Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Avtomatik Xətlər Elmi-İstehsalat MüəssisəsiAzərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki müəssisə.

Tarixi

1970-ci ildə SSRİ Elektrotexnika Sənayesi Nazirliyinin "Ümumittifaq Elektro-Maşınqayırma Elmi-Tədqiqat Texnoloji İnstitutunun Bakı şöbəsi" yaradılmışdır. 1988-ci ildə onun bazasında "Stator" Elmi-İstehsalat Birliyi yaradılmışdır. 1989-cu ildə "Stator" EİB Elektrotexnika və Cihazqayırma Sənayesi Nazirliyinin tabeliyinə keçirilmişdir. 1993-cü ildə "Stator" EİB Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin tərkibinə daxil edilmişdir. 2006-cı ilin sentyabr ayında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə "Stator" EİB Avtomatik Xətlər və Qeyri Standart Avadanlıqlar Elmi-İstehsalat Müəssisəsi adlandırılmış və Müdafiə Sənayesi Nazirliyinin tabeliyinə verilmişdir. Müəssisənin müasir texnologiya və istehsal avadanlığı ilə təchiz olunması:

  • "Fergüsson" tipli presizion mexanizmlər – materialın pres-avtomatlara və digər avtomatik qurğulara verilməsi dəqiqliyinin təmin olunması üçün (Avropa praktikasında ilkin olaraq) istehsalının;
  • Polad rulonunun fiqurlu biçilməsinin səmərəliliyini artırmaq üçün avtomatik xətlər (materiala 15%-dək qənaət olunur) istehsalının;
  • "İzot" və "Fenot" elektrotexniki poladların elektroizolyasiyası üçün antikorroziya örtükləri çəkilməsinin mənimsənilməsinə imkan yaratmışdır.

2008-ci ildən Avtomatik Xətlər Elmi-İstehsalat Müəssisəsi adı altında fəaliyyətini davam etdirir.[1]

Fəaliyət sahələri

Texnoloji imkanları

Mənbə

İstinadlar

  1. "Müəssisə haqqında". 2018-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-01-13.

Xarici keçidlər

Həmçinin bax