Qlenn Vilyam Şou

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Qlenn Vilyam Şou
Doğum tarixi 1886[1][2]
Doğum yeri
Vəfat tarixi 1961[1]
Təhsili
  • Kolorado Kolleci[d]
Fəaliyyəti pedaqoq, tərcüməçi, yazıçı

Qlen Vilyam Şou (ing. Glenn William Shaw; 1886[1][2], Los-Anceles, Kaliforniya1961[1]) – ABŞ pedaqoqu, yazıçısı, tərcüməçisi, dövlət məmuru.[3] 1916–1940 və 1949–1957-ci illərdə Yaponiyada aktiv fəaliyyət göstərmişdir.[3] İkinci dünya müharibəsinə qədər bir çox müasir Yaponiya yazıçısının əsərlərini ingilis dilinə tərcümə etmiş, Qərb dünyasının Yaponiyanı başa düşməsinə töhfə vermişdir.[3] Müharibədən sonra ABŞ–Yaponiya münasibətlərinin yaxşılaşdırılması üçün çalışmışdır.[3]

Həyatı

Qlen Vilyam Şou 1886-cı ildə ABŞ-nin Los-Anceles şəhərində doğulmuşdur.[3] 1910-cu ildə Kolorado Kollecindən məzun olmuş, Havay adaları, Yaponiya, ÇinHindistanda ingilis dili dərsləri vermişdir.[3] 1916–1940-cı illərdə Yaponiyanın Osaka prefekturasında fəaliyyət göstərmişdir.[3] "Osaka Mainichi" qəzet şirkəti üçün radio yayımları hazırlamış, "Osaka Asahi Shimbun" qəzetinin köşə yazarı olmuşdur.[3]

Yapon dilini bildiyi üçün 1940–1949-cu illərdə ABŞ donanması üçün işləmiş, yapon dili təlimi ilə məşğul olmuş, Kolorado ştatında yerləşən Donanma Dil Məktəbinin direktoru olmuş, Vaşinqtonda yerləşən Donanma Kəşfiyyat Məktəbinin dekanı təyin olunmuşdur.[3] 1949-cu ildə dövlət tarixçisi kimi Yaponiyaya qayıtmış, Yaponiya Xarici İşlər Nazirliyinin sənədlərinin lentə alınma prosesinə başçılıq etmişdir.[3] 1952–1957-ci illərdə ABŞ-nin Tokio səfirliyində ABŞ İnformasiya Agentliyinin mədəniyyət işçisi kimi işləmişdir.[3]

ABŞ prezidentinin Ləyaqət sertifikatı (1947), Kolorado Kollecinin ədəbiyyat üzrə fəxri dərəcəsi (1954), eləcə də, Yaponiya hökumətinin üç ordeni ilə təltif olunmuşdur.[3]

Əsərləri

Əsas əsərlərinə "Osaka eskizləri" (1929), "Yapon qaralama dəftəri" (1932) və "Yaponiyada yaşamaq" (1936) daxildir.[3] O, bir sıra müasir Yaponiya yazıçılarının əsərlərini tərcümə etmişdir: "Keşiş və onun şagirdləri" (1922, Hyakuzo Kurata), "Tocuronun sevgisi" (1925, Kikuçi Kan), "Adilik" (1927, Futabatey Şimey).[3] Rünoske Akutaqavanın hekayələrini tərcümə edərək 1930-cu ildə "Qrotesk və maraqlı hekayələr" adı ilə nəşr etdirmişdir.[3]

İstinadlar

  1. 1 2 3 4 https://viaf.org/viaf/78369781/.
  2. 1 2 Glenn W. Shaw // MAK (pol.).
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 Kodansha Encyclopedia of Japan

Ədəbiyyat

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). VII cild (Sake–Temm). Tokio: Kodansha. 1983. səh. 81. ISBN 0-87011-627-4. İstifadə tarixi: 25 yanvar 2023.