Rostislav Pevtsov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Rostislav Pevtsov
Rostislav Pevtsov 2022-ci ildə
Rostislav Pevtsov 2022-ci ildə
Şəxsi məlumatlar
Tam adı Rostislav Pevtsov
Vətəndaşlığı Ukrayna Ukrayna
Azərbaycan Azərbaycan
Doğum tarixi (37 yaş)
Boyu 188 sm.
İdman növü Triatlon
Məşqçisi Lev Medvedev

Rostislav Pevtsov (15 aprel 1987) — Azərbaycanı təmsil edən triatlonçu.[1]

Karyerası

Rostislav Pevtsov 2002-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Lev Medvedevdir.

Rostislav Pevtsov 2015-ci ilin iyununda Birinci Avropa Oyunlarında mübarizə apardı.[1] Finalda 1 saat 48 dəqiqə 4 saniyə nəticə göstərən Rostislav Pevtsov Birinci Avropa Oyunlarının bürünc medalın sahibi oldu.[1] Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Rostislav Pevtsov "Tərəqqi" medalı ilə təltif edildi.[2]

Rostislav Pevtsov Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[3] Bununla da o, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci triatlonçu olaraq tarixə düşdü. Finalda Rostislav Pevtsov 1 saat 52 dəqiqə 6 saniyə nəticə göstərdi və olimpiadanı 38-ci pillədə başa vurdu.[3]

Daha sonra Rostislav Pevtsov Azərbaycanı 2021-ci ildə Yaponiyanda baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[4] Finalda 1 saat 50 dəqiqə 46 saniyə nəticə göstərən Rostislav Pevtsov olimpiadanı 40-cı pillədə başa vurdu.[4][5]

İstinadlar

  1. 1 2 3 Olympedia.org. "Rostislav PEVTSOV". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. Normativ hüquqi sənədlərin vahid internet bazası. "I Avropa Oyunları qaliblərinin və Azərbaycan idmanında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamı". www.e-qanun.az (az.)). 30.06.2015. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  3. 1 2 Olympedia.org. "2016 Summer Olympics Games / Trithlon / Singles / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. 1 2 Olympedia.org. "2020 Summer Olympics Games / Trithlon / Singles / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  5. Azerisport.com idman portalı. "Токио-2020: Ростислав Певцов финишировал 41-м". www.azerisport.com (rus.)). 11.02.2022. 2022-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11.02.2022.