Duzal türbəsi

Duzal Türbəsiİranda, Araz çayının sahilində yerləşən Duzal kəndində yerləşən və tarixi memarlıq abidəsi olan türbədir.[2]

Duzal türbəsi
Ölkə
Şəhər Culfa
Yerləşir Duzal kəndi
Aidiyyatı Böyük Səlcuq imperiyası
Tikilmə tarixi XII əsr
Üslubu Səlcuqlu memarlığı
Naxçıvan-Marağa memarlıq məktəbi
Duzal türbəsi (İran)
Duzal türbəsi

Türbə Duzal kəndi ərazisində (H. Qəzvini bu kəndi Araz sahili böyük kənd kimi öz əsərində qeyd edir) təpə belində yerləşən türbə qülləvari tutumu və çoxüzlü biçimi ilə uzaqdan Möminə Xatun Türbəsini xatırladır. Duzal türbəsinin səkkizüzlü prizmatik qülləsi daş kürsü üzərində qaldırılmış, onun hər üzündə uca sivri tağçalar qurulmuş, gövdəsinin yarısı yazı qurşağı və karnizlə tamamlanmışdır. Türbənin piramidal biçimli üst günbəzi uçulub dağılmışdır.

Yusif Küseyir oğluMömünə Xatun türbələrindən fərqli olaraq Duzal türbəsində perpendikulyar oxlar üstündə dörd qapı gözü vardır. Belə quruluşu onun Mömünə Xatun türbəsindən sonra, XIII yüzilin əvvəllərində inşa edilməsi fikrini ortaya çıxarmışdır.[3]

Ümumi tutum həllinə, sərdabəsinin konstruksiyasına, hətta qapı olan üzün bölgü və ayrıntılarına görə Mömünə Xatun Türbəsini az qala təkrar edən Duzal türbəsinin tikilmə tarixini, iç quruluşunu və bəzək düzümünü tədqiq etmək istəyən Cəfər Qiyasi və digər Azərbaycan mütəxəssislərinə İran dövləti tərəfindən bu imkanın verilməməsi Azərbaycanın maraqlı memarlıq nümunələrindən olan bu abidənin tədqiqatdan kənarda qalmasına səbəb olmuş [4] və bu günə kimi hələ də araşdırılmamışdır. Lakin türbənin Möminə Xatun Türbəsinin təsiri altında inşa edilmiş Azərbaycanın qülləvari türbələrindən biri olması şübhə doğurmur.

  1. 1 2 Wiki Loves Monuments monuments database. 2017.
  2. "مقبره شعیب دوزال". seeiran.ir. 6 mart 2019 tarixində arxivləşdirilib.
  3. Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı: İşıq nəşriyyatı. 1991. səh. 99. ISBN 5-89650-334-2.
  4. Cəfər Qiyasi. Nizami dövrü memarlıq abidələri. Bakı: İşıq nəşriyyatı. 1991. səh. 100. ISBN 5-89650-334-2.