Rostislav Pevtsov (15 aprel 1987) — Azərbaycanı təmsil edən triatlonçu.[1]
Rostislav Pevtsov | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||
Şəxsi məlumatlar | ||||||||||||||
Tam adı | Rostislav Pevtsov | |||||||||||||
Vətəndaşlığı |
Ukrayna → Azərbaycan |
|||||||||||||
Doğum tarixi | ||||||||||||||
Boyu | 188 sm. | |||||||||||||
İdman növü | Triatlon | |||||||||||||
Məşqçisi | Lev Medvedev | |||||||||||||
Medallar
|
||||||||||||||
Vikianbarda əlaqəli mediafayllar |
Rostislav Pevtsov 2002-ci ildən idmanla məşğuldur. Şəxsi məşqçisi Lev Medvedevdir.
Rostislav Pevtsov 2015-ci ilin iyununda Birinci Avropa Oyunlarında mübarizə apardı.[1] Finalda 1 saat 48 dəqiqə 4 saniyə nəticə göstərən Rostislav Pevtsov Birinci Avropa Oyunlarının bürünc medalın sahibi oldu.[1] Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli 1299 nömrəli Sərəncamına əsasən I Avropa Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Rostislav Pevtsov "Tərəqqi" medalı ilə təltif edildi.[2]
Rostislav Pevtsov Azərbaycanı 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil elədi.[3] Bununla da o, Azərbaycanı Olimpiya Oyunlarında təmsil edən birinci triatlonçu olaraq tarixə düşdü. Finalda Rostislav Pevtsov 1 saat 52 dəqiqə 6 saniyə nəticə göstərdi və olimpiadanı 38-ci pillədə başa vurdu.[3]
Daha sonra Rostislav Pevtsov Azərbaycanı 2021-ci ildə Yaponiyanda baş tutan XXXII Yay Olimpiya Oyunlarında təmsil elədi.[4] Finalda 1 saat 50 dəqiqə 46 saniyə nəticə göstərən Rostislav Pevtsov olimpiadanı 40-cı pillədə başa vurdu.[4][5]
Rostislav Pevtsov 2024-cü ilin mayında Dünya Triatlonu tərəfindən açıqlanan reytinq cədvəlində 52-ci pillədə qərarlaşaraq Paris Olimpiadasına lisenziyanın sahib oldu.[6][7]