Rauf Cabbarov (tam adı: Rauf Əbdülqədir oğlu Cabbarov; d. 8 iyul 1935, Bakı, Azərbaycan SSR, SSRİ — ö. 11 may, 2010, Bakı, Azərbaycan) — Azərbaycan boksçusu və boks məşqçisi. SSRİ idman ustası və Azərbaycan Respublikasının Əməkdar məşqçisi.[2] Onun yetirmələri Rövşən Hüseynov 1993-cü ildə gənclər və böyüklər arasında Avropa çempionu, 1994-cü ildə Dünya Kubokunun qızıl mükafatçısı olmuş, Əli İsmayılov 2 dəfə Avropa və 2 dəfə dünya çempionatı və kuboku yarışlarının bürünc medalını qazanmışdır.[2]
Rauf Cabbarov | |
---|---|
Rauf Əbdülqədir oğlu Cabbarov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (74 yaşında) |
Vəfat yeri | Bilgəh, Bakı, Azərbaycan[1] |
Vəfat səbəbi | Ürək tutması |
Vətəndaşlığı |
SSRİ Azərbaycan |
Uşağı | 2 qız |
Atası | Əbdülqədir Cabbarov |
Dini | İslam |
Fəaliyyəti | Boks məşqçisi |
Fəaliyyət illəri | 1969-2004 |
Mükafatları |
1935-ci ilin iyulun 8-də Bakı şəhərində anadan olub.[2] İlk olaraq Bakının Vidadi küçəsində, daha sonra Bayıl qəsəbəsinin Qurban Abbasov 34 küçəsində yaşamışdır.[3] Boksla 10 il məşğul olmuş, respublika və ümumitiffaq miqyaslı yarışlarda qalib və mükafatçı kimi fərqlənmişdir.[2] Əmək fəaliyyətinə 1957-ci ildə L. Şmidt adına zavodda çilingər vəzifəsində başlamışdır.[2] 1960-cı ildən lampa zavodunda operator, 1963-cü ildə Taksi-Motor Parkında - yağlayıcı, 1969-cu ildən isə "Dinamo" idman cəmiyyətində və Bakı Uşaq-Gənclər idman məktəbində boks üzrə məşqçi-müəllim kimi fəaliyyət göstərmişdir.[4] Uzun illər Azərbaycan yığma komandasının baş məşqçisi olmuş, onlarla yüksək dərəcəli boksçular hazırlamışdır. Onun yetirmələri Rövşən Hüseynov 1993-cü ildə gənclər və böyüklər arasında Avropa çempionu, 1994-cü ildə Dünya Kubokunun qızıl mükafatçısı olmuş, Əli İsmayılov Avropa və dünya çempionatı və kuboku yarışlarının bürünc medalını qazanmışdır.[2]
2004-cü ildən sonra iki dəfə ürək infarktı keçirən Cabbarovun uzun müddət səhhəti ilə bağlı problemləri olub.[5] 2010-cu il mayın 11-də Zabrat qəsəbəsində dəfn olunub.
O, SSRİ idman ustası və Azərbaycan Respublikasının Əməkdar məşqçisi idi.[2]