WEE

wee1

n sidik (həm də ~ -wee); Do a wee-wee Pi-pi elə, işə (balaca uşaqlara deyilir)

wee2

v işəmək, siymək

WEDNESDAY
WEED
OBASTAN VİKİ
In the Wee Small Hours
In the Wee Small Hours (Qısa zamanlarda) — Frenk Sinatranın sayca doqquzuncu studiya albomudur. Albom 9 aprel 1955-ci il tarixində Capitol Records'da çıxarılmış; Voyl Gilmor tərəfindən istehsal olunmuş və Nelson Ridl tərəfindən aranjeman edilmişdir. Albomda yalnızlıq, özünüdərk, itirilmiş sevgi, gerçəkləşməyən münasibətlər, depressiya, gecə həyatı kimi mövzular işlənmiş, nəticədə In the Wee Small Hours ilk konsepsiya albomlarından biri kimi yadda qalmışdır. Albomun üz qabığında bu mövzular əks olunmaqla, Sinatranın xəyali və tərk edilmiş küçənin maviyə çalan işıqlarının altındakı təsviri verilmişdir. Buraxdığı ilk albom olan The Voice üçün 1946-cı ildən bəri üzərində düşündüyü "konsepsiya" ideyasını Songs for Swingin' Lovers və Only the Lonely kimi növbəti albomlarında da uğurla davam etdirmişdir. In the Wee Small Hours iki 10 düymlük LP diskləri şəklində buraxılmış və həmçinin 12 düymlük LP kimi də istehsal olunaraq, bir ilkə imza atmışdır. Həmçinin albom dörd EP olmaqla dörd parçadan ibarət olan 45-rpm diskləri şəklində 45-rpm-lik sinql kimi kağız üz qabığı ilə deyil, LP-dəki ilə eyni üz qabığı ilə karton üzlüklərlə buraxılmışdır. Albomun satışı uğurlu alınmış, Bilboard 200-də 2-ci yerə yüksəlmiş və 18 həftə həmin pillədə qalmağı bacarmışdır. Bu, eyni zamanda, Sinatranın 1947-ci ildə çıxardığı Songs by Sinatra-dan sonrakı ən yüksək nəticə əldə edən albomu idi. 2002-ci ilə qədər albom RIAA tərəfindən Qızıl sertifikatına layiq görülərək, yarım milyondan çox satılmışdır .
Polypterus weeksii
Polypterus weeksii (lat. Polypterus weeksii) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin çoxüzgəclikimilər dəstəsinin çoxüzgəclilər fəsiləsinin çoxüzgəcli cinsinə aid heyvan növü.
The Weeknd
The Weeknd (əsl adı: Eybel Makkonen Tesfaye; 16 fevral 1990, Toronto, Ontario, Kanada) Kanadalı müğənni, mahnı yazarı və prodüser. Müasir populyar musiqinin aparıcı siması kimi qəbul edilir, o, mahnılarında falsetto səsinin istifadəsi ilə diqqət çəkir. O, dörd "Qremmi" mükafatı, iyirmi Billboard musiqi mükafatı, iyirmi iki "Juno mükafatı", altı "Amerika musiqi" mükafatı, iki "MTV Video" musiqi mükafatı və Latın "Qremmi" mükafatı laureatıdır, bundan əlavə o, "Oskar" və "Praymtaym Emmi" mükafatına namizəd olub. Torontoda doğulub böyüyən Tesfaye karyerasına 2009-cu ildə YouTube kanalına anonim şəkildə mahnılar yerləşdirərək başlayıb. Bundan iki il sonra XO səsyazma şirkətini təsis etdi, çox keçməmiş "House of Balloons", "Thursday" və "Echoes of Silence" adlı müasir pop və alternativ R&B janrı ilə diqqət çəkən miksteyplər yayımladı. 2012-ci ildə Republic Records ilə müqavilə bağladıqdan sonra o "Trilogy" adlı kompilasiya albomu buraxdı. Onun debüt studiya albomu "Kiss Land" 2013-cü ildə işıq üzü gördü və Billboard albomlar hit-paradında ikinci pillədə qərarlaşdı. Onun "Bozun əlli çaları" filmi üçün yazdığı "Earned it" mahnısı "Qremmi" mükafatına layiq görüldü və "Oskar" mükafatına namizəd oldu. Tesfayenin 2015-ci ildə buraxdığı əsasən pop üslublu ikinci albomu "Beauty Behind the Madness" kommersiya uğuru və tənqidi bəyənmə ilə qarşılandı. Albom ABŞ-da bir nömrə oldu və "İlin albomu" mükafatına namizədlik qazandı, hit-paradlara başçılıq edən "Can't Feel My Face" və "The Hills" trekləri "Qremmi" mükafatına layiq görüldü.
Weebly
