Wal

der; -(e)s, -e balina
Waisenkind
Walachei
OBASTAN VİKİ
Wal mart
Walmart Inc - (əvvəllər Wal-Mart Mağazalar, Inc adı altında) hipermarketləri fəaliyyət göstərən Amerikada yaranmış çoxmillətli pərakəndə ticarət təşkilatıdır. Baş ofisləri və qərargahı Bentonville, Arkanzas ştatında yerləşən bu şirkət 1962-ci ildə Sam Walton tərəfindən 31 oktyabr 1969-cu ildə təsis edilib. Həmçinin Sam's Club Pərakəndə Anbar şirkətinə də sahibdir. 31 Yanvar 2019-cu il tarixində verilən məlumatlara görə Walmart supermarketlər şəbəkəsi, ümumilikdə 27 ölkədə fəaliyyət göstərməklə - 11348 mağazası vardır. Həmçinin müxtəlif ölkələrdə 21 ad altında fəaliyyət göstərir. Şirkət ABŞ və Kanadada Walmart adı altında, Meksika və Mərkəzi Amerikada Walmart de México y Centroamérica, Birləşmiş Krallıqda ASDA, Yaponiyada Seiyu Qrupu və Hindistanda Best Price adı altında fəaliyyət göstərir. Artıq Argentina, Çili, Kanada və Cənubi Afrikada əməliyyatları tamamilə idarə edir. 2018-ci ilin avqust ayından etibarən isə Walmart marketlər şəbəkəsi, Cənubi Amerikada fəaliyyət göstərən Walmart Braziliya şirkətinin səhmlərinin az hissəsini tutur. 2018-ci ildə Fortune Global 500 siyahısına görə dünyada ən böyük fərdi işəgötürən və 2,3 milyon işçisi olan Walmart, 500 milyard ABŞ dolları gəlirlə dünyanın ən böyük şirkətidir. Şirkət Walton ailəsi tərəfindən idarə olunduğu üçün ictimaiyyətə satılan ailənin sahib olduğu bir işdir.
Datura wallichii
Adi dəlibəng (lat. Datura stramonium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. Cənub-şərqdə, Astraxan, Volqoqradda, az miqdarda Samarski və Saratovsk vilayətlərində yayılmışdır. Hündürlüyü 1,5-dək olan mil köklü, güclü budaqlı, birillik ot bitkisidir. Gövdəsi düzdayanan, çəngəlvari budaqlanmış, çılpaqdır. Yarpaqları növbəli, bütöv yumurtavari, iri oyuqlu-dişli, ucu biz, saplaqlı, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Ağ rəngli ucda və ya qoltuqda yerləşən iri, tək çiçəkləri qoxuludur. Ağ qıfvari büküklü çiçək tacı və kasacığı bitişik yarpaqlı, beş hissəlidir. İyun-avqustda çiçəkləyir. Meyvəsi-dörd yuvalı, dörd laylarla açılan, iynələrlə örtülmüş qutucuqdur.
Euonymus walkeri
Euonymus walkeri (lat. Euonymus walkeri) — bitkilər aləminin celastrales dəstəsinin celastraceae fəsiləsinin gərməşov cinsinə aid bitki növü.
Fischer-Waldheim
Qriqori Fişer fon Valdheym (alm. Johann Gotthelf Fischer von Waldheim‎; 13 oktyabr 1771[…], Valdhaym[d], Mittelsachsen[d] – 18 oktyabr 1853[…], Moskva) — Rusiya təbiıtşünası, palentologiya, zoologiya, entomologiya (xüsusilə də sərtqanadlıların) üzrə elmi işlərin müəllifi, Peterburq Akademiyasının fəxri üzvü (1828-ci ildən). Botanik Aleksandr Fişer fon Valdheymin atası "Anatomie der Maki u. der ihnen verwandten Thiere" (Frankfurt, 1804); "Entomoigraphia imperii rossici; Genera Insectorum systematice exposita et analysi iconographica instructa" (5 cilddə, Москва, 1820–1851); "Notice sur le Tettigopsis nouveau genre d’Orthoptères de la Russie" (Moskva, 1830); "Locustarum quaedam Genera aptera etc." (M., 1839); "Catalogus Coleopterorum in Sibiria orientali a cel. Gregorio Silide Karelin collectorum" (M., 1842); "Versuch über die Schwimblase der Fische" (Лпц., 1795); "Mémoire pour servir d’introduction à un ouvrage sur la respiration des animaux etc." (P., 1798); "Ueber die verschiedene Form des Intermaxillarknochens in versch. Thierarten" (Lpç., 1800); "Naturhistorische Fragmente mit bes. Hinsicht auf Anat. u. Physiol. der Thiere u.
Fritillaria walujewii
Valuyev zanbaqcası (lat. Fritillaria walujewii) — bitkilər aləminin zanbaqçiçəklilər dəstəsinin zanbaqkimilər fəsiləsinin zanbaqca cinsinə aid bitki növü.
