Energetik Mingəçevir FK


Mingəçevir FK — və ya rəsmi adı ilə Mingəçevir Futbol Klubu. 2022-ci ildə yaranan, tarixən 1966-cı ildə təməli qoyulan Azərbaycanın Mingəçevir şəhərini təmsil edən klubdur. "Energetik" futbol klubunun varisidir.[3]

Mingəçevir FK
Loqonun şəkli
Klubun tam adı Mingəçevir Futbol Klubu
Ölkə Azərbaycan Azərbaycan Respublikası
Kodu MİN
Rəng(lər)         
Yaranma tarixi 2022 (12 ay əvvəl) (2022)
Stadionu Yaşar Məmmədzadə adına stadion
Tutumu 5.000[1].
Koordinatlar Q27R+5XV
Baş məşqçisi Sönməz Quliyev[2]
Kapitanı Vüsal İsmayılov
Liqa Azərbaycan Azərbaycan Birinci Liqası
2023/2024 1
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İdarə Heyəti[redaktə | mənbəni redaktə et]

  • İdarə Heyəti Sədri: Ruslan Həmidov[4]
  • İdman Direktoru: Zaur Qarayev
  • Qapıçıların Məşqçisi: Elnar Kərimov
  • Köməkçi Məşqçi: Samir Məmmədov, Namiq İbrahimli
  • Mətbuat Katibi: Elnur Qasımov[5]

Tarixi[redaktə | mənbəni redaktə et]

Mingəçevirdə futbol 1966-cı illərdə artıq var idi. Həvəskar şəkildə "Ulduz" adlı klub fəaliyyət göstərirdi. 1966-cı ildə dünya kubokuna hazırlıq məqsədi ilə SSRİ gənclərindən ibarət yığma komanda Zaqafqaziyaya yoldaşlıq görüşlərini keçirmək məqsədiylə gəldi. Bu zaman Mingəçevir futbolçuları ciddi məşqlərə başladılar. SSRİ - Mingəçevir qarşılaşması 88-ci dəqiqədə Rafiq Kamalovun vurduğu qolla Mingəçevir klubunun qələbəsi ilə başa çatdı.[6]

1966-cı ildə "Neftçi" klubunun SSRİ birinciliyinin bürünc medal qazanması ilə futbola maraq biraz daha artdı. Həmin il ilk yaranan klub isə Mingəçevir Tekstil Zavodunun himayəsində olan "Tekstilşik" olub. Bu komanda SSRİ kubokunda 2 dəfə çıxış edib. "Tekstilşik" klubundan əlavə, 1968-ci ildə, Mingəçevir Politexnik İnstitutunun nəznində yaranan yığma komanda, Azərbaycan kubokuna sahib çıxmışdır. [7] Ondan 2 il sonra isə, Mingəçevirin başqa bir klubu, "İzolit" klubu, Azərbaycan kubokuna sahib çıxaraq, Mingəçevir futbol tarixinə düşmüşdür. [8]

Qısa müddət sonra "Tekstilşik" klubunun adı azərbaycanca "Toxucu" adlandırılıb. 1969-cu ildə Nadir Qasımov məşqçi olaraq klubun başına keçib. 1980-ci ildə Bakının "Avtomobilçi" ("Avtomobilist") komandasının oynadığı "Spartak" stadionu əlindən alındığı üçün Mingəçevirə köçüb və o gündən klub Mingəçevir şəhərini təmsil etməyə başlayıb. "Avtomobilçi" SSRİ çempionatının II divizionunun IX zonasında Qafqaz komandaları ilə birgə mübarizə aparıb ki, burda "Kəpəz"lə keçirilən matçlar derbi ab-havasında baş tutub.Azərbaycan futbolunun tanınmış simalarında Anatoli Banişevski bu klubda forma geyinmişdir. [9]1989-cu ildə bu komanda dağıldı

1990-cı ildə Mingəçevirdə "Kür" adlı komanda yaradılır və bu komanda 2 il sonra keçirilən Azərbaycanın ilk müstəqil çempionatında iştirak edir. Karyerasına "Avtomobilçi"də başlamış Azərbaycan Millisinin sabiq müdafiəçisi Ramiz Məmmədov, Mehman Baxışov kimi futbolçuların sayəsində "Kür" 26 klubun mübarizə apardığı ilk ildəcə 7-ci yeri tutur, eləcə də komanda ölkə kubokunun finalına vəsiqə qazanır. Ancaq 1992-ci il avqustun 30-da Bakının "İnşaatçı" komandasına əlavə vaxtda buraxdığı qol hesabına uduzur.

