Azərbaycan Olimpiya Oyunlarında

Azərbaycan ilk dəfə 1996-cı ildə müstəqil bir dövlət kimi Olimpiya Oyunlarına qatılıb və o gündən bu yana hər Olimpiya Oyunlarına idmançı göndərib.

Azərbaycan
Olimpiya Oyunlarında
BOK KoduAZE
MOKAzərbaycan Milli Olimpiya Komitəsi
Medallar
Yer: —




7 14 28 49
Yay Olimpiya Oyunları
19962000200420082012201620202024
Qış Olimpiya Oyunları
19941998200220062010201420182022

Daha əvvəl, Azərbaycanlı idmançılar 1952-ci ilə 1988-ci illərdə Olimpiya Oyunlarında Sovet İttifaqının bir hissəsi kimi yarışıb və Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan 1992-ci ildə Müstəqil Dövlətlər Birliyinin "Birləşmiş Komandasında" yarışıb.

Azərbaycanlı idmançılar Yay Olimpiya Oyunlarında, güləş, güllə atıcılığı, boks, cüdo, taekvondo, kano sprintağır atletika idman növlərində, cəmi 45 medal qazanıb.

Azərbaycan Milli Olimpiya Komitəsi 1992-ci ildə yaradılıb və 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınıb.

1992-ci ilin iyulunda İspaniyanın Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarından əvvəl, 1992-ci ildə Sovet İttifaqı dağıldı. 15 dövlət müstəqilliyini elan elədi. 15 dövlətdən 12-sinin Milli Olimpiya Komitəsi 1992-ci ildə təsis edildi. Barselona Olimpiadasına qədər də Beynəlxalq Olimpiya Komitəsi bu qurumları tanımırdı. Sadəcə 1990-cı ildə təsis edilən Estoniya, Latviya və Litvanın Milli Olimpiya Komitələri Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanındı və bu üç dövlətin olimpiada da öz bayrağı altında çıxış eləməsinə icazə verildi. Digər 12 dövlət isə Birləşmiş Komanda adı altında olimpiada da mübarizə apardı. Birləşmiş Komanda da 12 dövlətin Dünya və Avropa Çempionatlarında, beynəlxalq turnirlərdə uğurlu nəticələri olan idmançıları dəvət edildi. Azərbaycan Milli Olimpiya Komitəsindən 5 idmançı olimpiada da çıxış elədi. Cüdo turnirində mübarizə aparan Nazim Hüseynov bütün rəqibləri üzərində qələbə qazandı və Barselona Olimpiadasının qalibi oldu. Olimpiada da mübarizə aparan idman gimnastı Valeri Belenki isə turnirin bürünc medalına sahib oldu. Təltifetmə mərasimi zamanı Azərbaycan bayrağı qaldırıldı və Azərbaycanın Dövlət himni səsləndirildi, amma bu nəticə medal sıralanması zamanı Birləşmiş Komandanın hesabına yazıldı.

Yay Olimpiya Oyunları

[redaktə | mənbəni redaktə et]

1996-cı il: Atlanta Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Azərbaycan 1996-cı ilin iyulunda Birləşmiş Ştatların Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bu Azərbaycanın olimpiadalarda debütü idi. Azərbaycan Atlanta Olimpiadasında 23 idmançı ilə 9 idman növü üzrə təmsil olundu.[1] Azərbaycan Milli Olimpiya Komandasında Olimpiya çempionu, cüdoçu Nazim Hüseynov və Avropa çempionu, sərbəst güləşçi Namiq Abdullayev medala əsas iddialı idmançılar idilər. Olimpiadanın açılış mərasimi zamanı Azərbaycan bayrağını Olimpiya çempionu, cüdoçu Nazim Hüseynov apardı. Azərbaycan Atlanta Olimpiadasını 1 gümüş medalla başa vurdu. Sərbəst güləş turnirində çıxış edən Namiq Abdullayev final görüşündə titullu Bolqarıstan güləşçisi Valentin Yordanova məğlub olaraq turnirin gümüş medalına sahib oldu. Namiq Abdullayev olimpiadanın medalına sahib olan birinci azərbaycanlı idmançı olaraq tarixə düşdü. Komandanın heyətində bir idmançı — boksçu Ədalət Məmmədov medalın bir addımlığı mübarizəsini başa vurdu. Ümumi olaraq olimpiadanı 1 medalla başa vura Azərbaycan Milli Olimpiya Komandası medalların əyarına görə 61-ci pillədə, medalların sayına görə isə 64-cü pillədə qərarlaşdı.

