Göy mədrəsə və ya Sahibiyə mədrəsəsi - bəzən adı bitişik olaraq yazılan bu tikili Anadolu Səlcuklu dönəminə aid bir mirasdır. Göy mədrəsə Sivasın mərkəzində yerləşir.
Göy mədrəsə | |
---|---|
39°44′39″ şm. e. 37°00′59″ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
Şəhər | Sivas |
Yerləşir | Sivas ili |
Tikilmə tarixi | 1271 |
Tipi | Mədəni |
Təyin edilib | 2000 |
Türekiyə | |
Region | Avropa və Şimali Amerika |
Kateqoriya | mədrəsə |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Mədrəsənənin qərb hissəsində tikilinin inşası ilə bağlı bir daş kitabə vardır. Buradan göründüyü kimi tikilinin Ata Fəxrəddin Ali tərəfindən (ərəbcə: صَهِپ اتَ فَكهر ال ضِن الِ Sâhip Ata Fakhr al-Din Ali) 1271-ci ildə Kaluytan adlı meymara tikdirilmişdir. Qapının yan sütününda Göy mədrəsənin memarının Konyalı Kaluyan olması qeyd edilir.
Qapı üzərində olan kitabədə belə yayılmışdır:
عمر في ايام دولة السلطان الاعظم شاهنشاه المعظم غياث الدنيا و الدين كيخسرو بن قليج آرسلان خلد الله دولته
"Ulu sultan, uca şahlar şahı, dünya və dinin yardımcısı Qılınc Arslan oğlu Key Xosrovun idarəçiliyi zamanında inşa edilmişdir. Allah dövlətini daim etsin."
Əsas qapı və qapı üzərində olan incə işləmələr bu tikilinin ən görməli bölməsidir. Bəzəklərdə 12 növ hayvan başı, ulduz və həyat ağacı motifləri istifadə edilmişdir. Divarları oyma daşlarla işlənən minarələrin hündürlüyü 25 metrdir. Göy mədrəsə dördbucaqlı formasına sahibdir. İki mərtəbədən ibarətdir. Əsas girişində olan işləmələr kölgə sistemi ilə ona əsrarəngiz görkəm verir. Mavi rəngli daşlarla işləmələr minarələrə arxitektur dəyər qazandırır. İki sətirlik kitabə və üç yanı dolaşan geometrik ölçüdə olan bulaq tililiyə bir gözəllik qatır. Bu hərəkətliliyi sağ ve sol tərəfdə olan bəzəkli pəncərələr və bərkitmə qüllələr tamamlayır. Əsas girişin üzərində iç-içə girmiş heyvan başlarını müşahidə etmək olar.
Mədrəsəyə girdikdən sonra sağ tərəfdə məscid yerləşir. Məscidin mehrabınin bir hissəsi bu günümüzə qədər gəlib çatmışdır. Mehrabın üzəri çini ilə örtülmüşdür. Onun üzərində isə ərəb hərifləri ilə Ayətəl Kürsü yazılıdır.
Girişin solundakı yer, planlı günbəzli otaq isə Dar-ül Hədis bölümüdür. İç divarları suvanmışdır. Bu gün də daxildə mərmər daşları ilə işlənmiş hovuz vardır. Anadoluda bilinən ən böyük Səlcuklu hovuzudur.
1934-1967-ci illər arası muzey olaraq istifadə edilmişdir.