Nəriman Yusifov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Nəriman Yusifov
29 yanvar 1980 – 15 yanvar 1985
ƏvvəlkiEyvaz Məmmədov
SonrakıƏlisaab Orucov
Şəxsi məlumatlar
Doğum tarixi 1926
Doğum yeri
Vəfat tarixi 21 noyabr 2018(2018-11-21)
Vəfat yeri

Nəriman Həbib oğlu Yusifov — uzun müddət SSRİ Ali Soveti Rəyasət Heyətində məsul vəzifələrdə işləmiş dövlət xadimi və Azərbaycan SSR-nin ədliyyə naziri.

Həyatı və fəaliyyəti

Nəriman Həbib oğlu Yusifov 1926-cı ildə Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub[1].

Bakıda hüquq təhsili aldıqdan sonra bir müddət müxtəlif vəzifələrdə çalışıb. Daha sonra 1966–1978-ci illərdə 12 il Moskvada, Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləyib. Sonradan Azərbaycana gəldikdən sonra bir müddət Bakı şəhər prokuroru, sonradan isə Azərbaycan SSR ədliyyə naziri vəzifələrində işləyib.

Təqaüdə çıxdıqdan sonra Moskvada işlədiyi illər haqqında "12 il Moskvada — Kremldə" adlı kitab yazıb. Kitabda müəllif Şevardnadze, Voroşilov, Georqadze, marşal Budyonnı, Kosıgin, Rudenko ilə bağlı xatirələrini qeyd edib[2].

21 noyabr 2018-ci ildə uzun sürən xəstəlikdən sonra 92 yaşında vəfat edib[3][4][5][6].

Həmçinin bax

İstinadlar

  1. "Sabiq nazir vəfat etdi". 2021-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
  2. Nəriman Yusifov: "Müstəqillik böyük nemətdir"
  3. "Azərbaycanın sabiq ədliyyə naziri vəfat etdi". 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
  4. "Sabiq nazir Nəriman Yusifov vəfat etdi". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
  5. "Sabiq ədliyyə naziri vəfat etdi". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.
  6. "Azərbaycanın sabiq naziri vəfat etdi". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-22.