2000-ci il: Sidney Olimpiadası

[redaktə | mənbəni redaktə et]

2004-cü il: Afina Olimpiadası

[redaktə | mənbəni redaktə et]

2008-ci il: Pekin Olimpiadası

[redaktə | mənbəni redaktə et]

2012-ci il: London Olimpiadası

[redaktə | mənbəni redaktə et]

2016-cı il: Rio-de-Janeyro Olimpiadası

[redaktə | mənbəni redaktə et]

2020-ci il: Tokio Olimpiadası

[redaktə | mənbəni redaktə et]

Qış Olimpiya Oyunları

[redaktə | mənbəni redaktə et]

Qış idman növlərinin ənənəsi olmadığı Azərbaycan tarix ərzində Qış Olimpiya Oyunlarında heç bir uğura imza ata bilməmişdi. 1993-cü ildə Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Komitəsinə üzv qəbul edilməsindən sonra Azərbaycan 1994-cü ildə Norveçin Lillehammer şəhərində baş tutan XVII Qış Olimpiya Oyunlarında mübarizə aparmalı idi, amma heç bir idmançı lisenziya qazanmadığına görə Azərbaycan Lillehammer Olimpiadasında çıxış edə bilmədi. Azərbaycanın Qış Olimpiya Oyunlarında debütü 1998-ci ilin 7–22 fevralında Naqano şəhərində (Yaponiya) baş tutan XVIII Qış Olimpiya Oyunlarında təsadüf edir. Həmin olimpiada da Azərbaycan dörd idmançı ilə bir idman növü üzrə təmsil olundu. Fevralın 7-də Naqano Olimpiya Stadionunda baş tutan açılış mərasimində Azərbaycan bayrağını Yuliya Vorobyova apardı. Naqano Olimpiadasında Azərbaycan fiqurlu jonjisürənləri 16 və 18-ci pillələrdə qərarlaşdı.

Dörd ildən sonra Azərbaycan olimpiyaçıları Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarında mübarizə apardı. Bu səfər Azərbaycanı 4 idmançı 2 idman növü üzrə təmsil elədi olimpiada da. Açılış mərasimində Azərbaycan bayrağını Sergey Rılov apardı. Bu olimpiada da dağ xizəyi turnirində çıxış edən Elbrus İsaqov Azərbaycanı Qış Olimpiya Oyunlarında təmsil edən birinci və yeganə azərbaycanlı idmançı olaraq tarixə düşdü.

2006-cı ildə Azərbaycan olimpiyaçıları İtaliyanın Turin şəhərində baş tutan XX Qış Olimpiya Oyunlarında 2 idmançı ilə 1 idman növündə təmsil olundu. Buzüstü rəqs turnirində mübarizə aparan Kristin Freyzer & İqor Luxanin dueti olimpiadanı 18-ci pillədə başa vurdu.

Dörd ildən sonra Azərbaycan Kanadanın Vanjuver şəhərində baş tutan XXI Qış Olimpiya Oyunlarında mübarizə apardı. Bu olimpiada da Azərbaycanı 1 idman növü üzrə 2 idmançı təmsil elədi. İtaliyaİsveçrədən milliləşdirilən idmançılar Qaya Bassani AntivariSed Nots olimpiadanı müvafiq olaraq 58-ci və 72-ci pillərlədə başa vurdu.