1993/94 mövsümünün ortasında klubu Mingəçevir Su Elektrik Stansiyası himayəsinə götürdüyündən komandanın adında cüzi dəyişiklik edilir: "Kür-Nur".

1995/96 mövsümündə isə hazırda Qarabağ Futbol Klubunun məşqçisi Qurban Qurbanovun da yolu "Kür-Nur"dan keçir və burda 4 qola imza atır.

1997/98 mövsümü başa çatdıqdan sonra komanda maliyyə problemləri ucbatından dağılır.

1991-ci ildə "Kür"ün baş məşqçisi olmuş Ənvər Nəsibovun rəhbərliyi altında Mingəçevirdə "Ulduz" komandası yaradılır və həvəskarlar arasında keçirilən ölkə birinciliyinə qatılır.

19992000-ci illərdə bu komanda ardıcıl 2 dəfə Azərbaycan çempionu olur, 1 dəfə isə kuboku qazanır

2005 illərində Azərenerji" şirkəti məcburən Mingəçevirdə yeni klub yaratmalı olur — "Energetik". Bu komanda I dəstədən mübarizəyə qoşulur və 8 klubun iştirak etdiyi ilk mövsümdə 4-cü yeri tutur. Növbəti mövsüm isə "Energetik" 2-ci pilləni tutur və AMMK (indiki AZAL) ilə birgə elitada iştirak etmək hüququ qazanır. Təbii ki, "Azərenerji" rəhbərliyi" qısa müddətdə bunu gözləmirdi.[10]

2018-ci ildə "Energetik" klubunun büdcəsinə dəstək olan, sponsorluq edən "AzərEnerji" ASC kluba sponsorluqdan imtina etdi. Bunun nəticəsində klubda ciddi maliyyə problemləri yarandı. [11]

2019-cu illərdə isə kluba sponsorluq edən "Azenco" kluba göstərdiyi maliyyə dəstəyini çəkdi. Bu da öz növbəsində klubun fəaliyyətini dayandırma ehtimalını yenidən gündəmə gətidi.[12]

Keçmişdən bir kadr
Energetik FK region liqasında çıxış edən zaman

2021/2022 illərində klub Region Liqasından I Divizion'a yüksəlib.[13] Maliyyə dəstəyi səbəbi ilə klub "Energetik"adlanırdı. Lakin 2018-ci ildən etibarən AzərEnerji" ASC -nin sponsorluqdan imtina etməsi, klubun adının dəyişdirilməsi ilə nəticələndi. [14] 2022-ci il 19 may tarixində I Divizonda çıxışa hazırlıq məqsədi ilə stadionun təmirinə start verildi.[15]

2022/2023 mövsümündə klub gözlənilən qədər yaxşı oyun nümayiş etdirmədi. Belə ki, klubun büdcə problemləri yenidən özünü büruzə verdi. Həmçinin meydanın kələ-kötür olması səbəbiylə, futbolçuların top idarəsi nə qədər yaxşı olursa olsun, bu oyun zamanı özünü mənfi tərəfdən göstərirdi. [16]Sponsorun olmaması gəlirin azalması ilə nəticəndi, bunun nəticəsində klubdan güclü oyunçular ayrıldı. Həmin ilin mart ayının 25-i baş məşqçi kimi gələn Şəhruz Mustafayev öz qərarı ilə istefa verdi.[17][18] Mövsüm sonuna qədər onun yerinə köməkçi məşçi olan Sönməz Quliyev keçdi. [19] 2023/2024 illəri məqsədi olaraq 12, 13, 16 və 17 yaş qrupları üzrə komandaların qurulması hədəfləndiyi açıqladı.[20] Artıq qış fasiləsindən sonra, Ruslan Həmidov'un təşəbbüsü ilə U16, U17 yaş qrupları üzrə komanda yaradıldı. [21]26 aprel tarixində Ruslan Həmidov AFFA-ya müraciət edərək, Mingəçevir klubunun Azərbaycan Premyer Liqasına vəsiqə əldə etməsini istədi. [22]

