Elçin Arif oğlu Mustafazadə (26 sentyabr 1992, Kirovka, Ağstafa rayonu – 14 iyul 2020, Tovuz rayonu) — Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçusu, Tovuz döyüşləri şəhidi.[1][2]
Elçin Mustafazadə | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 26 sentyabr 1992 |
Doğum yeri | |
Vəfat tarixi | 14 iyul 2020 (27 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2020 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Tovuz döyüşləri, 2020 |
Təltifləri |
Elçin Mustafazadə 26 sentyabr 1992-ci ildə Ağstafa rayonunun Həsənsu qəsəbəsində anadan olub.[1] O, nişanlı idi və ailə həyatı qurmağa hazırlaşırdı.
Elçin Mustafazadə Azərbaycan Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət edən hərbi qulluqçu idi.[1] O, 2020-ci il iyulun 14-də Tovuz döyüşləri zamanı şəhid olmuşdur.[1][3]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 30.12.2020-ci il tarixli Sərəncamına əsasən Elçin Mustafazadə ölümündən sonra "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.[4]
İyulun 14-də Elçin Mustafazadə, doğulduğu Ağstafa rayonunun Həsənsu qəsəbəsində dəfn olundu.[1] Onunla vida mərasiminə Ordunun zabitləri, habelə Ağstafa rayonunun icra başçısı Seymur Orucov, Milli Məclisin deputatları Nizami Cəfərov və Qənirə Paşayeva qatıldı.[1]