Kafir Günbəd türbəsi

Kafir Günbəd Türbəsiİranda, Qəzvinin Niyaq kəndi yaxınlığında yerləşən və inşa tarixi XII – XIII əsrlərə aid edilən türbə.

Kafir Günbəd türbəsi
Kafir Günbəz türbəsinin yerləşdiyi kənd olan Niyaq
Kafir Günbəz türbəsinin yerləşdiyi kənd olan Niyaq
Ölkə  İran
Şəhər Qəzvin
Yerləşir Niyaq kəndi
Aidiyyatı Böyük Səlcuq imperiyası
Tikilmə tarixi XII əsr
Üslubu Səlcuqlu memarlığı
Kafir Günbəd türbəsi (İran)
Kafir Günbəd türbəsi

Türbə ümumilikdə səkkizbucaqlı quruluşa malikdir. Türbənin tinləri bayır tərəfdə qabarıq olub üzləri yelən kimi dövrələyir. İçəridə isə hər üzdə sivri tağça qurulmuşdur. Tağçaların üst əyri hissəsi ümumi səthdən bir az irəli çıxmışdır. Onların arasındakı tromplar günbəz oturacağının çevrəsinə keçidi təmin edir. İç məkan sferokonik günbəzlə örtülü olmuşdur. Qalıqlara əsasən araşdırmaçılar Kafir Günbəd türbəsinin səkkizüzlü piramida biçimli günbəzlə örtüldüyü qənaətindədirlər.

Kafir Günbəd türbəsinin iç və dış səthlərində bəzək izləri qalmamışdır. Bu abidəni Azərbaycanın digər səkkizüzlü türbələrindən fərqləndirən bir cəhət də onun üzlərində dünyanın dörd yönünə açılan qapı gözlərinin olmasıdır. Bu gözlərdən cənubda olanı sonradan qapadılaraq mehraba çevrilmişdir. Türbənin şərq üzünün qarşısında tağbənd qurmaqla baş giriş nəzərə çarpdırılmışdır. Bu abidənin ən alt hissəsi daş lövhələrdən, üst tutumu bişmiş kərpicdən (20x20x5 sm) ucaldılmışdır. Uçuqlar altında sərdabə qatının olduğu ehtimal edilir. Kafir Günbəd onunla eyni plan quruluşu olan Yusif Küseyir oğlu Türbəsi ilə müqayisədə ağır nisbətdədir.[1]

  1. C. Qiyasi – Nizami dövrünün memarlıq abidələri, Bakı, İşıq nəşriyyatı, 1991, səh 94