Yivli minarə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Yivli minarə
Yivli Minare
Xəritə
36°53′11″ şm. e. 30°42′16″ ş. u.
Ölkə  Türkiyə
Şəhər Antalya
Yerləşir Antalya
Aidiyyatı Böyük Səlcuq İmperiyası
Memar Balaban Tavşi
Sifarişçi Atabəy Armağan
Tikilmə tarixi 1230/1373
Üslubu Səlcuqlu memarlığı
Hündürlüyü 38 m
Material daş, kərpic
Vəziyyəti stabil
Yivli minarə (Türkiyə)
Yivli minarə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yivli MinarəAntalyadakı ilk İslam tikililərindəndir. XIII əsrə aid bir Səlcuqlu əsəridir.

Memarlıq

Qaydası kəsmə daşdandır. Gövdə hissəsi kərpic və firuzə rəngli çinilərdən tikilmişdir. 8 Yivlidir. Minarə hazırda Antalya şəhərinin simvolu halına gəlmişdir. Hündürlüyü 38 mt olub 90 pilləli pilləkən ilə çıxılır. Yivli minarənin bir qismi kərpic və firuzə rəngli kaşılardan yaranmışdır. Yivllərinə görə Yivli Minarə adı verilmişdir.

Külliyə

Qalaqapısı səmtində yerləşən və çoxsaylı Səlcuqlu yaradıcılığından ibarət əsərlər birliyidir. Bu məsciddə yerləşən tikililər bunlardır: Yivli Minarə, Yivli Məscidi, Qiyasəddin Keyxosrov Mədrəsəsi, Səlcuqlu Mədrəsəsi, Mevlevihane, Zincirqıran Türbəsi və Nigar Xatun Türbəsi. Yivli Minarə Antalyadakı ilk islam tikililərindəndir. XIII əsrə aid bir Səlcuqlu əsəridir. Qaydası kəsmə daşdandır. Gövdə hissəsi kərpic və firuzə rəngli bəzəkli çinilərdən tikilmişdir. 8 yivli Minarə hazırda Antalya şəhərinin simvolu halına gəlmişdir. Hündürlüyü 38 mt olub 90 pilləli pilləkən ilə çıxılır. Yivli Minarə Məscidi, Yivli Minarənin qərbindədir.

Tarixi

Qiyasəddin Keyxosrov Mədrəsəsi, Atabəy Ərməğan tərəfindən 1239 tarixində, II Qiyasəddin Keyxosrov adına inşa etdirilmişdir. Bu əsərin qapısının qarşısında bir XIII əsr abidəsi olduğu güman edilən Səlcuqlu Mədrəsəsi qalıqları vardır. Zincirqıran Türbəsi, Yivli Minarənin şimalında və üst bağdadır. Şəkil olaraq Səlcuqlu tərzindədir. Lakin xarici səthinin sadə olması, pəncərələrinin olması, içindəki qəbiristanlığın aşağı səviyyədə olması xüsusiyyətləri ilə Osmanlı Türbələri quruluşuna oxşayır. 1377-ci ildə tikilmiş olub 3 ədəd məzarı qoruyur. Nigar Xatun Türbəsi, Yivli Məscidin şimalındadır. Altıbucaqlı bir plan üzərində tikilən Türbənin sadə bir görünüşü vardır. Səlcuqlu üslubunda olan Türbə 1502-ci ildən qalmadır. Zincirqıran Türbəsinin qərbində yerləşən tikili Mevlevihane olub I Aləddin Keyqubad tərəfindən 1225-ci ildə tikildiyi güman edilir. Kitabəsi yoxa çıxmışdır. Təmir görmüşdür. Hazırda incəsənət qalereyası kimi istifadə edilir.

İstinadlar