Sərkar (Samux)
Sərkar | |
---|---|
40°45′44″ şm. e. 46°22′17″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Sərkar — Azərbaycan Respublikasının Samux şəhərinin inzibati ərazi vahidində kənd.
Toponimikası
[redaktə | vikimətni redaktə et]Yaşayış məntəqəsi keçmişdə Gəncə mahalında maldarlıqla məşğul olmuş sərkar elatının adı ilə bağlıdır. Sərkarlar keçmişdə əsasən Şirvanda yaşayan xançobanılann bir qoludur. Şirvan xanları da bu tayfadan idi. Müəyyən tarixi hadisələrlə əlaqədar Gəncə zonasına köçmüş sərkarlar bu tayfanın tirələrindən olmuşdur.[1]
Tarixi
[redaktə | vikimətni redaktə et]Kənd Samux rayonunun inzibati ərazi bölgüsünə 1990-cı ildə daxil edilib. Həmin vaxtadək kənd keçmiş Səfərəliyev rayonunun, sonra isə Gəncə şəhərinin tərkibində idi.
Coğrafiyası və iqlimi
[redaktə | vikimətni redaktə et]Sərkar kəndində olan Sarvan bulağının suyu mədə-bağırsaq xəstəliklərin müalicəsində istifadə edilir. Sərkar kəndi mülayim iqlim tipinə malikdir.
Əhalisi
[redaktə | vikimətni redaktə et]Əhalinin tərkibi azərbaycanlılardan ibarətdir. Əhalisinin sayı 5047 nəfərdir.[2]
İqtisadiyyatı
[redaktə | vikimətni redaktə et]Əhalisinin əsas məşğuliyyətiNİ əkinçilik və maldarlıq təşkil edir.
Mədəniyyəti
[redaktə | vikimətni redaktə et]Kənddə 1 mədəniyyət evi və bir park var.
Təhsil
[redaktə | vikimətni redaktə et]Kənddə 1 uşaq bağçası və 1 məktəb fəaliyyət göstərir.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ Sərkar (Samux) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
- ↑ Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı — 2010.
Həmçinin bax
[redaktə | vikimətni redaktə et] Samux rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |