Surra (Sabirabad)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Surra
40°04′47″ şm. e. 48°31′31″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Sahəsi
  • 189 km²
Saat qurşağı
Xəritəni göstər/gizlə
Surra xəritədə
Surra
Surra

SurraAzərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.

Tarixi

Bəzi tarixi mənbələrə görə kəndin əhalisi vaxtı ilə Salyan rayonunun Surra kəndindən köçüb buraya gəlmişlər. Surralılar da Kür vadisində yaşayan qədim sakinlərdəndir. Bəzi tədqiqatçıların fikrinə görə kəndin adı XIII əsirdə Qərbi Türkistandan Azərbaycana köçürülmüş Sorsor və ya Sursur tayfalarının adından götürülmüşdür. Lakin Azərbaycan ərazisində bir sıra Sorsor və ya Sursur kəndlərinin adları olması bu faktı təkzib edir.

Mədəniyyəti

Kəndin tarixi qədim dövrə təsadüf edir. Kəndin ərazisində tarixi e.ə. VI-I əsrlərə aid olan Surra yaşayış yeri mövcud olmuşdur.[1] Surra yaşayış yerinin qalıqları 3 ha sahədə tapılmışdır. XX əsrdə aparılan meliorasiya işləri zamanı qədim yaşayış yerləri əkin sahələrinə çevrilərkən buldozerlər ərazidəki tarixi tapıntıların böyük qismini məhv etmişdir.[2] Arxeoloji qazıntılar zamanı Surra kəndinin ərazisindən enolit dövrünə aid müxtəlif tapıntılar, eramızdan əvvəl VI əsrə aid küp qəbirlər, I-III əsrə aid küp qəbirlərdən tapılmış antropomorf və VII əsrə aid zoomorf gil əşyalar, həmçinin nekropollar aşkar edilmişdir.[3] Bu nekropollar “Bud Təpəsi” adlanan yerdədir.[4]

Coğrafiyası və iqlimi

Surra kəndinin giriş lövhəsi

Kənd Kür çayının sol sahilində yerləşir.

Kəndin iqlimi: yayı - isti, küləksiz; qışı isə sakit və mülayim xarakterlidir. Hazırda kəndin ərazisi 1890 ha-dır.

Əhalisi

Əhalisi bütünlüklə azərbaycanlılar və şiə müsəlmanlarıdır. Əhalinin sayı isə 1300 nəfərdən (300 ailədən) ibarətdir. Əhali sadə və mehriban adamlardır.

Tanınmış şəxsləri

Şəhidləri

İqtisadiyyatı

Əhalinin əksəriyyəti əkinçilik və maldarlıqla məşğuldur. Kənddəki təsərrüfatların sayı 300-dən artıqdır.

Təhsil

Şəfi Babayev adına tam orta məktəb

Kəndin şəhidi Şəfi Babayevin adını daşıyan tam orta məktəb fəaliyyət göstərir. Kənddə uşaq bağçası da var.

Din

Kənddə Surra kənd məscidi dini icması fəaliyyət göstərir.[7]

İstinadlar

  1. "Arxivlənmiş surət". 2021-12-22 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
  2. "Arxivlənmiş surət". 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
  3. "Arxivlənmiş surət". 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
  4. "Arxivlənmiş surət". 2021-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
  5. "Arxivlənmiş surət". 2021-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-12-22.
  6. https://m.youtube.com/watch?v=B8EsD4J7SE4
  7. MÜSƏLMAN DİNİ İCMALAR - 2013-cü ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az  (az.)

Xarici keçidlər

Həmçinin bax