Savə minarəsi

Savə MinarəsiAzərbaycanın cənub–şərq şəhərlərindən olan Savənin Meydan məscidinin gözəl bədii tərtibatlı minarəsi Böyük Səlcuq İmperiyasının hökmdarı Sultan Toğrul bəyin zamanında hicri 453 – cü ildə (1061) inşa edilmişdir. Üst bölümü uçduğundan onun şərəfəsinin və şərəfə üstü qülləsinin necəliyi qaranlıqdır. Ancaq bu ayrıca dayanan minarənin uyğun memarlıq ayrıntılarının Şəmkir və başqa Səlcuq mil minarələri ilə bir biçimli olduğu şübhəsizdir.[6]

Savə minarəsi
Xəritə
35°00′37″ şm. e. 50°21′47″ ş. u.HGYO
Ölkə  İran
Şəhər Savə
Yerləşir Savə şəhristanı[1][2]
Aidiyyatı Böyük Səlcuq imperiyası
Tikilmə tarixi 1061
Üslubu Səlcuqlu memarlığı
Naxçıvan-Marağa memarlıq məktəbi
Hündürlüyü 17 m[3][2]
Sahəsi
Material Palçıq[d][5][2], kərpic[5][2]
Savə minarəsi (Cənubi Azərbaycan)
Savə minarəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Savə minarəsinin silindrik, yuxarıya doğru yüngülcə incələşən gövdəsi kərpicdən yığılmış "səlcuq zənciri" adlanan kəmərlərlə üfüqi bölmələrə ayrılmışdır. Bu çənbərlərarası səthlər mürəkkəb çeşnili həndəsi naxışlarla üzlənmişdir. Kəmər qurşaqlarının ortasında yenə kərpicdən "kvadrat kufi" adıyla tanınan düzbucaqlı yazı sətirləri yığılmışdır. Araşdırıcılar Savə minarəsindəki kufi yazılarını bu tip kitabələrin ilk örnəyi sayırlar.

Başdan-başa birrəngli bişmiş kərpicdən ucaldılan və səthi həmin kərpicdən yığılmış kitabə və naxışlarla örtülən Savə minarəsinin bədii təsir gücü zəngin işıq – kölgə effektindədir. Mütəxəssislər gövdəsinin bəzədilməsi tərzinə görə Savə minarəsini AzərbaycanOrta Asiyanın türk minarələri arasında bağlayıcı halqa hesab edirlər.[7]

  1. Wiki Loves Monuments monuments database. 2017.
  2. 1 2 3 4 https://iranarchpedia.ir/entry/13856.
  3. https://link.springer.com/content/pdf/10.1007/s00004-015-0282-4.pdf.
  4. https://en.shafaqna.com/205513/inscriptions-of-saveh-grand-mosque-photos/.
  5. 1 2 http://mmi.aui.ac.ir/browse.php?a_id=223.
  6. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 53.
  7. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 54.