Petros Adamyan

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Petros Adamyan
q.erm. Պետրոս Հերոնիմոսի Ադամեան
Doğum tarixi 21 dekabr 1849(1849-12-21)[1][2]
Doğum yeri
Vəfat tarixi 4 iyun 1891(1891-06-04)[1][2] (41 yaşında)
Vəfat yeri
Vəfat səbəbi qırtlaq xərçəngi[d]
Dəfn yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, şair, rəssam, ictimai xadim
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Petros İeronimoviç Adamyan (erm. Պետրոս Հերոնիմոսի Ադամեան; 21 dekabr 1849[1][2], Karaköy[d], Konstantinopol, Osmanlı imperiyası[1][2]4 iyun 1891[1][2], Konstantinopol[1][2]) — erməni aktyoru.

Həyatı

Petros İeronimoviç Adamyan 21 dekabr 1849-cı ildə Osmanlı imperiyasının paytaxtı İstanbul şəhərində anadan olmuşdur. Səhnə fəaliyyətinə 1866-cı ildən İstanbul erməni teatrında başlamışdır. 1879-cu ildən Tiflisdə, Bakıda, Şuşada, həmçinin RusiyaUkrayna şəhərlərində çıxış etmişdir. 1888-ci ildə Adamyan İstanbula qayıtmışdır. 200-dən çox rol oynamışdır. Adamyanın yaradıcılığı üçün intellektuallıq, emosionallıq və yüksək sənətkarlıq xarakterik idi. Əsas rolları: Arbenin ("Maskarad", Lermontov), Hamlet, Otello ("Hamlet", "Otello", Şekspir), Karl Moor ("Qaçaqlar", Şiller), Masistan ("Xatabala", Sundukyan). "Şekspir və onun "Hamlet" faciəsinin tənqidi" kitabının müəllifidir. O, 4 iyun 1891-ci ildə, 41 yaşında İstanbul şəhərində vəfat etmişdir.[3]

İstinadlar

  1. 1 2 3 4 5 6 7 8 9 Erməni Sovet Ensiklopediyası (erm.). / red. Վ. Համբարձումյան, Կ. Խուդավերդյան Հայկական հանրագիտարան հրատարակչություն, 1974.
  2. 1 2 3 4 5 6 7 8 9 Erməni Qısa Ensiklopediyası (erm.). Հայկական հանրագիտարան հրատարակչություն, 1990. C. 1.
  3. Иеронимович Адамјан Петрос // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 116.

Əlavə ədəbiyyat

  • Тер-Габриеляни Г., «Воспоминания о незабвенном армянском артисте Петре Иеронимовиче Адамяне», Тифлис, 1896
  • Генджян Е., «Памяти великого артиста Петра Иеронимовича Адамяна», Ростов-на-Дону, 1908
  • «Трагик Адамян». в сб.: «Братская помощь пострадавшим в Турции армянам», Москва, 1897, С. 437-439
  • Веселовскии А., «Два силуэта», «Армянский вестник», Москва, 1916, № 3. С. 2-4
  • Ярышкин А.,«Адамьян в роли Гамлета», Одесса, 1887
  • Степанян Г., «Петрос Адамян», Ереван, 1956

Xarici keçidlər