George Arnott Walker-Arnott
Corc Arnott Arnott, və ya Uoker Arnott (ing. George Arnott Walker-Arnott, 1799—1868) — Şotlandiya botaniki. Vilyam Hukerlə birlikdə Şimali Amerika botanikasını, Vayt Robertlə birlikdə isə Hindistan florasını öyrənmişdir. Çoxlu bitkiləri təsnif etmişdir (International Plant Names Index). Corc Arnott Arnott toxumlu bitkilər, qıjıkimilər, mikologiya və yosunlar üzrə ixtisaslaşmışdır. Hooker, Sir William Jackson. The Botany of Captain Beechey's voyage. Henry George Bohn. 1841.
George Walker Bush
Corc Volker Buş (ing. George Walker Bush; 6 iyul 1946[…], Nyu-Heyven[d], Konnektikut) — Amerika Birləşmiş Ştatlarının 43-cü prezidenti (20 yanvar 2001–20 yanvar 2009). Respublikaçılar partiyasının nümayəndəsidir. 1824-cü il prezident seçkilərində Con Kuinsi Adams qalib gəldi. O, ABŞ-nin ikinci prezidenti Con Adamsın oğlu idi. Bu təcrübə birdə yalnız 176 il sonra 2000-ci il prezident seçkilərində təkrarlanıb. Belə ki, bu seçkilərdə qalib gələn Corc Buş (oğul) ABŞ-nin 41-ci prezidenti Corc Buşun oğludur. Onun hakimiyyət dövrü 11 sentyabr hadisələri və bundan sonra başlayan terrorla mübarizə fəaliyyətləri, Əfqanıstan və İraq müharibələri ilə xarakterizə olunur. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına 86-cı şəxs olaraq daxil edilib. Corc Buş (oğul) 1946-cı il iyulun 6-da anadan olub.
Harold Walter Bailey
Harold Volter Beili (16 dekabr 1899 - 11 yanvar 1996) — İngilis şərqşünas, İranşünas. O, XX əsrin ən böyük şərqşünaslarından biri hesab olunurdu.
Hedera helix var. walthamensis
Adi daşsarmaşığı (lat. Hedera helix) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin daşsarmaşığı cinsinə aid bitki növü. Təbii halda Qərbi Avropada meşələrdə bitir. Hündürlüyü 25 m-ə çatır. Həmişəyaşıl sarmaşan bitkidir. Yarpaqları növbəli düzülüşlü, sadə və ya mürəkkəb olub, qalın dərivaridir, tünd-yaşıl və parlaqdır. Birillik zoğlarda olan yarpaqlar beşdilimlidir, yaşlı yarpaqları isə bütövdür. Çiçəkləri qalxanvari çətirdə, başlıqda və ya salxımda yerləşir, beş üzvlüdür, ləçəkləri beşdir, meyvəsi giləmeyvədir. Payızda çiçəkləyir. Uc qələmləri ilə və ya zoğlarla çoxaldılır.
Hellmuth Walter
Hellmuth Walter (26 avqust 1900 – 16 dekabr 1980) Alman mühəndis və raket mühərrikləri və qaz turbinlərinin tədqiqat işlərini aparmışdır. Onun məşhur əsərləri Messerschmitt Me 163 raket mühərriki və Bachem Ba 349 önləmə təyyarəsidir. Sualtı qayıqlarda havadan müstəqil hərəkət sistemindən istifadə etmişdir.
Hordeum walpersii
Jimmy Wales
Cimmi Donal Uels (ing. Jimmy Donal "Jimbo" Wales; 7 avqust 1966[…], Hantsvill, Alabama) — internet-sahibkar, viki konsepsiyasının ideoloqu, Vikipediyanın yaradıcısı. Cimmi Uels həm də Vikipediya və müxtəlif viki-layihələri idarə edən və qeyri-kommersiya təşkilatı olan Vikimedia Fondunun və Vikimedia Fondu ilə əlaqəsi olmayan Wikia adlı şirkətin qurucusudur. 1966-cı ildə Amerika Birləşmiş Ştatlarının Alabama ştatının, Hantsvill şəhərində anadan olmuşdur. Kiçik bir özəl məktəbi bitirəndən sonra universitetə hazırlıq məktəbi olan "Randolph School"da təhsilini davam etdirmişdir. Uels iqtisadiyyat istiqaməti üzrə Aubern Universitetində bakalavr və Alabama Universitetində isə magistr dərəcəsinə yiyələnmişdir. 1996-cı ildə Uels "Bomis" əyləncə xarakterli axtarış portalının əsasını qoymuşdur. Hazırda Uels bu şirkətin fəaliyyətində aktiv iştirak etmir. 2000-ci ilin martında Uels ingilis dilində "Nupedia.com" ensiklopediyasını yaratmış və baş redaktor vəzifəsinə Larri Senqeri təyin etmişdir. Cimmi Uels 2001-ci ilin 15 yanvarında "Vikipediya" ensiklopediyasını yaratdı.
