar istifadə edirlər. Həmçinin Efiopiya monoteist pravoslav kilsəsi bu dili dini mərasimlər üçün istifadə etmişlər.
  • Sanskrit diliVedalar bu dildə yazılmışdır. Hinduizmbuddizm üçün önəmli hesab olunur.
  • Pali — Erkən buddist ənənəsi olan Theravada Buddizminin dini əsərləri bu dildədir və ardıcılları arasında linqva franka əhəmiyyəti daşıyır.
  • Yeni Mandayi dili — Bu Cənubi İraqda və İranın Xuzistan əyalətində azlıqda yaşayan etno-dini qrup olan Mandayların işlətdiyi dini dildir.

Ayrıca bax

Qaynaqlar

  • Dil sosiologiyası، Yəhya Sxolastik Tehran: Humanitar institutu elmlər ۱ ۱۰۰۰