Əli İsmayılov (8 may 1974) — Azərbaycanı təmsil edən boksçu.[1]
Əli İsmayılov | ||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||||||||
Tam adı | Əli Şamil oğlu İsmayılov | |||||||||||||
Vətəndaşlığı | Azərbaycan | |||||||||||||
Doğum tarixi | ||||||||||||||
Doğum yeri | Ukrayna SSR | |||||||||||||
Boyu | 177 sm. (5 ft 6 in) | |||||||||||||
İdman növü | Boks | |||||||||||||
Medallar
|
Əli İsmayılov 1993-cü ildə Bursa şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[2] Turnirin 1/16 final mərhələsində Gürcüstan nümayəndəsi Tenqiz Meşadzeyə 4:6 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini başa vurdu.[2] Daha sonra Əli İsmayılov 1995-ci ildə Almaniyanın Berlin şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[3] Əli İsmayılov 1/16 final mərhələsində Finlandiya nümayəndəsi Anssi Peraeyoiya 12:8 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Ukrayna nümayəndəsi Oleq Kudinova 8:10 hesabı ilə məğlub oldu və Dünya Çempionatını doqquzuncu pillədə başa vurdu.[3]
1996-cı ildə isə Əli İsmayılov Vayle şəhərində baş tutan Avropa Çempionatında mübarizə apardı.[4] Əli İsmayılov turnirin 1/16 final mərhələsində Rusiya nümayəndəsi Sergey Karavayeva 18:8 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Macarıstan nümayəndəsi Gyorgi Mizseiya 6:8 hesabı ilə məğlub oldu və Avropa Çempionatını doqquzuncu pillədə başa vurdu.[4] Əli İsmayılovun növbəti turniri 1998-ci ildə Belarusda baş tutan Avropa Çempionatı oldu.[5] Bu Avropa Çempionatı da Əli İsmayılov üçün uğursuz oldu.[5] Əli İsmayılov turnirin 1/8 final mərhələsindəcə İngiltərə nümayəndəsi Kortni Friya 0:2 hesabı ilə məğlub oldu.[5]
Daha sonra Əli İsmayılov 1999-cu ilin avqustunda Birləşmiş Ştatların Hyuston şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[6] Əli İsmayılov turnirin 1/8 final mərhələsində Avstriya nümayəndəsi Zdravomir Dimitriyeviça 6:4 hesabı ilə qalib gəldi.[6] Növbəti mərhələdə Əli İsmayılov Macarıstan nümayəndəsi Gyorgi Mizseiya gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində 8:6 hesabı ilə qalib gəldi və Dünya Çempionatının yarım-final mərhələsinə adladı.[6] Bu mərhələdə ABŞ nümayəndəsi Mixael Simmsa 5:6 hesabı ilə məğlub olan Əli İsmayılov Dünya Çempionatının bürünc medalına sahib oldu.[6]
2000-ci ildə Əli İsmayılovun birinci turniri mayda Finlandiyanın Tampere şəhərində baş tutan Avropa Çempionatı oldu.[7] Əli İsmayılov turnirin 1/8 final mərhələsində Belarus nümayəndəsi Alexandr Ermaşeviça 5:4 hesabı ilə qalib gəldi.[7] Növbəti mərhələdə isə Əli İsmayılov son Dünya Çempionatının finalçısı olan Fransa nümayəndəsi Con Doviya gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində 4+:4 hesabı ilə qalib gəldi və Avropa Çempionatının yarım-final mərhələsinə adlayaraq medalı təmin elədi.[7] Finala gedən yolda Əli İsmayılov Rumıniya nümayəndəsi Klaudiu Rassoya 4:8 hesabı ilə məğlub oldu və Avropa Çempionatını bürünc medalla başa vurdu.[7]
Əli İsmayılov həmin il həm də Azərbaycanı Sidney şəhərində (Avstraliya) baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil elədi.[8] Əli İsmayılov olimpiadanın 1/16 final mərhələsində Bolqarıstan nümayəndəsi Emil Krasteva 14:10 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Özbəkistan nümayəndəsi Sergey Mixailova 18:24 hesabı ilə məğlub oldu.[8] Bununla da Əli İsmayılov Sidney Olimpiadasını doqquzuncu pillədə başa vurdu.[8]
Olimpiadadan sonra Əli İsmayılov 2001-ci ilin iyununda Şimali İrlandiyanın Belfast şəhərində baş tutan Dünya Çempionatında mübarizə apardı.[9] Əli İsmayılov turnirin 1/16 final mərhələsində Meksika nümayəndəsi Ramiro Reducindoua 10:4 hesabı ilə qalib gəlsə də, 1/8 final mərhələsində Belarus nümayəndəsi Məhəmməd Arifhacıyeva 8:14 hesabı ilə məğlub oldu.[9] Bununla da Əli İsmayılov Dünya Çempionatını doqquzuncu pillədə başa vurdu.[9]
2002-ci il də Əli İsmayılov üçün uğursuz il oldu. Əli İsmayılov həmin ilin iyulunda Rusiyanın Perm şəhərində baş tutan Avropa Çempionatının birinci görüşündəcə Macarıstan nümayəndəsi İstvan Szuçsa gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün nəticəsində 14:15 hesabı ilə məğlub oldu və turnirdə mübarizəsini başa vurdu.[10] 2003-cü ilin iyulunda Əli İsmayılov Tailandda baş tutan Dünya Çempionatında birinci görüşdəcə məğlub olaraq mübarizəsini uğursuz başa vurdu.[11] 2004-cü ilin fevralında Xorvatiyada baş tutan Avropa Çempionatı da Əli İsmayılov üçün uğursuz oldu və o, birinci görüşdəcə məğlub olaraq mübarizəsini uğursuz başa vurdu.[12]
Həmin ilin avqustunda Əli İsmayılov Afina Olimpiadasında mübarizə apardı.[13] Əli İsmayılov olimpiadanın 1/16 final mərhələsində Braziliya nümayəndəsi Vaşinqton Silva ilə üz-üzə gəldi.[13] Həmin görüşdə Əli İsmayılov rəqibinə 28:22 hesabı ilə qalib gəldi və turnirin 1/8 final mərhələsinə adladı.[13] Bu mərhələdə isə onun rəqibi Yunanıstan nümayəndəsi Elias Pavlidis oldu.[13] Həmin görüşdə Əli İsmayılov rəqibinə 16:32 hesabı ilə məğlub oldu və olimpiadanı doqquzuncu pillədə başa vurdu.[13]
Avropa Çempionatı | Türkiyə | |||
Dünya Çempionatı | Almaniya | |||
Avropa Çempionatı | Danimarka | |||
Avropa Çempionatı | Belarus | |||
Dünya Çempionatı | ABŞ | |||
Avropa Çempionatı | Finlandiya | |||
Olimpiya Oyunları | Avstraliya | |||
Dünya Çempionatı | Şimali İrlandiya | |||
Avropa Çempionatı | Rusiya | |||
Dünya Çempionatı | Tailand | |||
Avropa Çempionatı | Xorvatiya | |||
Olimpiya Oyunları | Yunanıstan |