Aqil Abbas

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Aqil Abbas
Vəzifədədir
30 noyabr 2005-ci ildən
Seçki dairəsi2005, 2010, 2015, 2020 — 83 saylı Ağcabədi-Füzuli
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1953(1953-04-01) (71 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti jurnalist, yazıçı, siyasətçi
Elmi fəaliyyəti
Elm sahəsi yazıçı, redaktor

Təltifləri "Azərbaycan Respublikasının əməkdar jurnalisti" fəxri adı — 2005
"Şöhrət" ordeni1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni — 2023 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı

Aqil Məhəmməd oğlu Abbas (1 aprel 1953, Boyat, Ağcabədi rayonu) — azərbaycanlı dövlət xadimi, yazıçı, jurnalist, Azərbaycan Respublikasının Milli Məclisinin III, IV, V,VIVII çağırış üzvü.

Aqil Məhəmməd oğlu Abbasov 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Kolanı kəndində doğulub. 1955-ci ildə 2 yaşında olarkən ailəsi ilə birlikdə Ağdama köçüb. Ağdam 1 saylı orta məktəbini bitirdikdən sonra ADU-nun filologiya fakültəsində təhsilini davam etdirib (1970–1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976–1977) kimi başlayıb, "Elm və həyat" jurnalında fotomüxbir, şöbə müdiri (1977–1987), "Sovet kəndi" qəzetinin xüsusi müxbiri (1987–1990) işləyib. Hazırda "Ədalət" (1990-cı ildən), "Boz qurd" (1993-cü ildən) qəzetlərinin baş redaktorudur. Bədii yaradıcılığa 1970-ci ildən başlasa da, ilk mətbu hekayəsi "Şirinlik" 1976-cı ildə "Ədəbiyyat və incəsənət" qəzetində dərc olunub. Bunun ardınca 1977-ci ildə "Şəbədə Nazim" hekayəsi "Ulduz" və "Azərbaycan" jurnallarında işıq üzü görüb. Həmin dövrdən mətbuatda müntəzəm çıxış edir. "Qiyamət gecəsi" və "Qapqara uzun saçlar" povestlərinin müəllifidir (2003).

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2005-ci ildə Azərbaycan Milli Məclisinin deputatı seçilmişdir.

Azad Vətən Partiyası qurulduqdan sonra sədr Akif Nağı deputat Aqil Abbası partiyaya üzv olmağa dəvət etsə də, Aqil Abbas heç bir partiyada təmsil olunmaq istəmədiyini bildirmişdir.[1]

  • Azərbaycan komsomolu (1987) ("Ən yaxşı adam" kitabına görə)
  • Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl qələm" mükafatı (1993)
  • "Məmməd Araz" adına ədəbi mükafat (1994)
  • "Dan ulduzu" (1993)
  • "Yaddaş"
  • "Zeynalabdin Tağıyev"
  • 21 iyul 2005-ci il "Əməkdar jurnalist"
  • 01.04.2013 — Azərbaycan "Şöhrət" ordeni[2].
  • 2022-ci ildə Qarabağ mövzusunda povestlərinə görə İlyas Əfəndiyev mükafatına layiq görülüb.[3]
  • 11 aprel 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib
  1. Evləri köndələn yar. Bakı: Yazıçı, 1983, 104 səh.
  2. Ən xoşbəxt adam (povestlər və hekayələr). Bakı: Yazıçı, 1987, 115 səh.
  3. Batmanqılınc (roman). Bakı: Gənclik, 1994, 300 səh.
  4. Çadırda Üzeyir Hacıbəyov doğula bilməz (roman və publisistika). Bakı: Şuşa, 2001, 255 səh.
  5. Dolu (roman). Bakı: Təhsil, 2008, 254 səh.
  6. Çay qırağında bitib, susuz qalan ağacların sağlığına. 2023[4]
  1. bizim.media. "Akif Nağının yeni yaratdığı partiyaya dəvətinə Aqil Abbasdan CAVAB: "Bir dəfə qələt edib..."". bizim.media (az.). İstifadə tarixi: 2024-05-01.
  2. A. M. Abbasovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı. president.az Arxivləşdirilib 2021-04-13 at the Wayback Machine (az.)
  3. AYB yeni mükafatlar təsis edib — Builki qaliblər
  4. Mədəniyyət TV. "Aqil Abbasın yeni kitabı işıq üzü görüb" (az.). Youtube.com. 30.03.2023. 2023-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-31.