Antimonit

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Antimonit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
Sb₂S₃[1]
Strunz təsnifatı II/D.08[2]
Xüsusiyyətləri
Kristalloqrafik sinqoniya rombik[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Antimonit (son lat. antimonium – sürmə) — stibnit – sulfidlər sinfindən mineral.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Kimyəvi tərkibi – Sb2S3. Sinqoniyası rombikdir. Kristalları iynəvarı, prizmatik, aqreqatları radial şüalı və iynəvarıdır. Rəngi qurğuşunu-boz. Metal parıltılıdır. Sərtliyi – 2, sıxlığı – 4630 kq/m³-dir. Hidrotermal damarlarda qalenit, sfalerit, sinnabarit, xalkopirit və s. minerallarla birlikdə tapılır. Tərkibində 71,4% stibium və 28,6% kükürd var. Stibium filizlərinin əsas komponentidir.[3]

Rəng – göyümtül çalarlı oksidləşmə rəngli qurğuşunu-boz; Mineralın cizgisinin rəngi – qurğuşunu-boz; Parıltı – güclü metal; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,61-4,65; Sərtlik – 2; Kövrəkdir; Ayrılma – {010} üzrə mükəmməl, {110} üzrə qeyri - mükəmməl; Sınıqlar – yarımqabıqvari, pilləli; Başqa xassələr – yarımkeçiricidir; Morfologiya – kristallar: uzunprizmatik, sütun - və iynəvarı, c oxuna paralel cizgil;. Uzunluğu 0,6 m-ə, qalınlığı 5 sm-ə çatan çox vaxt əyilmiş və burulmuş nəhəng kristalları məlumdur; İkiləşmə: tez-tez {110} və ya {010} üzrə polisintetik; Mineral aqreqatları: radial-şüalı, kol şəkilli, iynə - və yelpikvarı, bəzən sıx dənəvər kütlələr, sferolitlər, druzalar, püruzlar.

Mənşəyi və yayılması

[redaktə | mənbəni redaktə et]

Tipik orta - və aşağı temperaturlu hidrotermal mineraldır. Sürmə - civə, az hallarda qurğuşun-sink, bəzən qızıl filizi yataqlarında rast gəlir. Habelə isti bulaq çöküntülərində və vulkanik sublimatlarda qeyd edilir. Birlikdə rast gəldiyi minerallar: kinovar, kvars, flüorit, sfalerit, qalenit, realqar, auripiqment, barit, kalsit. Mineralın tapıldığı yerlər: Hsi-Kuanq-Şan (Çin); İşinokava (Yaponiya); Saravak (Malayziya); Razdol (Rusiya); Nikitovka (Ukrayna); Luxumi (Gürcüstan) və b. Azərbaycanda Levçay sürmə-civə, Əylis sürmə və Darrıdağ (Culfa) mərgümüş yataqlarında yayılmışdır. Qızılitən və Ağzıbir (Kəlbəcər rayonu) qızıl təzahürlərində, Dəvəboynu (Laçın rayonu) mərğümüş təzahüründə və göstərilən rayonların bəzi başqa məntəqələrində də qeyd olunur.

Birləşmələri rezin, toxuculuq, şüşə sənayesində və b. geniş tətbiq olunan demək olar ki, yeganə sürmə filizidir.

  1. International Mineralogical Association - Commission on new minerals, nomenclature and classification The IMA List of Minerals (February 2013) (ing.). 2013.
  2. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Stibnite // Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 546. ISBN 978-9952-441-02-4.
  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Şəkil qalereyası

[redaktə | mənbəni redaktə et]