2023/2024 - Mingəçevir "Azərlotereya" ilə sponsorluq müqaviləsi imzaladı. [23] Bu mövsüm üçün əlamətdar bir neçə hadisə baş verdi. İlk olaraq Ruslan Həmidov 2024/2025 futbol mövsümü üçün "Kür-Nur" klubunun bərpası ilə bağlı açıqlama verdi. Yeni plana görə "Kür-Nur" klubu bərpa ediləcək. [24] İkincisi isə liqanın ilk turununda "Karvan" klubu ilə qarşılaşma gərginliyi ilə yadda qaldı. 65, 67-ci dəqiqələrdə Mingəçevirin iki oyunçusu Elçin Qasımov və Elvin Əlizadə qırmızı vərəqə aldılar. [25][26][27]

Loqoların Anlamı[redaktə | mənbəni redaktə et]

Loqolar
Kür Mingəçevir klubunun loqosu
Kür Nur klubunun loqosu
Energetik klubunun loqosu
Energetik klubunun loqosu
Energetik klubunun loqosu

Kür Mingəçevir[redaktə | mənbəni redaktə et]

Kür Mingəçevir klubunun loqosu dairə şəkildədir. qara fon arxasında klubun adı, təmsil etdiyi şəhər yazılmışdır. Loqonun ortasında bir dəniz və bulud təsfirinə yer verilmişdir. Loqo Kür Mingəçevir klubunun fəaliyyət illəri (1990-1993) ərzində istiadə olunmuşdur.

Kür Nur[redaktə | mənbəni redaktə et]

Bu loqo ənənəvi dairə formasından biraz daha fərqlidir. Düzbucaqlı şəklində olan loqonun üst tərəfində bayraq təsvir olunmuşdur. Sol tərəfdən aşağı doğru "Kür", sağ tərəfdən aşağı doğru "Nur" sözü oxunur. Narıncı fon arxasında isə, sol tərəfdə "F" hərfi, sağ tərəfdə isə "K" hərfini görmək mümündür ki, buda "futbol kl ubu" sözünün qısaltılmış formasıdır.Bu loqoda öz növbəsində klubun fəaliyyətdə olduğu dövrlərdə (1993-1998) istifadə olunmuşdur.

Energetik Mingəçevir[redaktə | mənbəni redaktə et]

Energetik Mingəçevir klubunun ilk loqosu elə təmsil etdiyi şəhər olan Mingəçevirin gerbinə bənzəməsi ilə daha çox seçilir. Loqo düzbucaqlı formadadır. 2 rəngdən ibarət olan loqonun sol üst küncündə SESin şəkli yer almışdır. Sağ alt küncündə isə, balıq təsviri vardır. Mingəçevir həmçinin balıq sahəsində də inkişaf etmiş şəhərdir. Loqonun üst tərəfində "Energetik" yazısı var. Həmçinin sağ küncdə "futbol klubu" ifadəsinin qısaltdılmış forması olan "FK" sözü vardır. Sol altda isə klubun təmsil etdiyi şəhər və klubun yaranma tarixi olan 1966-cı il yazılmışdır.

5 oktyabr 2015-cc ildə rəsmi sosial şəbəkə səhifələrində azerkeşlərə təqdim etdi. Buda öz növbəsində azerkeşlər tərəfdən çox bəyənildi. Yeni loqo dairə formasında idi. Sol və sağ tərəflərində futbol topları vardı. Halqanın üstündə klubun adına yer verilmişdir. Göy qırmızı və yaşıl fon üstündə sarı rəngdə lampa şəklinə yer verilmişdir. Buda klubun adının bir növ izzahı idi. Aşağı tərəfdə isə "Energetik" klubunun yaranma tarixi qeyd olunmuşdur.

3 iyul 2020 tarixində isə klub yenidən loqo dəyişikliyi etmək qərarına gəldi. Yeni loqo mavi rəngdə idi. Üst tərəfində klubun adı, alt tərəfində isə "Mingəçevir" yazılmışdır. Sol tərəfdə "F" hərfi, sağ tərəfində isə "K" hərfinə yer verilmişdir. Ortasında göy-ağ rəngdə qalxan şəkli var idi. Qalxanın üstündə isə elektrik qülləsi təsviri var. Qüllənin altında isə "Energetik" klubunun yaranma ili yazılmışdır.

