Radioquraşdırma zavodu

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Radioquraşdırma zavoduAzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisə.

Tarixi

"Radiozavod" 1948-ci ildə Yerli Sənaye Nazirliyinin tabeliyində yaradılmışdır. Zavodun ilk məhsulu "Rekord" və "Qranit" lampalı radioqəbulediciləri olmuşdur. 1950-ci ildən başlayaraq ağ-qara rəngli televizorlar və radioqəbuledicilər istehsal edilmişdir. 1971-ci ildən ES-EHM tipli elektron hesablayıcı maşınların hissələri və elektron avadanlıqları istehsal edilmişdir. 1980-ci ildən isə SSRİ Rаdiоsənаyеsi Nаzirliyində buraxılan yeni EC-1045 və EC-1065 elektron hesablayıcı maşınların elektron avadanlıqları istehsal edilmişdir. Bu məmulatlar xalq təsərrüfatının müxtəlif sahələrində istifadə üçün istehsal olunurdu. 1984-cü ildə "Radiozavod" "Robot" zavodu ilə birləşdirilərək "Radioquraşdırma" Bakı İstehsalat Birliyi adlandırılmışdır. 1991-ci ilədək "Radioquraşdırma" İB SSRİ Radiosənayesi Nazirliyinin, daha sonra Аzərbаycаn Rеspublikаsı Nаzirlər Kаbinеtinin tabeliyində olmuş, 1993-cü ilin avqust ayında Dövlət Хüsusi Mаşınqаyırmа və Kоnvеrsiyа Kоmitəsinin tabeliyinə verilmişdir. 2006-cı ildən zavod Azərbaycan Respublikası Müdаfiə Sənаyеsi Nаzirliyinin tabeliyində fəaliyyət göstərir.[1]

Fəaliyət sahələri

Texnoloji imkanları

Mənbə

İstinadlar

  1. "Müəssisə haqqında". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-13.

Xarici keçidlər

Həmçinin bax