Əqrəb (hərbi birləşmə)

"Əqrəb" Xüsusi Təyinatlı DəstəsiAzərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı dəstəsi.

Əqrəb
Növü xüsusi təyinatlı
Ölkə Azərbaycan Azərbaycan
Tabedir DİN Daxili Qoşunları
Sayı gizli saxlanılır
Müharibələr 2-ci Qarabağ müharibəsi
Döyüşlər Cəbrayıl döyüşləri
Füzuli döyüşləri
Xocavənd döyüşləri
Fərqlənmə nişanları
Komandanlıq
Komandir May. Ələsgər Muxtarov

Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlı hərbi qulluqçulardan ibarət xüsusi təyinatlı dəstələri mövcuddur. Həmin dəstərin hamısı vahid "Kommando" adı altında birləşiblər. Ümumi olaraq isə Daxili Qoşunların 9 Xüsusi Təyinatlı Dəstəsi mövcuddur. "Əqrəb" Xüsusi Təyinatlı Dəstəsidə onlardan biridir.

"Əqrəb" Xüsusi Təyinatlı Dəstəsi əsasən gizirlərdən və zabitlərdən ibarətdir. Baş geyimləri qırmızı beretdir. Komandirləri "Qarabağ" ordenli mayor Ələsgər Muxtarovdur.[1]

"Əqrəb" Xüsusi Təyinatlı Dəstəsinin hərbi qulluqçuları 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl şəhərinin, Füzuli şəhərininXocavənd şəhərinin azad edilməsi uğrunda gedən döyüşlərdə savaşmışdır. Dəstənin şəxsi heyətindən 6 nəfər şəhid olmuşdur. XTD Komandiri Ələsgər Muxtarov döyüşlər zamanı Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində yaralanmışdır.

  1. Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 09.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az (az.)). 09.12.2020. 2021-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 09.12.2020.