2022/2023 sezonlarında klub 1-ci Diviziona yeni ad və loqo ilə şıçıxış etməyə başladı. Loqonun mərkəzində su anbarının şəkili ilə birlikdə, Mingəçevir'də yer alan Bozdağ silsiləsi'nin şəkilinədə yer verib

Uğurları[redaktə | mənbəni redaktə et]

  • Azərbaycan Kuboku
Gümüş Medal —(1992, 1994/95)

Rekord — 2022/23 sezonlarında Mingəçevir ilk oyun zamanı 3,200 izləyici ilə 5 mövsümün rekordunu yeniləyib[28][29][30]


SSRİ (1966-1991)
Toxucu FK (1966-1970)
Mövsüm Liqa Yer O Q H M AV X SSRİ Kuboku
1966 Zona 3/ Qrup B 17 34 9 6 19 24/43 24
1967 Zona 3/Qrup B 5 38 16 3 9 35/29 45
Respublik Kuboku 4 3 0 1 2 0/2 1
1968 Zona 3/Qrup B 3 40 15 12 13 32/41 42
1969 Qrup B - Zaqafqaziya 6 38 16 10 12 53/48 42
1970 Qrup B / Zona 2 / Altqrup 2 15 34 8 9 17 29/66 25
Avtomobilçi FK (1980-1987)
1980 2-ci liqa / 9-cu zona 8 30 12 6 12 39/37 30
1981 2-ci liqa / 9-cu zona 16 30 4 5 21 29/63 13
Bölgə 6 / 9-16-lıq liqa 16 44 9 6 29 44/85 24
1982 2-ci liqa / 9-cu zona 11 32 14 5 13 32/40 33
1983 2-ci liqa / 9-cu zona 15 32 7 6 19 37/66 20
1984 2-ci liqa / 9-cu zona 14 32 10 5 17 45/63 25
1985 2-ci liqa / 9-cu zona 12 30 12 4 14 41/44 28
1986 2-ci liqa / 9-cu zona 8 30 14 3 13 58/41 31
1987 2-ci liqa / 9-cu zona 16 30 8 5 17 37/56 21
Kür FK (1990-2005)
1990 2-ci liqa / 3-cu zona / A qrup 6 22 10 3 9 25/25 23
3-cu zona 1-12-lıq liqa 10 34 13 6 15 41/42 32
1991 2-liqa / 3-cü zona 5 38 18 11 9 67/33 47
Azərbaycan (1992- H.H)
1992 Yüksək Dəstə 7 36 19 3 14 50/39 41 2-cilik
1993 Yüksək Liqa 6 18 6 6 6 21/25 18 1/8
1993/1994 Birinci Dəstə 5 30 13 7 10 45/33 23 1/8
1994/1995 Birinci Dəstə 4 24 14 2 8 41/23 30 2-cilik
1995/1996 Birinci Dəstə 6 20 7 4 9 35/41 25 1/8
1996/1997 Yüksək Dəstə 13 30 7 4 19 30/59 25 1/8
1997/1998 Yüksək Dəstə 11 26 8 3 15 26/36 27 1/2
Energetik FK(2003-2022)
2003/2004 Birinci Dəstə 4 14 9 1 4 26/9 '28 1/8
2004/2005 Birinci Dəstəsi 2 14 10 1 3 34/13 31 1/16
2005/2006 Birinci Dəstə 10 30 10 5 15 41/52 35 1/16
2006/2007 Birinci Dəstə/B Qrupu 7 20 7 4 9 28/37 25 1/16
2007/2008 Birinci Dəstə/B Qrup 6 16 4 4 8 19/25 16 1/16
2008/2009 Birinci Divizion 4 28 14 8 6 51/29 50 İştirak Etməyib
2009/2010 Birinci Divizion 13 22 3 6 13 24/51 15 İştirak Etməyib
2010/2011 Birinci Divizion 11 26 5 5 16 17/50 20 İştirak Etməyib
2011/2012 Birinci Divizion 12 26 6 7 13 21/45 25 İştirak Etməyib
2012/2013 Birinci Divizion 10 24 5 4 15 26/52 19 İştirak Etməyib
2013/2014 Birinci Divizion 16 30 2 5 23 11/92 11 İştirak Etməyib
2014/2015 Birinci Divizion 14 30 5 3 22 24/82 18 İştirak Etməyib
2015/2016 Birinci Divizion 13 36 4 3 19 14/100 15 İştirak Etməyib
2016/2017 Birinci Divizion 11 26 5 5 16 25/86 20 İştirak Etməyib
2022/23 Birinci Liqa 14 26 5 5 18 20 1/8