2014-cü ildə

Əsas məqalə: Azərbaycan 1998 Qış Olimpiya Oyunlarında

1998-ci ildə Azərbaycan tarixində birinci dəfə müstəqil ölkə kimi Qış Olimpiya Oyunlarına qatıldı. Hələ sovet dövründə Bakıda qış idman növlərinin inkişafı üçün baza yaradılması istiqamətində müəyyən işlər görüldü, addımlar atıldı. Bakıda idman saraylarında fiqurlu konkisürmə üzrə yarışlar baş tutdu, lakin Azərbaycanın cənub ölkəsi olması qış idman növlərinin kifayət gədər inkişafı üçün imkanlar yaratmadı. Buna baxmayarq Azərbaycan 1998-ci ildə Yaponiyanın Naqano şəhərində baş tutan XVIII Qış Olimpiya Oyunlarına qatıldı. 5 idmançı ilə Naqanoya yollanan Azərbaycanın, 7 fevral tarixində baş tutan açılış mərasimində bayrağını fiqurlu konkisürmə idmanında çıxış edən Yuliya Vorobyeva apardı. Azərbaycan komandası əsasən Naqanoya legioner idmançılarla yollandı.

Fiqurlu konkisürmə yarışlarında çıxış edən Yuliya Vorobyeva və İqor Paşkeviç 16-cı yeri tutdu. İnqa Rodionova və Aleksandr Aniçenko dueti isə 18-ci yeri tutdu. Dağ xizəki yarışlarında çıxış edən Elbrus İsaqov isə xəstələndiyinə görə mübarizə apardı.

1997-ci ilin dekabr ayında Sidney Olimpiadasına hazırlıq konsepsiyası təsdiq olundu. 1998-ci ilin yanvarında idmançıların sosial problemləri ilə bağlı bir sıra məsələlər həll olundu, federasiyaların işində səliqə-sahman yaradıldı, idmançıların təlim-məşq prosesi təşkil edildi, onların yarışlarda iştirakı təmin olundu. 1997-ci ilin sonunda Azərbaycan idmançıları Sidney Olimpiadasın üçün birinci lisenziyanı qazandı. Sidney Olimpiadasın ərəfəsində lisenziyaların sayı 31-ə çatdı. MOK-un idmançılar üçün təşkil etdiyi son təlim-məşq toplantıları avqustun birinci yarısında başa çatdı. Avqustun sonlarında isə idmançıların Avstraliyaya yola salma mərasimi baş tutdu.

Avqustun 25-də Xəzər dənizinin sahilində Zuğulba qəsəbəsində yerləşən Beynəlxalq Turizm Mərkəində Azərbaycan Respublikasının Prezidenti Heydər ƏliyevMOK-un Prezidenti İlham Əliyevin iştirakı ilə yola salma mərasimi baş tutdu. Mərasimdə cüdo üzrə məşqçi Ağayar Axundzadə və 1996 Atlanta Olimpiadasının gümüş medalçısı Namiq Abdullayev Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyacaqlarına, Sidneydən medallarla qayıdacaqlarına söz verdilər. Mərasimin sonunda Azərbaycan Prezidenti Heydər Əliyev idmançılara tövsiyələrini, xeyir-duasını verdi. Onlara uğurlu yol arzuladı. Heydər Əliyev Olimpiya Oyunlarının necə əhəmiyyətli, necə möhtəşəm bir hadisə olduğunu vurğulayaraq dedi.

"XXVII Yay Olimpiya Oyunları 20-ci əsrin son oyunlarıdır. Olimpiya Oyunları hər dəfə bəşəriyyətdə əlamətdar hadisə kimi qiymətləndirilmişdir. Ancaq 20-ci əsrə yekun vuran və bu əsrdə Beynəlxalq Olimpiya Hərəkatının nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirən XXVII Sidney Yay Olimpiya Oyunları olacaqdır."
Heydər Əliyev

