wave1
n 1. dalğa; güclü ləpə, The waves crashed against the rocks Dalğalar qayalara çırpıldı; 2. əl etmə, əlini yelləmə; 3. artım, yüksəliş, coşğunluq, çılğınlıq; a crime ~ cinayətkarlığın artması / yüksəlməsi; 4. qıvrım, buruq; She has a natural wave in her hair Onun saçı anadangəlmə qıvrımdır / buruq-buruqdur / dalğavarıdır; 5. zavivka, burmasaç, burdurulmuş saç; to get a ~ saçını burdurmaq / zavivka etdirmək; 6. fiz. rəqs, rəqs etmə; 7. fiz. dalğa; seismic ~ seysmik dalğa; 8. rad. dalğa, siqnal, işarə; long / medium / short ~s uzun / orta / qısa dalğalar;
◊ to lash the ~s səmərəsiz mübarizə aparmaq, havayı yerə baş sındırmaq / işləmək / çalışmaq
wave2
v 1. dalğalanmaq (bayraq, zəmi, tarla və s.); yellənmək (budaq və s.); The flag waved in the breeze Bayraq xəfif küləkdə dalğalandı ; 2. yelləndirmək, dalğalandırmaq; oynatmaq; to ~ a sword qılınc oynatmaq; 3. əl etmək, yelləmək (dəsmal, əl və s. ilə); to ~ a farewell vidalaşarkən əl etmək; to ~ a person nearer əl işarəsi ilə bir şəxsi yanına çağırmaq; 4. burulmaq, qıvrılmaq (saç haq.); Her hair waves naturally Onun saçı anadangəlmə qıvrımdır / buruqdur; 5. burmaq, zavivka etmək (saçı); She has had her hair waved O, saçını burdurub / zavivka etdirib; to ~ away 1) bir kəsə uzaqlaşmaq işarəsi vermək; 2) məc. başdan eləmək; fikir verməmək (bir şeyə)