Qaflantı Qız körpüsü – Miyanədə Qızılüzən çayının üzərində yerləşən XII əsrə adi tarixi memarlıq abidəsi.[2]
Qaflantı Qız körpüsü | |
---|---|
37°19′27″ şm. e. 47°49′05″ ş. u.HGYO | |
Ölkə | |
Şəhər | Miyanə |
Yerləşir | Qızılüzən çayının üstündə |
Aidiyyatı | Böyük Səlcuq imperiyası |
Tikilmə tarixi | XII əsr |
Üslubu | Səlcuqlu memarlığı |
Material | kərpic |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
İranın, Güney Azərbaycanın çoxsaylı körpüləri içərisində ən bəllisi və ən mükəmməli Miyanədən Cənubda, Qızılüzən çayı üstündə salınmış və hicri VI əsrin (miladi XII əsr) əzəmətli abidədir. Onun üstündə olan və müxtəlif dövrlərdə aparılmış təmir işlərinə aid kitabələrdən birində bildirilir ki, körpünü hicri 933-cü ildə (miladi 1527) Şah Bəyim təmir etdirmişdir. Araşdırmaçılar körpünün el arasında Qız körpüsü adıyla tanınmasını bu mərmər kitabə ilə izah edirlər. Qaflantı dağının (farsca adı Qaflankuhdur) ətəyində olduğundan körpü elmi ədəbiyyatda Qaflantı körpüsü adı ilə tanınmışdır.[3]
Yüksək texniki-bədii həllinə görə İslam memarlığı araşdırmaçıları Qaflantı Qız körpüsünü Ön Asiyada körpüsalma sənətinin incisi sayırlar.[4] Qaflantı körpüsünün mərkəzi tağı 1946-cı ildə geri qaçan "fədai başçılarının" nadan göstərişi ilə dağıdılmış və bu nadir memarlıq əsəri bu günəcən zədəli, yarıuçuq vəziyyətdə qalmaqdadır.[mənbə göstərin]
Qaflantı körpüsünün dayaqları möhkəm daşdan hörülmüş, iri aşırımlı üç tağı və kiçik ara tağları bişmiş kərpicdən çox böyük ustalıqla qurulmuşdur. Tağlararası səthlərin də hamısı kərpiclə üzlənmişdir. Ən hündür orta tağ üstündən körpü sahilə doğru endiyindən "qozbel" biçim almışdır.
Qaflantı körpüsündə də Azərbaycan memarlığında tez-tez rast gəlinən, iri tağ aşırımları arasında kiçik tağ gözləri qurulmuşdur. Bir çox cəhətdən əlverişli olsa da, bu ara açılımlar tağ dayaqlarını bir qədər zəiflədirdi. Memar bu konstruktiv xətanı aradan qaldırmaq üçün ara açırımların yanına dayaqlar artırmışdır. Tağla bir hündürlükdə olan bu dayaqlar piramidal sonluqla bitir. Körpüyə əlavə möhkəmlik verən, seli istiqamətləndirən bu qoşa dayaqlar həm də onun memarlıq kompozisiyasında güclü tutum plastikası və özümlü bədii ritm yaratmışdır.[5]