15 sentyabrda Sidneydə 20-ci əsrin sonuncu Olimpiya Oyunlarının açılış mərasimi baş tutdu. Açılış mərasimində üçrəngli Azərbaycan bayrağını meydana 1996 Atlanta Olimpiadasının gümüş medalçısı Namiq Abdullayev gətirdi. O üçrəngli bayrağın arxasından Azərbaycanın 31 idmançı addımlayırdı. Azərbaycan idmançıları sırasında Avropa və Dünya çempionaları var idi. Cüdoçu Elçin İsmayılov, güləşçi Namiq Abdullayev və stend atıcısı Zemfira Meftahətdinova Sidneydə Azərbaycanın üçrəngli bayrağını dalğalandırmağ arzusu ilə alışıb yanırdılar. Azərbaycan Sidneydə birinci medalını 21 sentyabr tarixində qazandı. Bu tarix Azərbaycan idmanının tarixinə qızıl hərflərlə həkk olundu. Stend atıcısı Zemfira Meftahətdinova ən yaxın izləyicisini 3 xal qabaqlayaraq Olimpiya çempionu adını qazandı. Azərbaycan növbəti medalını 30 sentyabr tarixində qazandı. 4 il əvvəl Atlantada hakimlərin qərəzli qərarına görə qızıl medalı əldən verən Namiq Abdullayev bu səfər Amerika Birləşmiş Ştatlarının idmançısı Dünya Çempionu Samuel Hensona inamla qalib gələrək Olimpiya çempionu adını qazandı. Namiq Abdullayevin bu zəfəri Azərbaycanda əsl toy-bayrama çevrildi. Azərbaycana Sidneydə növbəti medalı boksçu Vüqar Ələkbərov qazandırdı. 75 kq. çəki dərəcəsində çıxış edən 19 yaşlı gənc boksçu Vüqar Ələkbərov yarım-finala gədər inamla addımladı və planetin bir nömrəli idman yarışının bürünc medalını qazandı. Azərbaycan ümumi olaraq Sidney Olimpiadasında 3 medal qazandı. 2 qızıl və 1 bürünc medal. Azərbaycan bu göstərici ilə medal sıralanmasında 34-cü yeri tutdu.

4 oktyabr tarixində Azərbaycan xalqı öz qəhrəmanlarını qarşıladı. Binə Hava Limanından uzaq Avstraliyaya yola saldığları övladlarını şan-şöhrətlə, təntənə ilə vətənə qayıtdı. Hava Limanından başlayaraq şəhər boyu Azərbaycan xalqı onları salamladı. 18 oktyabr tarixində isə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev olimpiyaçıları qəbul etdi. Həmin gün Azərbaycanın müstəqilliyinin bərpasının 9-cu ili tamam olurdu. Prezident Sarayında baş tutan qəbulda idmançılara və onların məşqçilərinə orden və medallar təqdim olundu.

2002—Solt Leyk Siti

[redaktə | mənbəni redaktə et]

Əsas məqalə: Azərbaycan 2002 Qış Olimpiya Oyunlarında

Azərbaycan 2002-ci ildə növbəti dəfə Qış Olimpiya Oyunlarına qatıldı. Amerika Birləşmiş Ştatlarının Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına Azərbaycanın 4 idmançısı qatıldı. Azərbaycan bayrağını 8 fevral tarixində keçirilən açılış mərasimində Sergey Rılov apardı.

Azərbaycanın idman şərəfini dağ xizəki idmanında Elbrus İsaqov qorudu. Elbrus İsaqov 4 il əvvəl Naqano Olimpiadasına lisenziya qazansada xəstələndiyi üçün yarışlara qatıla bilmədi. Bu səfər Elbrus İsaqov Solt Leyk Siti Olimpiadasında debüt etdi və 2-ci mərhələdə mübarizəni dayandırdı. Fiqurlu konkisürmədə isə Kristin Freyzer və İqor Lukanin dueti 34.6 xalla 32 ölkənin nümayəndələri sırasında 17-ci yeri tutdu. Fiqurlu konkisürmədə Azərbaycanın digər nümayəndəsi Sergey Rılov isə imkanlarından aşağı səviyyədə çıxış etdi. Sergey Rılov 28 idmançı sırasında 24-cü yeri tutdu.

Əsas məqalə: Azərbaycan 2006 Qış Olimpiya Oyunlarında

Azərbaycan 2006-cı ildə növbəti Qış Olimpiya Oyunlarına qatıldı. Bu səfər Azərbaycan İtaliyanın Turin şəhərində baş tutan XX Qış Olimpiya Oyunlarında 2 idmançı ilə təmsil olundu. Azərbaycanın üçrəngli bayrağını 10 fevral tarixində baş tutan açılış mərasimində meydana Mirkamil Rəhimov gətirdi.

