Ağbulaq — Azərbaycan Respublikasının Laçın rayonu Ağbulaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Ağbulaq | |
---|---|
39°46′35″ şm. e. 46°15′30″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 1.969 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib.
Rayon mərkəzindən təxminən 62 km. şimal qərbdə yerləşir. Hocazsu çayının sağ qolunun sahilindədir. Kəndin ərazisi keçmışdə Zəngəzur qəzasında yaşamış ağkörpü adlı tayfanın qışlaq yerlərindən olmuşdur[2]. Ağbulaq şəlaləsi füsunkar gözəlliyi ilə kəndi daha da gözəlləşdirir.
Bu ərazi işğal dövründə ermənilər tərəfindən "Spitakajur" icması adlandırılmışdır.[3]
2020-ci ildə İkinci Qarabağ müharibəsi sonunda imzalanmış atəşkəs bəyanatına əsasən 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub.
Şəhid Əmir Əsgərov adına orta məktəb var. Orta məktəb, klub, kitabxana, xəstəxana, poçt, 3 mağaza və s. sosial obyektləri var idi.
2006-cı ilin statstikasına görə kəndin əhali sayı 795 nəfər olub. Əhali kürdlərdən ibarətdir.
2014-cü ilə aid olan məlumatına görə kəndin[3] əhalisi 998 nəfərdir.
Əhalinin əsas məşğuliyyəti yarımköçəri heyvandarlıq olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 fevral 2018-ci il tarixli Sərəncamı[4] ilə Laçın rayonu Ağbulaq kənd 56 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması üçün 330 000 manat vəsait ayrılmışdır[5].
Laçın rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |