Eyvaz Məmmədov

Eyvaz Əbdürəhman oğlu Məmmədov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ədliyyə naziri (1970–1980).

Eyvaz Məmmədov
2 noyabr 1970 – 29 yanvar 1980
Əvvəlkiİshaq Gülməmmədov
(1959-cu ilədək)
SonrakıNəriman Yusifov
Şəxsi məlumatlar
Doğum tarixi 1921
Təhsili
Rütbəsi polkovnik

Eyvaz Əbdürəhman oğlu Məmmədov 1921-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1938–1944-cü illərdə Sovet Ordusunda xidmət etmiş, Böyük Vətən müharibəsi iştirakçısı olmuşdur.[1]

1944–1965-ci illərdə dövlət təhlükəsizliyi orqanlarında xidmət edən Eyvaz Məmmədov 1965–1970-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Xarici Turizm İdarəsi rəisinin müavini, Azərbaycan SSR Nazirlər Soveti yanında Hüquq Komissiyası sədrinin müavini vəzifələrində işləmişdir.[1]

Eyvaz Məmmədov 1970-ci ildə Ədliyyə Nazirliyi yenidən təsis olunduqda nazir vəzifəsinə təyin edilmiş, 1980-ci ildə təqaüdə çıxanadək bu vəzifədə işləmişdir. O, 1942-ci ildə ÜİK(b)P (Sov.İKP) üzvlüyünə qəbul edilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur. Azərbaycan SSR Ali Sovetinin 8 və 9-cu çağırış deputatı seçilmişdir.[2]

  1. 1 2 Мәммәдов Ејваз Әбдүрәһманович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Сәккизинҹи чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1973. С. 221.
  2. Мәммәдов Ејваз Әбдүрәһманович // Азәрбајҹан ССР Али Советинин депутатлары. Доггузунҹу чағырыш. Бакы: Азәрбајҹан Дөвләт Нәшријјаты. 1976. С. 212.