İlham Məmmədov (futbolçu)
İlham Məmmədov | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Ümumi məlumatlar | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Ləqəbi |
Maradona[1] Mammi[1] |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum tarixi | 1 yanvar 1970[2] (54 yaş) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Doğum yeri | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Vətəndaşlığı |
SSRİ → Azərbaycan |
|||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Boyu | 168 | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Mövqeyi | yarımmüdafiəçi | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Karyerası | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|
İlham Məmmədov (doğ. 1 yanvar 1970, Qazax, Azərbaycan SSR, SSRİ) — yarımmüdafiəçi mövqeyində çıxış etmiş sovet və Azərbaycan futbolçusu, məşqçi. Azərbaycan milli futbol komandasının keçmiş üzvü.
Karyerası[redaktə | mənbəni redaktə et]
Klub karyerası[redaktə | mənbəni redaktə et]
İlham Məmmədov 1 yanvar 1970-ci ildə Qazaxda anadan olub.[Qeyd 1] Peşəkar karyerasını da məhz burada, 1987-ci ildə Qazaxın "Göyəzən" klubunda başlayıb. Bir neçə mövsüm bu komandanın heyətində Futbol üzrə SSRİ ikinci liqasında çıxış edib. 1991-ci ildə Bakının "Neftçi" komandasının heyətində Futbol üzrə SSRİ birinci liqasında 4 oyun keçirib.
Sovet İttifaqının dağılmasından sonra Futbol üzrə Azərbaycan yüksək liqasında "Turan" komandasının heyətində çıxış etməyə başlayıb. Tovuz təmsilçisinin heyətində 100 oyun keçirən İlham, komandası ilə birlikdə ölkə çempionatının qızıl (1993/94), gümüş (1994/95) və bürünc (1992, 1993) mükafatlarını qazanıb. 1995/96 mövsümünün gedişatında "Neftçi"yə qayıdır və elə həmin mövsümdəcə ölkə çempionatının və Kubokunun qalibi olur. Növbəti mövsümdə yenə də ölkə çempionluğunu yaşayır. 1997-ci ildə Gəncənin "Kəpəz" komandasına keçir. "Neftçi"də olduğu kimi, burada da ilk mövsümündəcə həm ölkə çempionatının, həm də Ölkə Kubokunun qalibi olur. 1998/99 mövsümündə "Neftçi"yə qayıdır. Burada Ölkə Kubokunun qalibi, ölkə çempionatının isə bürünc mükafatçısı olur. 1999/00 mövsümünün payız hissəsini Bakının "ANS Pivani" komandasına keçirib.
2000-ci ilin başlanğıcında Almaniyaya köçüb və burada müxtəlif illər ərzində aşağı divizion klubları — "Zalmror-1921", "Ayntraxt Trir", "Fihte Bilefeld", "Dornberq" və "Türk İdman" komandalarında çıxış edib. Ümumilikdə Almaniya komandalarının heyətində 97 oyun keçirib, 5 qol vurub.
Milli karyerası[redaktə | mənbəni redaktə et]
İlham Məmmədov 11 oktyabr 1995-ci ildə Avro 1996-nın seçmə oyunu çərçivəsində İsrail milli komandasına qarşı keçirilmiş oyunda Azərbaycan milli futbol komandasının heyətində debüt edib. O, görüşün 70-ci dəqiqəsində Vyaçeslav Lıçkinin əvəzinə meydançaya daxil olub.[3] Görüş İsrail yığmasının 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Məmmədov 1995–1999-cu illər aralığında formasını geyindiyi Azərbaycan milli futbol komandasının heyətində ümumilikdə 8 oyun keçirib.
Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]
1993-cü ildə ailə həyatı qurub. Orxan və Ələkbər adlı iki oğlu var.[1]
Mükafatları[redaktə | mənbəni redaktə et]
Qeydlər[redaktə | mənbəni redaktə et]
- ↑ Özünün sözlərinə görə, pasportda təvəllüdü 1 yanvar 1970-ci il getsə də, əslində 24 dekabr 1969-cu ildə anadan olub.[1]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 3 4 "Bizim "Maradona"nın Almaniya sərgüzəştləri: "Məni çox aldatdılar, başıma oyun açdılar, müqaviləni cırdım"- I HİSSƏ". Presssport.az. 2024-04-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-07.
- ↑ Ilham Mamedov // Transfermarkt (çd.). 2000.
- ↑ "Израиль 2 : 0 Азербайджан // Footballfacts.ru". 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-02.
Xarici keçidlər[redaktə | mənbəni redaktə et]
- 1 yanvarda doğulanlar
- 1970-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Qazax rayonunda doğulanlar
- Əlifba sırasına görə futbolçular
- Qazaxda doğulanlar
- SSRİ futbolçuları
- Azərbaycan futbolçuları
- Azərbaycan milli futbol komandasının oyunçuları
- Neftçi PFK oyunçuları
- Turan Tovuz PFK oyunçuları
- Energetik Mingəçevir FK oyunçuları
- Kəpəz PFK oyunçuları
- Azərbaycanın kişi futbolçuları