Azərbaycanın idman şərəfini Turində Kristin Freyzer və İqor Lukanin dueti qorudu. Fiqurlu konkisürmə idmanında çıxış edən bu duet 4 il əvvəl Solt Leyk Sitidə baş tutan Olimpiya Oyunlarında da Azərbaycanın şərəfini qorudu. Kristin Freyzer və İqor Lukanin bu səfər 148.24 xal topladı və 24 idmançı sırasında 19-cu yeri tutdu.

İdman növləri üzrə medal cədvəli

[redaktə | mənbəni redaktə et]
Sıra
İdman növü
1
Güləş
4
8
13
25
2
Cüdo
1
2
2
5
3
Atıcılıq
1
0
2
3
4
Taekvondo
1
0
2
3
5
Karate
0
2
0
2
6
Boks
0
1
8
9
7
Kanoe sprint
0
1
1
2
Cəmi
7
14
28
49

İdmançılar üzrə göstəricilər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Milli Olimpiya Komandası Olimpiya Oyunlarında 7 qızıl, 14 gümüş və 28 bürünc medala sahib olub. Yeddi Yay Olimpiya Oyunları ərzində 38 idmançı medala sahib olub. Onlardan doqquzu qadın idmançıdır.

Medalların əyarına görə idmançıların göstəriciləri

[redaktə | mənbəni redaktə et]

Az

#
İdmançı
İdman növü
Olimpiada
1.
Namiq Abdullayev Güləş 1996–2004
1
1
0
2
2.
Toğrul Əsgərov Güləş 2012–2016
1
1
0
2
3.
Zemfira Meftahətdinova Atıcılıq 2000–2008
1
0
1
2
4.
Şərif Şərifov Güləş 2012–2020
1
0
1
2

Medalların sayına görə idmançıların göstəriciləri

[redaktə | mənbəni redaktə et]
Olimpiya Oyunlarında 2 gümüş və 2 bürünc medala sahib olan qadın güləşçi Mariya Stadnik Azərbaycanın idman tarixinə Olimpiya Oyunlarında ən çox medal qazanan olaraq düşdü

Sərbəst güləşçi Namiq Abdullayev 1996-cı il avqustun 1-də Atlanta Olimpiadasında gümüş medala sahib olmaqla Olimpiya Oyunlarının medalına sahib olan birinci Azərbaycan idmançısı oldu. 2000-ci il sentyabrın 30-da Namiq Abdullayev Sidney Olimpiadasında qızıl medala sahib olmaqla 2 dəfə olimpiadanın medalına sahib olan birinci Azərbaycan idmançısı oldu. 2004-cü ilin avqustunda stend atıcısı Zemfira Meftahətdinova Olimpiya Oyunlarında özünün 2-ci medalına sahib oldu (bundan əvvəl o, 2000-ci ildə Sidney Olimpiadasının qalibi olmuşdu) və 2 dəfə olimpiadanın medalına sahib olan birinci qadın Azərbaycan idmançı oldu.

2016-cı ilin avqustunda Rio-de-Janeyro Olimpiadası zamanı həm Namiq Abdullayevin, həm də Zemfira Meftahətdinovanın göstəriciləri yeniləndi. Qadın güləşçi Mariya Stadnik olimpiadalarda özünün üçüncü medalına sahib oldu (2008-ci ildə bürünc, 2012 və 2016-cı illərdə gümüş) və Namiq Abdullayevin 16 ildir dəyişməyən göstəricisini yenilədi. Həmin olimpiada da sərbəst güləşçi Xetaq Qazyumov da özünün üçüncü medalına sahib oldu (2008 və 2012-ci illərdə bürünc, 2016-cı ildə gümüş) və Mariya Stadniklə birgə üç olimpiya medalına sahib olan idmançıdan biri oldu.

2020-ci ilin avqustunda isə Mariya Stadnik Azərbaycan idmanının tarixinə düşdü. Olimpiadanın bürünc medalına sahib olan Mariya Stadnik dörd olimpiya medalına sahib olan birinci və yeganə azərbaycanlı idmançı oldu.

#
İdmançı
İdman növü
Olimpiada
1.
Mariya Stadnik Güləş 2008–2020
4
0
2
2
2.
Xetaq Qazyumov Güləş 2008–2016
3
0
1
2
3.
Namiq Abdullayev Güləş 1996–2004
2
1
1
0
4.
Toğrul Əsgərov Güləş 2012–2016
2
1
1
0
5.
Zemfira Meftahətdinova Atıcılıq 2000–2008
2
1
0
1
6.
Şərif Şərifov Güləş 2012–2020
2
1
0
1
7.
Rövşən Bayramov Güləş 2008–2016
2
0
2
0
8.
Hacı Əliyev Güləş 2016–2020
2
0
1
1

Çıxışlarına görə idmançıların göstəriciləri

[redaktə | mənbəni redaktə et]
2008, 2012, 20162020-ci illərdə olimpiadalarda mübarizə aparan qadın güləşçi Mariya Stadnik Azərbaycanın idman tarixinə Olimpiya Oyunlarında ən çox çıxış edən idmançı olaraq düşdü
#
İdmançı
İdman növü
Olimpiada
1.
İradə Aşumova Güllə atıcısı 1996, 2000, 2004, 2012
2.
Mariya Stadnik Güləşçi 2008, 2012, 2016, 2020
3.
Namiq Abdullayev Güləşçi 1996, 2000, 2004
4.
Zemfira Meftahətdinova Stend atıcısı 2000, 2004, 2008
5.
Nizami Paşayev Ağır atlet 2000, 2004, 2008
6.
Turan Mirzəyev Ağır atlet 2000, 2004, 2008
7.
Mehman Əzizov Cüdoçu 2000, 2004, 2008
8.
Rövşən Bayramov Güləşçi 2008, 2012, 2016
9.
Xetaq Qazyumov Güləşçi 2008, 2012, 2016
10.
Şərif Şərifov Güləşçi 2012, 2016, 2020
11.
Rüstəm Orucov Cüdoçu 2012, 2016, 2020

İdman növləri üzrə göstəricilər

[redaktə | mənbəni redaktə et]

Yeddi dəfə Yay Olimpiya Oyunlarında mübarizə aparan Azərbaycan Milli Olimpiya Komandası bu günə qədər 22 idman növü üzrə təmsil olunub. Azərbaycanın hər Olimpiya Oyunlarında təmsil olunduğ altı idman növü var — atıcılıq, bojs, cüdo, güləş, üzgüçülüj və yüngül atletija.

#
İdman növü
1996
2000
2004
2008
2012
2016
2020
2024
1.
Ağır atletika
2
4
5
5
6
0
2.
Akademik avarçəkmə
2
2
0
3.
Atçılıq
1
1
0
4.
Atıcılıq
2
2
2
1
1
1
2
1
5.
Badminton
1
0
6.
Bədii gimnastika
1
8
1
1
6
0
7.
Bojs
2
5
9
2
8
11
5
0
8.
Cüdo
2
4
3
6
8
6
9
0
9.
Güləş
8
9
7
16
13
14
7
0
10.
İdman gimnastikası
1
2
2
0
11.
Kamandan oxatma
1
0
12.
Kanoe sprint
2
0
13.
Kanoe slalom
1
0
14.
Karate
N/A
3
N/A
15.
Qılıncoynatma
1
1
1
1
1
0
16.
Suya tullanma
1
1
0
0
17.
Şosse velosipedi
1
2
1
0
18.
Taekvondo
2
1
2
4
2
0
19.
Trek velosipedi
1
0
20.
Triatlon
1
1
0
21.
Üzgüçülük
1
2
2
2
2
2
2
0
22.
Yüngül atletika
4
4
5
2
3
4
2
0
Cəmi
Cəmi
23
31
37
44
53
56
44
1

