Solmaz Rüstəmova-Tohidi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Solmaz Rüstəmova-Tohidi
Doğum tarixi 20 fevral 1953(1953-02-20) (71 yaş)
Doğum yeri
İş yeri
Təhsili
Üzvlüyü Beynəlxalq Sosial Tarix İnstitutunun (Hollandiya) Qafqaz və Orta Asiya Respublikaları üzrə nümayəndəsi[1]
Mükafatları "Azərbaycan Respublikasının əməkdar elm xadimi" fəxri adı — 2018 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Solmaz Əli qızı Rüstəmova-Tohidi (20 fevral 1953, Bakı, Azərbaycan SSR) — Azərbaycan alimi, tarix elmləri doktoru, professor, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşı, İranın tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi.[1] Azərbaycan Respublikasının əməkdar elm xadimi (2018).[2]

Həyatı

Solmaz Rüstəmova-Tohidi 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir. 1985-ci ildə farsca "İran kommunist mətbuatı mühacirətdə" (fars. مطبوعات کمونیست ایران در مهاجرت‎) mövzusunda namizədlik, 2001-ci ildə "Kominternin Şərq siyasəti və İran" mövzusunda doktorluq dissertasiyaları müdafiə edib. 1995-ci ildən Niderlandın Sosial Tarix İnstitutunun Qafqaz üzrə, 2010-cu ildən Qafqaz və Orta Asiya üzrə nümayəndəsidir.[1]

Elmi fəaliyyəti

Elmi tədqiqat istiqamətləri: XX əsrin birinci yarısında Qafqazın, Azərbaycanın, İranınTürkiyənin siyasi tarixi, bu ölkələrdə nəşr tarixi, ideologiya tarixi, Komintern tarixi, milli-azadlıq hərəkatlarının tarixi, Qafqazda repressiya, deportasiya tarixi və onun nəzəri aspektləri, miqrasiya tarixi, İran cəmiyyəti tarixi.

Elmi işləri Azərbaycanda, Rusiyada, İranda, Türkiyədə, İngiltərədə, Niderlandda, Avstriyada, Gürcüstanda, Özbəkistanda, Qazaxıstanda müxtəlif dillərdə: Azərbaycan, rus, ingilis, türk, fars dillərində nəşr edilmişdir. Son 10 ildə 21 beynəlxalq konfransda iştirak etmişdir.

27 noyabr 2018-ci ildə Azərbaycan tarixinin tədqiqi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Əməkdar elm xadimi" fəxri adı ilə təltif edilib."[2]

Əsas elmi naliyyətləri: Beynəlxalq kominternşünaslıq və iranşünaslıq sahəsində Fundamental monoqrafiya və digər tədqiqatlar Azərbaycan kitabxana və arxivlərində saxlanılan dövrü mətbuatı (ərəb əlifbasında, 18 dildə, 1050 adda).

Ümumi Kataloqları – 3 kitab (Bakıda, Londonda və Tehranda nəşr olunmuşdur).

1918-ci il azərbaycanlıların soyqırımını əks etdirən "Azərbaycan Xalq Cümhuriyyəti Fövqəladə Təhqiqat Komissiyasının sənədləri" silsiləsindən sənədlər toplularının ilk dəfə nəşri (14 kitab) və təhqiqatı (3 monoqrafiya).[1]

Əsas elmi işləri

6 kitabın, 50 məqalə və 100-dən çox elmi nəşrlərin (referat, rəy və s.) müəllifidir. 7 kitabın elmi redaktoru, 4 sənəd kolleksiyasının və dövrü nəşrin tərtibatçısıdır.[1]

Kitabları

Azərbaycanca

  • Azərbaycan dövri mətbuatı (1875-1990). Tərtibçi S. Rüstəmova-Tohidi. Bakı: Azərnəşr, 1993;
  • Nə qədər gec deyil. Bakı: Yazıçı, 1997;
  • Kominternin şərq siyasəti və İran. Bakı: Xəzər Universitəsi, 2001;
  • 1918. Azərbaycan qırğınları şəkil və sənədlərdə (kitab-albom). Bakı: ALF group DESİGN, 2013;
  • Cümhuriyyətin "Azərbaycan" adlandırılması və onun tarixi əhəmiyyəti. Bakı: Elm və təhsil, 2018;
  • Cümhuriyyətin "Azərbaycan" adlandırılması və onun tarixi əhəmiyyəti. Bakı: Təhsil, 2021 (ikinci nəşri);

Rusca

  • Март. 1918 г. Баку. Азербайджанские погромы в документах. Баку: Индиго-пресс, 2009;
  • Куба. Апрель-май 1918. Мусульманские погромы в документах. Баку: [б. и.], 2010;
  • 1918. Азербайджанские погромы в фотографиях и документах (книга-альбом). Баку: Гисмет, 2012;
  • Куба. Апрель-май 1918 г. Мусульманские погромы в документах. Баку: Центр Гейдара Алиева (Чашыоглы), 2013;
  • Баку. Март 1918 г. Азербайджанские погромы в документах. Баку: Центр Гейдара Алиева, 2013;
  • Шемаха. Март-июль 1918 г. Азербайджанские погромы в документах. Том I. Город Шемаха. Баку: ПИЦ Гл. Упр. Материально-Технического Обеспечения М-ва Нац. Безопасности Азерб. Респ., 2013;
  • Шемаха. Март-июль 1918 г. Азербайджанские погромы в документах. Том II. Селения Шемахинского уезда. Баку: ПИЦ Гл. Упр. Материально-Технического Обеспечения М-ва Нац. Безопасности Азерб. Респ., 2013;
  • 1918. Азербайджанские погромы в фотографиях и документах (книга-альбом). Баку: Центр Гейдара Алиева, 2013;
  • Азербайджанские погромы в Шемахе. 1918 год (на основе документов Чрезвычайной Следственной Комиссии Азербайджанской Демократической Республики). Москва: Столица, 2016;
  • Алимардан бек Топчибашев. Армянский фактор в Бакинских событиях 1905-1906 и 1918 гг. (документы из Парижского архива). Баку: Aspoliqraf, 2018;
  • Карабах-Зангезур. 1918 г. Азербайджанские погромы в документах. Баку: Təhsil, 2023;

İngilizcə

  • Baku Documents : Union Catalogue of Persian, Azerbaijani, Ottoman Turkish and Arabic Serials and Newspapers in the Libraries of the Republic of Azerbaijan. London: Tauris Academic Studies, 1995 (T. Atabaki ilə);[3]
  • Union Catalogue of Persian, Arabic, Ottoman Turkish, Kurdish an Azerbaijan Serials and Newspapers in the Libraries of the Republic of Azerbaijan and the Republic of Georgia (fars. فهرستگان قفقاز: فهرستگان روزنامه‌ها و نشریات ادواری فارسی، عربی، ترکی عثمانی، کردی و آذربایجانی، ترکی عثمانی...‎). Tehran: Centre for Media Studies and Researches, 2006 (T. Atabaki, G. Beradze, G. Sanikidze ilə);[4]
  • 1918. Azerbaijani massacres in photos and documents. Baku: Gismet, 2012.

İstinadlar

  1. 1 2 3 4 5 "Şərqşünaslıq İnstitutunun elmlər doktorları, Rüstəmova-Tohidi Solmaz Əli qızı". AMEA. Archived from the original on 2022-08-06. İstifadə tarixi: 4 mart 2023.
  2. 1 2 "S.Ə.Rüstəmova-Tohidiyə "Əməkdar elm xadimi" fəxri adının verilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı". 2021-02-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-09-18.
  3. "Baku documents : Union catalogue of Persian, Azerbaijani, Ottoman Turkish and Arabic serials and newspapers in the libraries of the Republic of Azerbaijan / Touraj Atabaki, Solmaz Rustamova-Towhidi". Bloomsbury Publishing. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.
  4. "Union catalogue of Persian, Arabic, Ottoman Turkish, Kurdish, and Azerbaijani : Serials and newspapers in the libraries of the Republic of Azerbaijan and the Republic of Georgia". Gürcüstan Milli Parlament Kitabxanası. 2024-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-15.

Həmçinin bax

Xarici keçidlər