Fikrət Məmmədov (dövlət xadimi)

Fikrət Fərrux oğlu Məmmədov (1 iyul 1955, Bakı) — Azərbaycan hüquqşünası və dövlət xadimi, Azərbaycan Konstitusiya Məhkəməsinin hakimi (2024-cü ildən), Azərbaycan Respublikasının ədliyyə naziri (2000–2024), I dərəcəli dövlət ədliyyə müşaviri.

Fikrət Məmmədov
Vəzifədədir
23 fevral 2024-cü ildən
SədrFərhad Abdullayev
19 aprel 2000 – 14 fevral 2024
(i. e. 14–16 fevral 2024)
ƏvvəlkiSüdabə Həsənova
SonrakıFərid Əhmədov
Şəxsi məlumatlar
Doğum tarixi 1 iyul 1955(1955-07-01) (69 yaş)
Doğum yeri
Partiya
Təhsili
  • Moskva Dövlət Universitetinin Hüquq fakültəsi[d],
  • Bakı şəhəri 23 nömrəli tam orta məktəb[d]
Fəaliyyəti dövlət qulluqçusu
Rütbəsi
I dərəcəli dövlət ədliyyə müşaviri

Təltifləri "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 2008 Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu — 2015
"Şöhrət" ordeni — 2005 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2018 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fikrət Məmmədov 1 iyul 1955-ci ildə Bakıda doğulub. 1977-ci ildə M. V. Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini, 1988-ci ildə Bakı APM-nı (Dövlət İdarəçilik Akademiyası) bitirmişdir.

Evlidir, 4 övladı var.

Əmək fəaliyyətinə 1977-ci ildə rayon prokurorunun köməkçisi kimi başlamış, Bakı şəhər prokurorluğunda istintaq şöbəsinin prokuroru, respublika prokurorluğunda Təşkilat-nəzarət şöbəsinin böyük prokuroru və rəisi vəzifələrində işləmiş, həmin vəzifədən Azərbaycan KP MK İnzibati orqanlar şöbəsində hüquq mühafizə orqanları ilə iş üzrə təlimatçı vəzifəsinə keçirilmişdir.

Sonralar respublika Baş Prokurorluğu Hüquqi təminat idarəsinin rəisi, Sumqayıt şəhər prokuroru, 1994–2000-ci illərdə Baş prokurorun müavini olmuş, 2000-ci ilin aprel ayında Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilmişdir[1]. Daha sonra formalaşmış hökumətlərdə F. Məmmədov 4 dəfə bu vəzifəyə yenidən təyin olunmuşdur. 2005-ci ildən Məhkəmə-Hüquq Şurasının sədridir, və bu vəzifəyə dəfələrlə yenidən seçilmişdir.

I dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsindədir.

F. Məmmədov ölkəsinin məhkəmə sisteminin təkmilləşdirilməsinə və beynəlxalq standartlara uyğunlaşdırlımasına töhfələr vermişdir.

Beynəlxalq Prokurorlar Assosiasiyasının senatoru və fəxri üzvü, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının və BMT-nin Cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi üzrə Konqresinin vitse-prezidentidir.

2024-cü il fevralın 14-də yenidən Azərbaycan Prezidenti seçilmiş İlham Əliyevin inauqurasiyasından sonra qanunvericiliyə uyğun olaraq Nazirlər Kabineti istefa verib. Nazirlər Kabinetinin yeni tərkibində ədliyyə naziri Fikrət Məmmədov yer almayıb. Həmin vəzifənin müvəqqəti icrası Azərbaycan Respublikası ədliyyə nazirinin müavini Azər Cəfərova həvalə edilib.[2] Daha sonra prezidenti İlham Əliyev Fikrət Məmmədovu Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilməsi haqqında Milli Məclisə təqdimat verib.[3] Fevralın 23-də Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təyin edilib.[4]

Fikrət Məmmədov, həmçinin beynəlxalq təşkilatların və xarici dövlətlərin medallarına və digər mükafatlarına layiq görülmüşdür.

  1. "F. F. Məmmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında". 2024-02-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-24.
  2. "Fikrət Məmmədov və Mübariz Qurbanlı yeni kabinetdə yer almayıb". Apa.az (az.). 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  3. "Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edilir". Report İnformasiya Agentliyi (az.). 2024-02-17. 2024-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-17.
  4. "Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin kollektivinə təqdim olunub". Report İnformasiya Agentliyi (az.). 2024-02-23. 2024-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-23.
  5. F. F. Məmmədovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında
  6. F. F. Məmmədovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı