Yolçubəyli kənd xəstəxanası, Qaratəpə kənd xəstəxanası, Ulacalı kənd xəstəxanası, Axısxa (Qaralı) kənd sahə xəstəxanası, Tibb İşçiləri Həmkarlar İttifaqı Sabirabad rayon Komitəsi
Araz Budaqov 7 dekabr 1938-ci ildə Ağdam rayonununUmudlu kəndindəkolxozçu ailəsində dünyaya gəlmişdir.[1] Atası Məhəmməd İsmayıl oğlu Budaqov, anası Ceyran Ağa qızı Hüseynova olmuşdur. Sonradan atası Budaqova Gülxar Qasım qızı ilə ailə həyatı qurmuş və o, Araza analıq etmişdir. Ailəsindəki 10 uşaqdan (7 oğul, 3 qız) ən böyüyü olmuşdur.[2]
1978-ci ildə həmkarı, tibb bacısı Əliyeva Şəlalə Ərəstun qızı ilə ailə quran Araz həkimin bu evlilikdən 4 qızı və 1 oğlu dünyaya gəlmişdir.[3] Qızlarının hər biri ali təhsillidir və müəllimlik peşəsinə yiyələniblər.[4] Araz Budaqovun 12 nəvəsi var və bu nəvələrdən oğlunun son beşiyi onun adını daşıyır.
Vəfatından sonra yerli əhali və yaxınları Araz Budaqovun illərlə işlədiyi Axısxa kənd sahə xəstəxanasına onun adının verilməsi ilə bağlı məsələ qaldırmış və bu qərarın lehinə minlərlə imza toplanaraq müxtəlif qurumlara təqdim edilmişdir.
1956-cı ildə Ağdam rayonununGüllücə kənd orta məktəbini bitirmişdir. Onun dediklərinə görə, məktəb illərindən eyni vaxtda həmin məktəbdə təhsil alan xanəndə Qədir Rüstəmovla dostluqları formalaşmışdı. Araz Budaqov orta məktəbi qurtaran ildə də Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1962-ci ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir.[5]
Ölkə prezidentinin Sabirabad rayonuna səfəri artıq tarixi hadisə kimi xatırlanır. Sabirabadın sosial iqtisadi inkişafına göstərdiyi qayğıya görə biz cənab İlham Əliyevə təşəkkürümüzü bildiririk. Rayonumuzda son bir il yarımda həddindən artıq quruculuq, abadlıq işləri görülüb, küçələr, parklar, xiyabanlar yenidən qurulub, bir çox iş yerləri açılıb, park və xiyabanlar salınıb. Biz də bu quruculuq işlərinə qoşulmuşuq. İcra Hakimiyyəti başçısının rəhbərliyi altında hər bir rayon sakini bu xeyirxah işə qoşulub. Ulu öndərimizin ad günü ərəfəsində şəhərdə xüsusi canlanma var. Yaradılan hər bir yenilik ümummilli liderimizə töhfəmizdir. Mən kollektivimiz adından ölkə başçısı İlham Əliyevə göstərdiyi qayğıya görə təşəkkürümü bildirirəm və bəyan edirəm ki, biz onun siyasətini həmişə dəstəkləyəcəyik.
Araz Budaqov Azərbaycan SSRSabirabad rayon sovetinin deputatı seçilmişdir. Həmçinin o, 17 mart 1969-cu ildə 14 №-li Axısxa seçki dairəsindən Sabirabad rayonunun Surra Kənd Zəhmətkeş Deputatları Sovetinə deputat seçilmişdir.[13]
Araz Budaqov haqqında mətbuatda bir çox məqalələr çıxmış, yaxınları və onu tanıyanlar xatirəsini əbədiləşdirmək üçün bir çox işlər görmüşdür:
"Təbliğatçı" jurnalının 31 may 1984-cü ildə çıxmış 5 nömrəli sayının üz qapağında Araz Budaqovun şəkli təsvir olunmuşdur;
"Muğan" qəzetinin 13 sentyabr 1990-cı ildə çapdan çıxmış 109 nömrəli sayında onun haqqında məqaləyə yer verilmişdir;
"Suqovuşan" qəzetinin 22 iyun 1995-ci ildə çap olunmuş 109 nömrəli sayında Surra kənd sakini Allahverdi Xəlilovun Araz Budaqov haqqında xatirə və düşüncələrindən ibarət məqaləsi dərc olunmuşdur;
"Suqovuşan" ictimai-siyasi qəzetinin 15 iyun 2004-cü il tarixində çıxarılmış № 12 (7023) sayında da Araz həkim haqqında məqalə yer almışdır;
"Muğan-Şirvan" qəzetinin 18 – 28 dekabr 2008-ci il sayında Araz Budaqovun 70 illik yubileyi ilə əlaqədar onu tanıyanların, yaxınlarının və qəzetin işçi kollektivinin təbrik məktubu çap olunmuşdur;
2020-ci ilin oktyabr ayında II Qarabağ Müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanladığı təşəkkür məktubu Xəzər TV-nin xəbərlər proqramında efirdə yayımlanmışdır;
Vəfatından 2 ay öncə, 12 mart 2021-ci il tarixində "Muğanın səsi" qəzetinin 7523-cü sayında jurnalist Elçin Nəsibin Araz Budaqovla olan müsahibəsi yer almışdır;
"Muğan Şirvan" qəzetinin 1 iyul 2021 tarixli sayında Araz Budaqovun vəfatı ilə bağlı məqalə çap olunmuş, məqalədə həkmin keçdiyi həyat yolundan və ölümünün yerli camaat və onu tanıyanlarda doğurduğu dərin kədərdən bəhs olunmuşdur;
Araz Budaqovun vəfatından sonra 2022-ci ilin mart ayında sabirabadlı ifaçılardan Məşədi Məhəmməd Sabirabadlı "Araz həkim" mahnısını yayımlamışdır;
Sabirabadlı jurnalist, "Muğan-Şirvan" qəzetinin baş redaktoru Elçin Nəsib "İllərin axarında" adlı kitabında Araz Budaqov barədə də yazmış, onun xatirələrinə və bioqrafiyasına yer vermişdir;
Elxanə Eminovanın müəllifi olduğu "Azəri yurdunun övladları" kitabında da Araz həkim haqqında yazmışdır.
"Muğan-Şirvan" qəzetinin Araz Budaqovun 70 illik yubileyini təbriki[14]
"Suqovuşan" qəzetində Araz Budaqov haqqında çap olunmuş məqalə[3]