Daxili Rekordlar[redaktə | mənbəni redaktə et]

Klub tarixinin bombardirlik siyahısı[redaktə | mənbəni redaktə et]

Sıra Sezon Futbolçu adı Mövqeyi Oyun sayı Vurduğu Qol
1 1992- Ramiz Məmmədov CM 126 40
2 1992 Mehman Baxışov FC 31 10
3 1992 Bəxtiyar Sadıqov FC 32 7

Stadionu[redaktə | mənbəni redaktə et]

Mingəçevir FK — Zaqatala oyunundan bir görüntü
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu. 5.000 nəfərlik tutuma malikdir

Oyunçular[31][redaktə | mənbəni redaktə et]

Nömrə Ölkə Mövqeyi Futbolçu
1 Azərbaycan GK Elçin Qasımov
99 Azərbaycan GK Toğrul Məmmədbəyli
22 İran GK Seyed Mətin Huseini
33 Azərbaycan GK Eldar Tərlanov
5 Azərbaycan DF Vüsal İsmayılov (Kapitan)
95 Azərbaycan DF Elvin Əlizadə
2 Azərbaycan DF Elsevər Bəkirzadə
8 Azərbaycan DF Kamran Həsənzadə
2 Azərbaycan DF Sahil Zeynalov
18 Azərbaycan DF Elvin Əliyev
38 Azərbaycan DF Vahid İbrahimov
80 Azərbaycan DF Rüstəm Quluzadə
70 Azərbaycan MF Namiq İbrahimli
7 Azərbaycan MF Samir Əliyev
20 Azərbaycan MF Elçin Abdullayev
10 Azərbaycan MF Roman Hüseynov
21 Azərbaycan MF Elvin Əsgərov
57 Azərbaycan MF Adil Yusubov
88 Azərbaycan MF Sahil Həsənov
45 Azərbaycan MF Sənan Kərimov
13 Azərbaycan MF Nihad Xəlilli
90 Azərbaycan MF Cavid Məmmədli
17 Azərbaycan MF Pərviz Haqverdiyev
14 Azərbaycan MF Nicat Məmmədli
11 Azərbaycan FW Ceyhun Əhmədov
97 Azərbaycan FW Tural Məmmədzadə
9 Azərbaycan FW İbrahim Camalov

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Mingəçevir şəhər stadionu yenidən qurulur". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-18.
  2. "Arxivlənmiş surət". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
  3. "Arxivlənmiş surət". 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
  4. "Arxivlənmiş surət". 2023-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  5. "Arxivlənmiş surət". 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-26.
  6. "Arxivlənmiş surət". 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  7. "Arxivlənmiş surət". 2023-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-08.
  8. "Arxivlənmiş surət". 2023-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-08.
  9. "Arxivlənmiş surət". 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  10. "Arxivlənmiş surət". 2023-02-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.
  11. "Arxivlənmiş surət". 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  12. "Arxivlənmiş surət". 2023-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  13. "Arxivlənmiş surət". 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  14. "Arxivlənmiş surət". 2023-04-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  15. "Arxivlənmiş surət". 2023-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  16. "Arxivlənmiş surət". 2023-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  17. "Arxivlənmiş surət". 2023-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-26.
  18. "Arxivlənmiş surət". 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-20.
  19. "Arxivlənmiş surət". 2023-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-26.
  20. "Arxivlənmiş surət". 2023-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-10.
  21. "Arxivlənmiş surət". 2023-05-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-08.
  22. "Arxivlənmiş surət". 2023-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-28.
  23. https://futbolinfo.az/ming%c9%99cevir-ucun-yeni-sponsor/
  24. https://prosport.az/az/news/id-2794
  25. https://operativmedia.az/post/27642/karvan-mingeceviri-meglub-etdi
  26. https://futbolinfo.az/i-liqa-karvan-q%C9%99l%C9%99b%C9%99-il%C9%99-basladi/
  27. https://qol.az/news/192229-1-ci-liqada-yeni-movsum-bu-gun-yevlaxda-baslayir
  28. "Arxivlənmiş surət". 2023-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-09.
  29. "Arxivlənmiş surət". 2023-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-09.
  30. "Arxivlənmiş surət". 2023-03-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-03-09.
  31. "Arxivlənmiş surət". 2019-10-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-21.