Juniperus wallichiana
Hindistan ardıcı (lat. Juniperus indica) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin cupressales dəstəsinin sərvkimilər fəsiləsinin ardıc cinsinə aid bitki növü.
Lasianthus wallacei
Lasianthus wallacei (lat. Lasianthus wallacei) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin boyaqotukimilər fəsiləsinin lasianthus cinsinə aid bitki növü.
Ligusticum wallichii
Uolliç liqustikumu (lat. Ligusticum wallichii) — liqustikum cinsinə aid bitki növü.
Nathaniel Wallich
Nataniel Vallix (ing. Nathaniel Wallich; 28 yanvar 1786, Kopenhagen – 28 aprel 1854, London) — XIX əsrin birinci yarısında Danimarka və İngiltərə cərrahı və botaniki.
Off The Wall
Off the Wall — Maykl Ceksonun "Off the Wall" albomundakı mahnılardan biri.
Off the Wall (albom)
Off the Wall — Maykl Cekson 5-ci studiya albomu. Albom 10 avqust 1979-cu ildə Epic Records leyblı ilə buraxılmışdır. Albomdakı üç sinqla videoklip çəkilmişdir. Mahnılardan üçü Ceksonun özü tərəfindən yazılmışdır, o cümlədən, Platin sertifikatlı sinql — Don't Stop 'Til You Get Enough. Albom dünyada 20 milyon nüsxədən artıq satılmış və tarixə ən çox satılan albomlardan biri kimi düşmüşdür.
Passiflora walkeri
Passiflora suberosa (lat. Passiflora suberosa) — qonaqotukimilər fəsiləsinin qonaqotu cinsinə aid bitki növü. Anthactinia walkeri M.Roem. Cieca angustifolia M.Roem. Cieca flexuosa M.Roem. Cieca globosa M.Roem. Cieca hederacea M.Roem. Cieca littoralis M.Roem. Cieca nigra Medik. Cieca oliviformis M.Roem.
Philantomba walteri
Philantomba walteri (lat. Philantomba walteri) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin philantomba cinsinə aid heyvan növü.
Pinus wallichiana
Pinus wallichiana (lat. Pinus wallichiana) – şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü.
Tanacetum walteri
Taxus wallichiana
Himalay qaraçöhrəsi (lat. Taxus wallichiana) qaraçöhrəkimilər fəsiləsinin qaraçöhrə cinsinə aid bitki növü.
Vinca gulielmi-waldemarii
Çəhrayı katarantus (lat. Catharanthus roseus) — bitkilər aləminin acıçiçəklilər dəstəsinin kəndirkimilər fəsiləsinin katarantus cinsinə aid bitki növü. Ammocallis rosea (L.) Small Catharanthus roseus var. albus G. Don Catharanthus roseus var. roseus Hottonia littoralis Lour. Lachnea rosea (L.) Rchb. Lochnera rosea (L.) Rchb. ex Endl. Lochnera rosea var. alba (G. Don) Hubbard Lochnera rosea var.
Waldorf Astoria
Waldorf Astoria Hotels & Resorts — Hilton Otellər Şəbəkəsinin lüks otel və rezort brendi. Hilton portfelinin daxilində flaqman marka kimi otel avadanlıqlarının və xidmətinin yüksək standartlarını təklif edir. 2016-cı il yanvar ayında Hilton Otellər Şəbəkəsi elan etdi ki, The Waldorf Astoria Collection adlı lüks otel brendini yaradacaq. Bu daha sonra isə Nyu-York şəhərində The Waldorf Astoria adı altında fəaliyyətə başladı. 2014-cü ildə bu mülk çinli investorlara satıldı, lakin Hilton bu brend altında oteli hələ də idarə edirdi. Hiltonun mülklərindən bəziləri "Waldorf" adını öz başlıqlarında hələ də daşıyırdılar, lakin onlar həqiqi Waldorf Astoria otel zəncirinin bir hissəsi deyildilər. The Waldorf Hilton, London buna bir misal olaraq göstərilə bilər. 2007-ci il aprel ayında otelin 4 mülkiyyəti var idi. Konde Nast jurnalının 2015-ci ildə keçirdiyi səyahətçilərin seçim sorğusunda Yerusəlimdə yerləşən Waldorf Astoria oteli 7-ci yerdə qərarlaşmışdı. 2014-cü ilin avqust ayında Waldorf Astoria oteli ABŞ-dakı otellərinin altıısnda Waldorf Astoria Driving Experiences sistemini yaratdı, bu sistemdə VİP qonaqlara peşəkar yarış şərtləri altında bahalı idman avtomobillərinin sükanları arxasında əyləşmək şansını yaradır.