Tarixə düşən idmançılar

[redaktə | mənbəni redaktə et]
  • Olimpiadanın medalına sahib olan birinc idmançı — Namiq Abdullayev (1996)
  • Olimpiadanın medalına sahib olan birinci idmançı (Q) — Zemfira Meftahətdinova (2000)
  • Olimpiadanın qalibi olan birinci idmançı — Zemfira Meftahətdinova (2000)
  • Olimpiadanın qalibi olan birinci idmançı (K) — Namiq Abdullayev (2000)
  • Olimpiadada ən çox medala sahib olan idmançı — Mariya Stadnik (4 medal)
  • Olimpiadada ən çox medala sahib olan idmançı (K) — Xetaq Qazyumov (3 medal)
  • Olimpiadada medal qazanan ən gənc idmançı — Teymur Məmmədov (19 yaş 202 gün)
  • Olimpiadada medal qazanan ən gənc idmançı (Q) — Mariya Stadnik (20 yaş 74 gün)
  • Olimpiadada medal qazanan ən yaşlı idmançı — İradə Aşumova (46 yaş 175 gün)
  • Olimpiadada medal qazanan ən yaşlı idmançı (K) — Rafael Ağayev (36 yaş 155 gün)
  • Olimpiadanın qalibi olan ən gənc idmançı — Toğrul Əsgərov (19 yaş 328 gün)
  • Olimpiadanın qalibi olan ən gənc idmançı (Q) — Zemfira Meftahətdinova (37 yaş 116 gün)
  • Olimpiadanın qalibi olan ən yaşlı idmançı — Zemfira Meftahətdinova (37 yaş 116 gün)
  • Olimpiadanın qalibi olan ən yaşlı idmançı (K) — Namiq Abdullayev (29 yaş 268 gün)
  • Güləş üzrə olimpiada medalı qazanan birinci idmançı — Namiq Abdullayev (1996)
  • Güləş üzrə olimpiada medalı qazanan birinci idmançı (Q) — Mariya Stadnik (2008)
  • Güləş üzrə olimpiadanın qalibi olan birinci idmançı — Namiq Abdullayev (2000)
  • Güləş üzrə olimpiadanın qalibi olan birinci idmançı (Q) — yoxdur
  • Boks üzrə olimpiada medalı qazanan birinci idmançı — Vüqar Ələkbərov (2000)
  • Boks üzrə olimpiada medalı qazanan birinci idmançı (Q) — yoxdur
  • Boks üzrə olimpiadanın qalibi olan birinci idmançı — yoxdur
  • Boks üzrə olimpiadanın qalibi olan birinci idmançı () — yoxdur
  • Atıcılıq üzrə olimpiada medalı qazanan birinci idmançı — Zemfira Meftahətdinova (2000)
  • Atıcılıq üzrə olimpiada medalı qazanan birinci idmançı (K) — yoxdur
  • Atıcılıq üzrə olimpiadanın qalibi olan birinci idmançı — Zemfira Meftahətdinova (2000)
  • Atıcılıq üzrə olimpiadanın qalibi olan birinci idmançı (K) — yoxdur

Bayraqdarların siyahısı

[redaktə | mənbəni redaktə et]

1996-cı ildən Azərbaycan Milli Olimpiya Komandası 7 dəfə Yay Olimpiya Oyunlarında, 7 dəfə isə Qış Olimpiya Oyunlarında təmsil olunub. Azərbaycan bayrağını Qış Olimpiya Oyunlarının açılış mərasimində heç bir zaman yerli idmançı aparmayıb. Bayrağı 7 açılış mərasiminin 4-də legioner idmançılar, 3-də isə rəsmi şəxslər aparıb. Cəmi bir dəfə qadın idmançı aparıb — 1998-ci il Naqano Olimpiadasında Yuliya Vorobyova.

2021-ci ilə qədər isə Azərbaycan bayrağını Yay Olimpiya Oyunlarının açılış mərasimində heç bir qadın idmançı aparmamışdı. Beynəlxalq Olimpiya Komitəsinin 2020-ci ilin martında gender bərabərliyinin tənzimlənməsi məqsədilə açılış mərasimləri zamanı bayraqları 2 idmançının aparması barədə qərar qəbul elədi. 2021-ci ildə baş tutan XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimində Fəridə Əzizova Azərbaycan bayrağını aparan idmançıdan biri olmaqla tarixə birinci qadın bayraqdar olaraq düşdü.

  1. Olympedia.org. "Azerbaijan at the 1996 Summer Olympics". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-08-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.