Xəyyam Daşdəmirov
Xəyyam Daşdəmirov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Balik, İsmayıllı rayonu, Azərbaycan |
Vəfat tarixi | (18 yaşında) |
Vəfat yeri | Tovuz rayonu, Azərbaycan |
Dəfn yeri | İsmayıllı rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Tovuz döyüşləri |
Təltifləri |
Xəyyam Daşdəmirov (tam adı: Xəyyam Məhəmməd oğlu Daşdəmirov; 22 fevral 2002; Balik, İsmayıllı rayonu, Azərbaycan — 12 iyul 2020; Tovuz rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, 2020-ci il iyulunda Tovuz istiqamətində baş verən döyüşlərin şəhidi.[1]
Həyatı[redaktə | mənbəni redaktə et]
Xəyyam Daşdəmirov 2002-ci il fevralın 22-də İsmayıllı rayonunun Balik kəndində anadan olub.[2] Bakı şəhəri Binəqədi Rayonu Biləcəri qəsəbəsində yaşayıb, 314 nömrəli tam orta məktəbdə oxuyub. 18 yaşı var idi.Subay idi.
Hərbi xidməti[redaktə | mənbəni redaktə et]
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Xəyyam Daşdəmirov 2020-ci il iyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində təxribatının qarşısını alan zaman şəhid olub.[2] Tovuz döyüşlərinin şəhidi Xəyyam Daşdəmirov iyulun 13-də doğulduğu İsmayıllı rayonunda dəfn olundu.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyyam Daşdəmirov ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[3]
Təltifləri[redaktə | mənbəni redaktə et]
- (30.12.2020) — "Hərbi xidmətlərə görə" medalı (ölümündən sonra)[4]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ Güləmail Murad. "Tovuz döyüşləri". Bakı, "CBS PP", 2021
- ↑ 1 2 3 "Şəhid Xəyyam Daşdəmirov İsmayıllıda dəfn edilib". www.report.az (Report İnformasiya Agentliyi) ( (az.)). 13.07.2020. 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13.07.2020.
- ↑ Azərbaycan Prezidentinin saytı. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.president.az ( (az.)). 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
- ↑ Normativ hüquqi sənədlərin vahid internet bazası. "Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında Azərbaycan Prezidentinin 30.12.2020-ci il tarixli Sərəncamı". www.e-qanun.az ( (az.)). 30.12.2020. 2021-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.12.2020.
- 22 fevralda doğulanlar
- 2002-ci ildə doğulanlar
- 18 yaşında vəfat edənlər
- 12 iyulda vəfat edənlər
- 2020-ci ildə vəfat edənlər
- Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri
- "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə hərbi xadimlər
- Tovuz döyüşlərində həlak olanlar
- İsmayıllı rayonunda doğulanlar
- Tovuz rayonunda vəfat edənlər
- İsmayıllı rayonunda dəfn olunanlar