Şərif Ağayar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Şərif Ağayar
Şərif Ziyadxan oğlu Ağayarov
Doğum adı Şərif Ağayarov
Təxəllüsü Ağayar
Doğum tarixi 1 yanvar 1976(1976-01-01) (48 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Ziyadxan
Təhsili
İxtisası tarix-filologiya
Fəaliyyəti yazıçı
Fəaliyyət illəri 1998–indi
Əsərlərinin dili azərbaycan dili
İstiqamət şeir, hekayə, esse, povest
Janrlar nəzm, nəsr
Mükafatları "Tərəqqi" medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şərif Ağayar (tam adı: Ağayarov Şərif Ziyadxan oğlu; 1 yanvar 1976, Ağbulaq, Laçın rayonu) — Azərbaycan yazıçısı.

Şərif Ağayar 1 yanvar 1976-cı ildə Laçın rayonunun Ağbulaq kəndində anadan olub.[1]

1980–1991-ci illərdə Ağbulaq kənd orta məktəbində təhsil alıb. 1992-ci ildə N. Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının tarix-filologiya fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. Bir müddət Ağcabədidə fəaliyyət göstərən Ağdam Kənd Təsərrüfatı Texnikumunda müəllim işləyib. 1998-ci ildə Bakıya gəlib və "Panarama" qəzetinin mədəniyyət şöbəsində müxbir kimi fəaliyyətə başlayıb.[1]

1998-ci ildə Azərbaycan Yazıçılar Birliyi və Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqının təsis etdiyi "Xəlil Rza Ulutürk" mükafatına[2], 2003-cü ildə Gənclər İdman və Turizm Nazirliyi tərəfindən ədəbiyyat sahəsindəki uğurlarına görə "Gənclər mükafatı"na layiq görülüb. Həmin il YeniSİ Ədəbiyyat və Sənət Təzahürləri Mərkəzinin Azərbaycanda ilk dəfə keçirdiyi I Proza N internet-müsabiqəsinin qalibi olub.

23 noyabr 2015-ci ildə maarifçi fəaliyyəti və son bir ildəki fəal yaradıcılığına görə Dalğa Gənclər Təşkilatının "Rafiq Tağı mükafatı"na layiq görülüb.[3]

2019-cu ilin mayında Azərbaycan Yaradıcılıq Fondu tərəfindən "İlin ədəbiyyat adamı" seçilib. Həmin il "Arzulardan sonrakı şəhər" romanına görə Mədəniyyət Nazirliyinin təsis etdiyi "Qızıl Kəlmə" Ədəbi Mükafatının nəsr nominasiyası üzrə qalibi olub.

"Xəlil Rza Ulutürk" və "Gənclər mükafatı" ilə də təltif olunub.

22 iyul 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəcamı ilə "Tərəqqi" medalına layiq görülüb.

2021-ci ildə "Laçın" döş nişanı ilə təltif olunub.

2000-ci ildə mədəniyyət və ədəbiyyat sahəsində yazılar yazmaq və xüsusi buraxılışlar hazırlamaq üçün "Yeni Azərbaycan" qəzetindən dəvət alıb. 2003-cü ilin sonlarına qədər burada fəaliyyətini davam etdirib. Çoxsaylı məqalələri, şeirləri, oçerk və hekayələri çap olunub. 2003-cü il 20 noyabrda "Kino+" qəzetinin baş redaktoru təyin olunub.

2002-ci il 21–28 oktyabr tarixində TÜRKSOY-un təşəbbüsü ilə Türkiyənin Malatya şəhərində keçirilən türkdilli ölkələrin və xalqların III Şairlər Buluşmasında Azərbaycanı təmsil edib.[1]

2003-cü ildə "Vektor" Elm Mərkəzinin təşəbbüsü ilə "Səhra məsnəvisi" adlı şeirlər kitabı, 2010-cu ildə isə Milli Kitab Mükafatı layihəsi çərçivəsində ilk onluğa düşən "Kərpickəsən kişinin dastanı" povesti və "EL" nəşriyyatında "Aftafalı antrakt" proza kitabı, 2011-ci ildə "Qanun" nəşriyyatının "Ən yeni ədəbiyyat" seriyasından "Haramı" romanı, 2013-cü ildə "Zero" nəşriyyatının "Cib kitabları" seriyasından "Pozuq fotoşəkillər" şeirlər kitabı və "Yazıçı" nəşriyyatında "Xanım T." hekayətlər kitabı, 2015-ci ildə "Qanun" nəşriyyatında "Gülüstan" romanı, 2017-ci ildə "Arzulardan sonrakı şəhər" romanı, 2018-ci ildə "Ağ göl" romanı çap edilib.[1]

Yazıçılar birliyinin rəhbərliyi haqqında işlətdiyi ironik ifadələrə görə 2013-cü ildə birliyin üzvlüyündən xaric edilib.[4][5]

2008–2013-cü ilədək Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsində məsləhətçi vəzifəsində işləyib. 2017–2021-ci illərdə Kulis.az mədəniyyət portalının baş redaktoru işləyib.[1]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Yazdığı xalq şeirləri və epik şeirlər ("Namaz", "92-nin mayı", "Palata", "Qardaş", "Mizrab dırnaqları boyasız", "Sivilizasiyon", "Küləklərə qarışır ahım", "Pişikgöz Anar", "Modern şeirlər" və s.) oxucuların və tənqidçilərin böyük marağına səbəb olub, haqqında onlarla yazı dərc edilib.[1]