Weebly - 29 mart 2009-cu ildə qurulmuş web-hostinq xidmətidir. Şirkətin mərkəzi ofisi ABŞ-nin San-Fransisko əyalətində yerləşir. İcarçı direktoru Devid Rusenkodur. Sayt vasitəsilə domen almaq, hostinqdən yararlanmaq, şəxsi elektron poçtlardan istifadə və sayt (bloq) hazırlamaq mümkündür. Weebly eyni xidmətləri göstərən beynəlxalq şirkətlar arasında ilk pillələrdə qərarlaşır. Şirkət əsasən wix.com və Wordpress ilə rəqabətdədir. Lakin bu sıralamaya Squarespace.com, Jimdo, SnapPages və Yolanı da əlavə etmək olar. Adı çəkilən bütün saytlar demək olarki eyni xidmətləri göstərir. Lakin saytın istifadəçiləri müxtəlif böyük və ya kiçik üstünlüklərə görə əsasən wik.com və weeblyə üstünlük verir. Weebly ös istifadəçilərinə çox gözəl bir şans vermişdi.
While My Guitar Gently Weeps
While My Guitar Gently Weeps (azərb. Gitaram Sakitcə Ağlayarkən‎ ) — The Beatles qrupunun 1968-ci ilin noyabrında buraxılmış "The White Album" albomundan Corc Harrisonun bəstələdiyi mahnısıdır. "Beatles"ı mahnıda solo gitaraçı kimi Erik Klapton müşayiət edib.
Vampire Weekend
Vampire Weekend — 2006-cı ildə Nyu-Yorkda qurulmuş amerikan rok qrupu. Qrup üzvləri ifaçı-gitaraçı Ezra Keninq, multi-instrumentalist Rüstəm Batmanqlic, təbilçi Kris Tomson və basçı Kris Bayodur. Rüstəm 2016-cı ilin əvəllərində qrupdan ayrıldı.
Blue Weekend
Blue Weekend — İngiltərə rok qrupu Wolf Alice-in üçüncü studiya albomu. 4 iyun 2021-ci ildə Dirty Hit tərəfindən buraxılıb.
Weezer
Weezer — 1992-ci ildə Los-Ancelesdə formalaşmış rok qrupu. Onların albom satışları ABŞ-də 10 milyonu, dünya üzrə isə 35 milyonu ötüb.
Weezer (Blue Album)
Weezer (daha çox Blue Album olaraq bilinir) — amerikan rok qrupu Weezer-in debüt studiya albomu. 10 may 1994-cü ildə DGC Records tərəfindən buraxılıb. Albomun prodüserliyini The Cars qrupunun üzvü Rik Okasek etmişdir.
Weezer (Green Album)
Weezer (daha çox Green Album olaraq bilinir) — amerikan rok qrupu Weezer-in üçüncü studiya albomu. 15 may 2001-ci ildə Geffen Records tərəfindən buraxılıb. Bütün mahnılar Rivers Cuomo tərəfindən yazılmış və bəstələnmişdir.
Weezer (Red Album)
Weezer (daha çox Red Album olaraq bilinir) — amerikan rok qrupu Weezer-in altıncı studiya albomu. 3 iyun 2008-ci ildə DGC və Interscope Records tərəfindən buraxılıb.
Weezer (Teal Album)
Weezer (daha çox Teal Album və ya Teal olaraq bilinir) — amerikan rok qrupu Weezer-in on ikinci studiya albomu. 24 yanvar 2019-cu ildə Crush Music və Atlantic Records tərəfindən buraxılıb. Albom kover ifalardan təşkil olunub.
After Hours (The Weeknd albomu)
After Hours — kanadalı müğənni-bəstəkar The Weeknd-in dördüncü studiya albomu. 20 mart 2020-ci ildə XO və Republic Records tərəfindən buraxılıb. Əsasən Weeknd tərəfindən istehsal olunan albom, DaHeala, Illangelo, Max Martin, Metro Boomin və OPN daxil olmaqla müxtəlif istehsalçıları təşkil edir. Onların əksəriyyəti həmçinin the Weeknd ilə əvvəllər birlikdə işləmişdir. Albomun standart nəşrində heç bir duet yoxdur, lakin lüks buraxılışda Ariana Grande, remikslər buraxılışında isə Chrommatics və Lil Uzi Vert -dən qonaq çıxışları var. Məzmun olaraq, After Hours tənhalıq, özünə nifrət və azad olmağı araşdırır. Albom buraxılmazdan əvvəl The Weeknd təsdiqlədi ki, "After Hours" stilistik baxımdan sələfi "Starboy" (2016) ilə ziddiyyət təşkil edəcək. Musiqi jurnalistləri albomu yeni dalğa və yuxu pop təsirlərinin tətbiqi ilə Weeknd üçün bədii ixtira kimi qeyd etdilər. Albomun adı 1985-ci ildə eyniadlı filmdən götürülüb, sənət əsəri isə müxtəlif digər filmlərdən ilhamlanıb. "After Hours" dörd sinql tərəfindən dəstəklənir: "Heartless", "Blinding Lights", "In Your Eyes" və "Save Your Tears", bunlardan üçü Billboard Hot 100 -də bir nömrəyə çıxıb.