Rauf Cabbarov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Rauf Cabbarov
Rauf Əbdülqədir oğlu Cabbarov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (74 yaşında)
Vəfat yeri Bilgəh, Bakı, Azərbaycan[1]
Vəfat səbəbi Ürək tutması
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Uşağı 2 qız
Atası Əbdülqədir Cabbarov
Dini İslam
Fəaliyyəti Boks məşqçisi
Fəaliyyət illəri 1969-2004
Mükafatları "Tərəqqi" medalı

Rauf Cabbarov (tam adı: Rauf Əbdülqədir oğlu Cabbarov; d. 8 iyul 1935, Bakı, Azərbaycan SSR, SSRİö. 11 may, 2010, Bakı, Azərbaycan) — Azərbaycan boksçusu və boks məşqçisi. SSRİ idman ustası və Azərbaycan Respublikasının Əməkdar məşqçisi.[2] Onun yetirmələri Rövşən Hüseynov 1993-cü ildə gənclər və böyüklər arasında Avropa çempionu, 1994-cü ildə Dünya Kubokunun qızıl mükafatçısı olmuş, Əli İsmayılov 2 dəfə Avropa və 2 dəfə dünya çempionatı və kuboku yarışlarının bürünc medalını qazanmışdır.[2]

Həyatı[redaktə | mənbəni redaktə et]

1935-ci ilin iyulun 8-də Bakı şəhərində anadan olub.[2] İlk olaraq Bakının Vidadi küçəsində, daha sonra Bayıl qəsəbəsinin Qurban Abbasov 34 küçəsində yaşamışdır.[3] Boksla 10 il məşğul olmuş, respublika və ümumitiffaq miqyaslı yarışlarda qalib və mükafatçı kimi fərqlənmişdir.[2] Əmək fəaliyyətinə 1957-ci ildə L. Şmidt adına zavodda çilingər vəzifəsində başlamışdır.[2] 1960-cı ildən lampa zavodunda operator, 1963-cü ildə Taksi-Motor Parkında - yağlayıcı, 1969-cu ildən isə "Dinamo" idman cəmiyyətində və Bakı Uşaq-Gənclər idman məktəbində boks üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir.[4] Uzun illər Azərbaycan yığma komandasının baş məşqçisi olmuş, onlarla yüksək dərəcəli boksçular hazırlamışdır. Onun yetirmələri Rövşən Hüseynov 1993-cü ildə gənclər və böyüklər arasında Avropa çempionu, 1994-cü ildə Dünya Kubokunun qızıl mükafatçısı olmuş, Əli İsmayılov Avropa və dünya çempionatı və kuboku yarışlarının bürünc medalını qazanmışdır.[2]

2004-cü ildən sonra iki dəfə ürək infarktı keçirən Cabbarovun uzun müddət səhhəti ilə bağlı problemləri olub.[5] 2010-cu il mayın 11-də Zabrat qəsəbəsində dəfn olunub.

Təltif və mükafatları[redaktə | mənbəni redaktə et]

O, SSRİ idman ustası və Azərbaycan Respublikasının Əməkdar məşqçisi idi.[2]

Qalereya[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Əməkdar məşqçi vəfat etdi". arxiv.az. İstifadə tarixi: 24 September 2015.[ölü keçid]
  2. 1 2 3 4 5 6 7 Azərbaycan Milli Ensiklopediyası. 2004. səh. 100. (#accessdate_missing_url)
  3. "BÖYÜK TARİXİ OLAN KİÇİK KÜÇƏ". regionplus.az. 20 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 September 2015.
  4. "MİLLİ KOMANDANIN BAŞ MƏŞQÇİSİ VƏFAT ETDİ". supersport.az. İstifadə tarixi: 24 September 2015.
  5. "Əməkdar məşqçi vəfat etdi". news.milli.az. news.milli.az. 13 mart 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 mart 2017.
  6. "Milli Olimpiya Komitəsinin III Baş Məclisində MOK prezidenti İlham Əliyevin məruzəsi". azsport.az. azsport.az. Archived from the original on 2022-03-28. İstifadə tarixi: 13 mart 2017.