Eyni zamanda "Daxal", "Dimanın qeydləri", "Evimiz", "Balabəy", "Corcinin evi", "Anaxanım", "Laçınsız ilk gün", "Mənə elə gəldi ki, gülməli əhvalat danışır", "Hərbi-siyasi məsələ", "Şeqlov üsulu", "Şəkil", "Qumru", "Babaş" hekayələri, "Kərpickəsən kişinin dastanı" və "Xürrəm" povestləri, "Haramı", "Gülüstan", "Arzulardan sonrakı şəhər", "Ağ göl" və "Komandir" romanları yeni nəsil yazarlar arasında ona özünəməxsus yer qazandıra bilib.[1]

Yaradıcılığı barədə Ələviyyə Babayeva, Elçin Əfəndiyev, Sabir Rüstəmxanlı, Cəmil Həsənli, Zərdüşt Əlizadə, Vaqif Yusifli, Rəşad Məcid, Adil Mirseyid, Mahir Qarayev, Əsəd Cahangir, Cavanşir Yusifli, Tehran Əlişanoğlu, Tofiq Abdin, Akif Əli, Vurğun Əyyub, Elnarə Akimova, İradə Musayeva, Mətanət Vahid, Qismət Rüstəmov, Ülvi Babasoy, Mehman Qaraxanoğlu, Kənan Hacı, Cəlil Cavanşir, Ayxan Ayvaz və başqa tanınmış qələm adamları maraqlı məqalələr yazıblar.[1]

Yazıları və əsərləri kulis.az, qafqazinfo.az, qaynar.info, oxuzali.az və digər saytlarda yayımlanıb. Elektron kitabxanalarda hekayələri yerləşdirilib.[1]

2020-ci ildə "Arzulalardan sonrakı şəhər" romanı Fransanın nüfuzlu "Kapaz" nəşriyyatı tərəfindən fransız dilində çap olunub.

  1. "Səhra məsnəvisi" (şeirlər), Bakı, "Vektor", 2003 #"Kərpickəsən kişinin dastanı" (povest), Qanun nəşriyyatı, 2010 # "Aftafalı antrakt" (proza), Bakı, "EL" nəşriyyatı, 2010 # "Haramı" (roman), Bakı, Qanun nəşriyyatı, 2011 # "Pozuq fotoşəkillər" (şeirlər), Bakı, "Zero", 2013. 88 səh.[2]
  2. "Xanım T." (hekayə), Bakı, "Yazıçı", 2013. 174 səh.[6]
  3. "Gülüstan" (roman), Bakı, Qanun nəşriyyatı, 2015.[7]
  4. "Arzulardan sonrakı şəhər" (roman), Bakı, Qanun nəşriyyatı, 2017 # "Ağ göl" (roman), Bakı, Qanun nəşriyyatı, 2018 # "Arıların səssizliyi" (20 ilin 20 hekayəsi), Bakı, Qanun nəşriyyatı, 2020 #"Arzulalardan sonrakı şəhər" romanı fransız dilində, Strasburq, "Kapaz" nəşriyyatı, 2020
  • Şərif Ağayar: "Şeqlov üsulu"azadliq.org saytı
  • Şərif Ağayar. "Şəkil". Kulis.az * Şərif Ağayar. "İtmiş dünyanın balladası". Sim-sim.az * Şərif Ağayar. "Qumru". Kulis.az * Şərif Ağayar. "Hərbi-siyasi məsələ". Kulis.az * Şərif Ağayar. "Anaxanım". azadliq.org * Şərif Ağayar. "Sonsuz". Kulis.az
  • Şərif Ağayar. "Gözəllik haqqında düşüncələr". Kulis.az * Şərif Ağayar. "Yeni əsrin peyğəmbəri". Kulis.az * Şərif Ağayar. Tanrı da kitabı seçdi". Kulis.az
  1. Yuxarıda get: 1 2 3 4 5 6 7 8 9 "Şərif AĞAYAR.Həyatı və Yaradıcılığı" (az.). edebiyyat-az.com. 27/08/2013. 2020-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-12.
  2. Yuxarıda get: 1 2 "Şərif Ağayarın "Pozuq fotoşəkillər" kitabı işıq üzü gördü" (az.). edebiyyat-az.com. 28/08/2013. 2020-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-12.
  3. "Şərif Ağayara "Rafiq Tağı mükafatı" verildi" (az.). kulis.lent.az. 23.11.2015. 2020-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-23.
  4. "Şərif Ağayar Yazıçılar Birliyindən xaric edilib". 2021-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
  5. "PEN klubun müraciəti". 2020-07-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-12.
  6. "Şərif Ağayarın "Xanım T." kitabı işıq üzü gördü" (az.). edebiyyat-az.com. 28/08/2013. 2020-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-12.
  7. "Şərif Ağayarın romanı çap olundu" (az.). kulis.lent.az. 16.11.2015. 2020-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]