Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Əlahiddə Ümumqoşun Ordu — Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan Muxtar Respublikasındakı xüsusi statuslu bölməsi.
Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu | |
---|---|
Növü | Hərbi birləşmə |
Yaranma tarixi | 18 dekabr 2013 | )
Ölkə | Azərbaycan |
Tabedir | Müdafiə Nazirliyi |
Daxildir | Azərbaycan Ordusu |
Qərargah | Naxçıvan şəhəri |
Döyüşlər |
Qarabağ müharibəsi (2020) • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi |
Komandanlıq | |
Komandir | general-mayor. Kənan Seyidov |
Qərargah rəisi | gen-ley. Fazil Ağalarov |
Vikianbarda əlaqəli mediafayllar |
1991-ci il sentyabrın 7-də Naxçıvan MR-nın yaranmış vəziyyətdən xilas edilməsi, ərazisini Ermənistan silahlı qüvvələrindən qorumaq, əhalini talan və qırğınlardan qurtarmaq məqsədilə Naxçıvan MR Ali Sovetinin sədri olan Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Dövlət Müdafiə Komitəsi yaradıldı. Naxçıvan MR Ali Sovetinin sədri Heydər Əliyevin 20 sentyabr 1991-ci il tarixli fərmanına əsasən leytenant Elman Abbas oğlu Abbasov Dövlət Müdafiə Komitəsinin sədri təyin edilmişdir.
1992-ci il sentyabrın 15-də isə Naxçıvan MR ərazisində birinci milli ordu birliyindən biri olan 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada formalaşdı. 705-ci əlahiddə gücləndirilmiş motoatıcı briqanın uğurlu döyüş yolu olmuş və 21 may 1995-ci ildə motoatıcı diviziyaya statusu almışdır.
8 dekabr 1998-ci ildə isə motoatıcı diviziyanın bazasında 5-ci Ordu Korpusu yaradılmışdır.
Azərbaycan Prezidenti İlham Əliyevin "Azərbaycan Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 18 dekabr 2013-cü il tarixli fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordu yaradılmışdır.
2021-ci il mayın 10-da Naxçıvan Qarnizonu Hospitalının açılışı olmuşdur. 2013-cü ildən Əlahiddə Ümumqoşun Ordunun tabeliyinə verilən Naxçıvan Qarnizonu Hospitalı üçün inşa edilmiş yeni bina 5 mərtəbəlidir. Müasir tibbi avadanlıqla təchiz edilən 290 çarpayılıq hospital 1 stasionar şöbəni, 11 stasionar və 13 yardımçı bölməni əhatə edir.
(1962–) |
||||||
(1962–) |
||||||
(1962–) |
Günnüt əməliyyatı (may, 2018) Qarabağ müharibəsi (2020) • Hadrutun azad edilməsi • Füzulinin azad edilməsi • Şuşanın azad edilməsi | |||||
(1974–) |
Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülən Əlahiddə Ümumqoşun Ordunun şəhidləri Anar Əliyev və Nihad Babayev |
Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətindən 79 hərbi qulluqçu 2020-ci ilin sentyabr-noyabr aylarında baş verən Qarabağ müharibəsi zamanı Füzuli-Xocavənd-Şuşa istiqamətində gedən hərbi əməliyyatlarda şəhid olub.[1] Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyətindən şəhid olanlardan 14 nəfəri zabit, 4 nəfəri gizir, 4 nəfəri çavuş, 57 nəfəri isə əsgərlərdən ibarət idi.
Şəhid olanlar sırasında Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Bölməsinin Komandiri Anar Əliyev və Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlı Bölməsinin Komandir müavini Nihad Babayev də var idi.
Şəhid olan 39 nəfərdən 2-i Vətən Müharibəsi Qəhrəmanı adı ilə, 6-sı "Azərbaycan Bayrağı" ordeni ilə, 25-i 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə, 39-u "Vətən uğrunda" medalı ilə, 4-ü "İgidliyə görə" medalı ilə, 16-sı "Hərbi xidmətlərə görə" medalı ilə, 39-u "Xocavəndin azad olunmasına görə" medalı ilə, 30-u "Füzulinin azad olunmasına görə" medalı ilə, 32-si "Şuşanın azad olunmasına görə" medalı ilə təltif olunub.